Binance birjasının istifadəçiləri bir gündə 1 milyard dollardan çox pul çıxarıblar
Son 24 saat ərzində Binance kriptovalyuta birjasının istifadəçiləri bitkoinləri nəzərə almasaq, 1 milyard dollardan çox pul çıxarıblar.
Marja xəbər verir ki, bu barədə çərşənbə günü CNBC telekanalı Nansen analitik şirkətinin məlumatlarına istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, pulların qlobal şəkildə geri çəkilməsinin səbəbləri Binance-in baş direktoru Changpeng Zhao-nun istefası, kriptovalyuta birjasının qanunları pozması və bununla bağlı 4,3 milyard dollar cərimələnməsi olub.
İtkilərə baxmayaraq, Binance hələ də 65 milyard dollardan çox aktivə malikdir və bu, onu qəfil kapital axınına qarşı kifayət qədər davamlı edir.
Binance kriptovalyuta birjası dünyanın aparıcı rəqəmsal aktiv ticarət sistemidir. 2017-ci ildə çinli Çanqpenq Zhao tərəfindən təsis edilib. 2021-ci ildə Çin rəsmiləri Binance veb-saytını və mobil tətbiqini bloklayıblar. Bu qərar hökumətin ölkədə kriptovalyuta əməliyyatları xidmətlərinin göstərilməsi ilə mübarizə addımları çərçivəsində atılıb.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
6 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
6 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
7 saat əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
7 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
7 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi























