Azərbaycanın iri sement şirkətinin Direktorlar Şurasına 2 yeni üzv təyin olunub - “50 Güclü Qadın CEO”dan biridir
(®) Cənubi Qafqazın ən iri sement istehsalçısı olan “Norm” ASC-nin Direktorlar Şurasında yeni təyinatlar olub. Belə ki, Direktorlar Şurasına Ülkü Özcan və Stephan Sollberger üzv təyin ediliblər.
Marja.az Şirkətə istinadən xəbər verir ki, Türkiyədə “50 Güclü Qadın CEO” araşdırmasına əsasən tərtib olunan siyahıda 12-ci yerdə qərarlaşan Ülkü Özcan sement sənayesində 22 illik iş təcrübəsinə malikdir və inşaat materialları biznesində uzun illərdir ki, rəhbər vəzifələrdə fəaliyyət göstərir. O, karyera yüksəlişinə strategiya, biznesin inkişafı və marketinq sahələrində nail olub və vəzifə tutduğu şirkətlərin mənfəət və zərəri üzrə tam məsuliyyət daşıyıb. Ülkü Özcan geniş beynəlxalq təcrübəyə və inşaat materialları sənayesində əlaqələrə malikdir.
“Norm” ASC-nin Direktorlar Şurasına təyinatdan əvvəl o, Türkiyənin ən böyük sement istehsalçılarından biri olan “Çimsa” şirkətində müxtəlif vəzifələrdə işləyib. 2018-ci ildən qurumun rəhbəri təyin olunan Ülkü Özcan 2020-ci ilə qədər bu vəzifəni icra edib. 2021-ci ilin iyununa qədər isə enerji və telekommunikasiya kabeli biznesi sahəsində fəaliyyət göstərib. O, həmçinin, Afyon Sementdə müxtəlif vəzifələri, eləcə də Direktorlar Şurasının üzvü, Qlobal Sement və Beton Assosiasiyasında nümayəndə, Türkiyə Sement İstehsalçıları Birliyində Audit Komitəsinin üzvü kimi müxtəlif vəzifələri icra edib. 2010-cu ilədək “Lafarge Türkiye” şirkətində strateji vəzifələrdə işləyib.
Ülkü Özcan təhsilini 1994-cü ildə Qalatasaray Ali Məktəbində, 1999-cu ildə Marmara Universitetinin Biznes fakültəsində ingilis dilində alıb. Həmçinin Parisdə INSEAD Biznes məktəbində Qabaqcıl Sənaye Marketinqi və Strategiyası Proqramını və Sabancı X-Celerate Liderlik Proqramını uğurla bitirib.
Digər yeni üzv, Stephan Sollberger sement və beton istehsalı sahəsində fəaliyyət göstərən şirkətlərdə 30 ildən çox iş təcrübəsinə malikdir. O, 1992-2001-ci illərdə “Holderbank Cement und Beton” şirkətində müxtəlif vəzifələri icra edib. 2006-cı ilədək “Holcim İsveçrə”-də Sementin istehsalı və tətbiqi texniki mərkəzinin müdiri və zavodun direktoru olub. Onun İsveçrədə inşaat sahəsində fəaliyyət göstərən “Jura Management AG”, eləcə də “CRH” və “CRH Western Europe” şirkətlərində müxtəlif vəzifələrdə təcrübəsi var. Qeyd edək ki, “CRH” Avropa və Amerikada inşaat materiallarının təchizatı ilə məşğul olan şirkətdir. Stephan Sollberger 2020-ci ildən bəri “Landqart AG” şirkətinin Əməliyyatlar üzrə Baş Direktorudur.
O, təhsilini Sürix Tətbiqi Elmlər və Bern Tətbiqi Elmlər Universitetlərində alıb.
"Norm" ASC müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
21 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir

























