Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar
(®) Azərbaycan Banklar Assosiasiyası və Türkiyə Banklar Birliyi tərəfindən Türkiyəyə təşkil edilən işgüzar səfər çərçivəsində Azərbaycan banklarının nümayəndələri ilə Ziraat Bank Azərbaycanın əsas səhmdarı, 160 illik tarixə malik Türkiyənin dövlət bankı “Ziraat Bankası” arasında görüş keçirilib.
26 Aprel tarixində Azərbaycan Banklar Assosiasiyasının Marketinq və PR Ekspert qrupunun üzvləri ilə Türkiyə “Ziraat Bankası”nın Korporativ Əlaqələr və Data Analitikası departamentləri arasında təcrübə mübadiləsi məqsədli görüşlər keçirilib. Görüşdə Türkiyənin “Ziraat Bankası”nın Korporativ Əlaqələr və Data Analitikası departamentlərinin nümayəndələri reklam kampaniyalarının hazırlanması və effektivliyinin hesablanması, müştəri münasibətlərinin idarə edilməsi, araşdırma və analiz mövzuları üzrə təcrübələrini paylaşıb, qrup üzvlərinin suallarına cavab veriblər. Azərbaycan banklarının nümayəndələri, həmçinin Türkiyənin “Ziraat Bankası”nın baş ofisində yerləşən və Türkiyənin bankçılıq tarixi haqqında məlumat verən “Sanat Müzesi”nə ziyarət edərək bankların tarixi və keçmişdə istifadə edilən məhsulları ilə tanış olublar.
Qeyd edək ki, işgüzar səfər aprel ayının 24-dən 26-dək davam edib. Səfər zamanı Azərbaycan banklarının nümayəndələri “Yapı Kredi Bankası”, “Halk Bankası”, “Garanti Bank BBVA”, “Mastercard” və “Haber Global” TV kimi məşhur qurumlarda görüşlər keçirib, təcrübə mübadiləsi aparıblar. İşgüzar səfərin əsas məqsədi ekspert qrupunun üzvlərinin korporativ sosial layihələr haqqında, digital marketinq sahəsində məlumat toplanılması və təcrübə mübadiləsinin aparılması olub. İşgüzar səfərdə Ziraat Bank Azərbaycanın nümayəndələri də iştirak ediblər.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
10 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























