Bankların birləşmə qaydaları təsdiqləndi

Maliyyə Bazarlarına Nəzarət Palatası “Bankların yenidən təşkili haqqında Qaydalar”ını təsdiqləyib.
Bu Qaydalar bankların birləşmə, qoşulma və çevrilmə şəklində yenidən təşkili prosedurlarını müəyyən edir.
Birləşmə iki və ya daha çox bankın hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) təhvil aktına uyğun olaraq yeni yaranmış banka (hüquq varisinə) keçməsi, qoşulma bir və ya daha çox bankın hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) təhvil aktına uyğun olaraq fəaliyyətdə olan digər banka (hüquq varisinə) keçməsi, çevrilmə bankın təşkilati-hüquqi forması dəyişməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) təhvil aktına uyğun olaraq yeni yaranmış bank olmayan kredit təşkilatına (BOKT) (hüquq varisinə) keçməsi ilə nəticələnən bankın yenidən təşkili prosesidir. Yenidən təşkil olunan bank birləşmə, qoşulma və ya çevrilmə formasında yenidən təşkil olunma niyyəti olan bankdır. Qoşulan bank fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələri (aktiv və öhdəlikləri) yenidən təşkil olunan banka (hüquq varisinə) keçirilən bankdır.
Bankın (bankların) yenidən təşkili prosesi aşağıdakı əsas mərhələlərdən ibarətdir:
- yenidən təşkilə dair qabaqcadan razılığın alınması üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (yazılı ərizə ilə müraciət edilməsi;
-Palatanın razılığı alındıqdan sonra müvafiq qərarın qəbul edilməsi məqsədi ilə yenidən təşkil olunan bankların səhmdarlarının birgə ümumi yığıncağının (çevrilmə zamanı BOKT-yə çevrilən bankın səhmdarlarının ümumi yığıncağının) keçirilməsi;
- yenidən təşkilə dair qəbul edilmiş qərar barədə Mülki Məcəlləsinin 58-ci maddəsinə müvafiq olaraq yenidən təşkil olunan bankın (bankların) kreditorlarının məlumatlandırılması;
- yenidən təşkil olunma nəticəsində yaradılmış hüquqi varis olan bankın və ya BOKT-nin dövlət qeydiyyatından keçməsi;
- dövlət qeydiyyatından keçdikdən sonra yenidən təşkil olunan bankın (bankların) bank lisenziyasının ləğv edilməsi və hüquqi varis olan banka və ya yaradılmış BOKT-yə müvafiq xüsusi razılığın (lisenziyanın) verilməsi.
Yenidən təşkil olunmaq üçün Palatanın qabaqcadan razılığının alınması məqsədi ilə bank (banklar) səhmdarların ümumi yığıncağının keçiriləcəyi tarixdən ən azı 90 təqvim günü əvvəl Palataya yazılı ərizə ilə müraciət edir. Ərizə yenidən təşkil olunan bankın (bankların) Müşahidə Şurasının sədri (sədrləri) tərəfindən imzalanır və bankın (bankların) möhürü ilə təsdiq edilir. Yenidən təşkil olunan bankların səhmdarlarının birgə ümumi yığıncağı (BOKT-yə çevrilən bankın səhmdarlarının ümumi yığıncağı) yenidən təşkilə dair Palatanın verdiyi razılığın tarixindən sonra 3 ay ərzində keçirilməli və yenidən təşkil barədə qərar qəbul edilməlidir. Yenidən təşkil olunan bankların səhmdarlarının birgə ümumi yığıncağı (BOKT-yə çevrilən bankın səhmdarlarının ümumi yığıncağı) keçirildiyi gündən sonra 5 iş günü ərzində həmin yığıncağın protokolunun surəti Palataya təqdim edilir. Bankın BOKT-yə çevrilməsi halında Palataya təqdim olunan bankın səhmdarlarının ümumi yığıncağının protokolunun surətinə səhmdarların ümumi yığıncağı tərəfindən təsdiq edilmiş bankın əmanətçiləri və digər depozit hesabı sahibləri qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı əlavə olunmalıdır. 3 ay ərzində yenidən təşkil olunan bankların səhmdarlarının birgə ümumi yığıncağı (BOKT-yə çevrilən bankın səhmdarlarının ümumi yığıncağı) keçirilmədikdə və ya yenidən təşkil barədə qərar qəbul edilmədikdə Palata bankın (bankların) yenidən təşkilinə qabaqcadan verdiyi razılığı ləğv edir.
Bankın (bankların) yenidən təşkilinə qabaqcadan razılığın verilməsi üçün aşağıdakı şərtlər yerinə yetirilməlidir:
- hüquqi varis olan bank Palata tərəfindən banklar üçün müəyyən edilmiş minimum məcmu kapitala, yeni yaradılan BOKT isə BOKT-lər üçün müəyyən edilmiş minimum nizamnamə kapitalına malik olmalıdır;
- birləşmə və ya qoşulma halında hüquqi varis olan bankın maliyyə göstəriciləri məcmu və birinci dərəcəli kapitalın adekvatlığı və leverec əmsalları üzrə Palatanın banklar üçün müəyyən etdiyi prudensial normativlərə uyğun olmalıdır;
- BOKT-yə çevrilmək niyyəti olan bankın maliyyə hesabatlarından bankın əmanət və digər depozit hesabı sahibləri qarşısında olan öhdəliklərinin tam icrası üçün kifayət həcmdə vəsaitlərin olması və ya cəlb ediləcək əlavə vəsaitlərin mənbələri müəyyən olunmalıdır;
- hüquqi varis olan bankın və ya BOKT-nin inzibatçı vəzifələrinə təklif edilən namizədlər “Banklar haqqında” və “Bank olmayan kredit təşkilatları haqqında” qanunların tələblərinə uyğun olmalıdır.
Birləşmə və ya qoşulma formasında yenidən təşkilə qabaqcadan razılığın alınması üçün Palataya təqdim olunan müraciətə yenidən təşkil olunan bankların səhmdarlarının birgə ümumi yığıncağının keçirilməsi tarixi və iclasın gündəliyinin layihəsi, yenidən təşkilin başa çatdırılması müddəti barədə məlumat, filial, şöbə və nümayəndəlikləri göstərməklə (belə bölmələrin olması nəzərdə tutulduğu halda) hüquqi varis olan bankın təşkilati strukturu barədə məlumat, yenidən təşkil nəticəsində yaranan hüquqi varis olan bankın inzibatçı vəzifələrinə təklif olunan namizədlərin “Banklar haqqında” qanunun tələblərinə uyğunluğu bərədə məlumat və sənədlər, hüquqi varis olan bankın kapital strukturu barədə məlumat və hüquqi varis olan bankın kapitalında mühüm iştirak payının yeni sahibləri barədə məlumat və mühüm iştirak payı sahiblərinin nizamnamə kapitalında pay nisbətlərinin (belə hallar olduqda) dəyişiklikləri barədə məlumat əlavə edilir.
Çevrilmə formasında yenidən təşkilə qabaqcadan razılığın alınması üçün müraciətə səhmdarların ümumi yığıncağının keçirilməsi tarixi və iclasın gündəliyinin layihəsi, əmanətçilər və digər depozit hesabı sahiblərinin qarşısında olan öhdəliklərin BOKT yaradılanadək yerinə yetirilməsi planı, habelə bu öhdəliklərin yerinə yetirilməsi üçün əlavə vəsaitlərin cəlb edilməsi nəzərdə tutulduqda bu vəsaitlərin cəlb olunmasına dair sənədlər, yaradılacaq BOKT-nin nizamnaməsinin layihəsi və təşkilati-strukturu, yaradılacaq BOKT-nin inzibatçı vəzifələrinə təklif olunan namizədlərin “Bank olmayan kredit təşkilatları haqqında” qanun ilə müəyyən olunmuş tələblərə uyğunluğuna dair məlumat və sənədlər və yaradılacaq BOKT-nin kapitalı barədə məlumat əlavə edilir. Bank əmanət və digər depozit hesabı sahibləri qarşısında olan öhdəliklərini icra planında müəyyən edilmiş müddət ərzində yerinə yetirə bilmədikdə dərhal Palataya bu barədə yazılı məlumat verməlidir. Bank tərəfindən əmanət və digər depozit hesabı sahibləri qarşısında olan öhdəliklərin icra planına uyğun olaraq yerinə yetirilməməsi, habelə bankın qəbul etdiyi qərara əsasən üzərinə götürülmüş öhdəliklərin pozulması halları aşkar edildikdə Palata yenidən təşkilə qabaqcadan verdiyi razılığı ləğv edir və yenidən təşkil prosesi dayandırılır.
Müştərilərin xəbərləri

PAŞA Holding-in təşkilatçılığı ilə Türkiyədə “INMerge” İnnovasiya Sammitinin ikinci regional tədbiri keçirilib
SON XƏBƏRLƏR
-
2 ay sonra
Aviabilet • Otel axtarışı • Qrup səyahətləri • Turlar - Xidmətlər bir arada
-
3 saat sonra
Bakıda tələbə və məzunlar üçün karyera festivalı keçiriləcək - ŞİRKƏTLƏR İŞTİRAK EDƏ BİLƏRLƏR
-
6 saat əvvəl
Marketlər şəbəkəsi 3 yox, 5 yox, tam 7 gün endirimlərə start verəcək
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 6 saat əvvəl
-
9 saat əvvəl
"Marcom" şirkəti Rusiya markaları ilə eyni dili danışmağı bacarıb
-
9 saat əvvəl
Özbəkistan aviaşirkəti Bakı-Daşkənd üzrə birbaşa uçuşlara başlayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanla Belarus mineral gübrələrin istehsalını planlaşdırır
-
11 saat əvvəl
“İstisu” mineral suyu yaxın zamanlarda Belarusda satışa çıxarılacaq
-
11 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlanıb
- 12 saat əvvəl
Son Xəbərlər

Bakıda tələbə və məzunlar üçün karyera festivalı keçiriləcək - ŞİRKƏTLƏR İŞTİRAK EDƏ BİLƏRLƏR

Marketlər şəbəkəsi 3 yox, 5 yox, tam 7 gün endirimlərə start verəcək

Yay səyahətlərinizi "Aybilet" ilə daha ucuz edin!

Özbəkistan aviaşirkəti Bakı-Daşkənd üzrə birbaşa uçuşlara başlayıb

Şirkətinizin uğuru sağlam və xoşbəxt işçilərdən asılıdır

“İstisu” mineral suyu yaxın zamanlarda Belarusda satışa çıxarılacaq
Ən çox oxunanlar

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlanıb

PAŞA Holding-in təşkilatçılığı ilə Türkiyədə “INMerge” İnnovasiya Sammitinin ikinci regional tədbiri keçirilib

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib

Azərbaycanın inşaat məhsulları istehsalçısı adını dəyişib

Növbəti dəfə fermerlərə ən aktiv dəstək olan bank seçilib

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

Bakıda leysan olacaq - XƏBƏRDARLIQ
