BOKT "Finans Kredit" 2023-cü il üzrə maliyyə göstəricilərini açıqladı
BOKT “Finans Kredit”MMC 2023-cü ili 264 min 887 manat mənfəətlə (mənfəət vergisindən əvvəlki) başa vurub.
2023-cü ildə BOKT-un faiz gəlirləri 709 min 492 manat, faiz xərcləri 255 min 492 manat təşkil edib. Beləliklə BOKT 2023-cü ili 211 min 910 manat xalis mənfəətlə başa vurub.
31 dekabr 2023-cü il tarixində BOKT-un cəmi aktivləri 3 milyon 133 min 280 manat olub ki, bu da bir il əvvələ nisbətən 20,4% çoxdur. Bunun 2 milyon 747 min 45 manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 24,5% böyüyüb. “Finans Kredit” kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 2023-cü ildə 2022-ci illə müqayisədə 673 min 44 manat və ya 24,5% artaraq 31 dekabr 2023-cü il tarixinə 2 milyon 747 min 45 manata çatmışdır.
Xatırladaq ki, BOKT “Finans Kredit” 2020-ci ildə yaradılıb. BOKT nizamnamə kapitalını 2023-cü ildə 142 min manat və ya 47 % artıraraq 442 min manata çatdırmışdır. 2024-cü ildə BOKT-un nizamnamə kapitalı 199 min manat və ya 45% artırılaraq 442 min manatdan 641 min manata çatdırılıb.
BOKT "Finans Kredit" MMC-nin 31 dekabr 2023-cü il tarixində bitən il üzrə maliyyə hesabatları
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
6 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















