BOKT “Kredex” daha da böyüyüb, ötən ili mənfəətlə başa vurub
BOKT “Kredex” QSC 2023-cü ili 905,9 min manat mənfəətlə başa vurub.
Marja.az bu barədə BOKT-un audit hesabatına istinadən xəbər verir.
2023-cü ildə BOKT-nın faiz gəlirləri 1973,21 min manat, faiz xərcləri 401,89 min manat, qeyri-faiz gəlirləri 93,95 min manat, qeyri-faiz xərcləri 739,93 min manat, müştərilərə verilən kreditlər üzrə mümkün zərələrin ödənilməsi üçün xüsusi ehtiyat 19,44 min manat təşkil edib. Beləliklə BOKT 2023-cü ili 905,9 min manat mənfəətlə başa vurub.
Bu il yanvarın 1-nə BOKT-nın aktivləri 6 milyon 767,68 min manat olub ki, bu da 1 il əvvələ nisbətən təxminən 41% çoxdur. Bunun 6 milyon 629,3 min manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-nın kredit portfeli 42% böyüyüb.
Hesabat dövründə BOKT-nın öhdəlikləri keçən ilə nisbətən 48% artaraq 5 milyon 744,57 min manata, balans kapitalı isə 1 milyon 23,11 min manata çatıb.
Xatırladaq ki, BOKT “Kredex” QSC 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
6 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















