ABŞ-dan neftin daha da bahalaşacağı ilə bağlı proqnoz
ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) bu il və gələn il üçün neft qiymətləri proqnozunu artırıb.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) ən böyük istehsalçısı olan Səudiyyə Ərəbistanı bu ilin sonuna qədər neft hasilatını könüllü olaraq gündəlik 1 milyon barel azaldacaq. Bu qərarın qlobal neft ehtiyatlarının azalmasına səbəb olacağı və bunun ilin sonuna qədər neft qiymətlərinə yuxarıistiqamətdə təzyiq göstərəcəyi proqnozlaşdırılır.
Marja.az xəbər verir ki, bu, ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) "2023-cü ilin Sentyabr ayı Hesabatı"nda bildirilir.
Brent tipli 1 barel xam neftin qiymətinin 2023-cü ilin son rübü ərzində orta hesabla 93 dollar səviyyəsinə çatacağı proqnozlaşdırılır.
Qeyd edilib ki, "OPEC+ın da hasilatı azaltması qlobal neft hasilatının tələbatdan aşağı qalmasına səbəb olacaq və növbəti dəfə neft qiymətlərində artım riski yaradacaq.
Bu çərçivədə Brent tipli xam neftin barel qiymətinin 2023-cü il üçün orta hesabla 84,46 dollar olacağı gözlənilir. Əvvəlki hesabatda bu rəqəm 82,62 dollar olaraq qiymətləndirilmişdi.
West Texas Intermediate (WTI) xam neftinin orta barel qiymətinin 79,65 dollar olacağı proqnozlaşdırılır. Sözügedən rəqəmin keçən ay 77,79 dollar olacağı proqnozlaşdırılırdı. Gələn il Brent tipli xam neftin orta barel qiymətinin 88,22 dollar, WTI tipli xam neftin orta barel qiymətinin isə 83,22 dollar olacağı gözlənilir.
Gələn ilin birinci rübündə qiymətlərin bir barel üçün 90 dollardan yuxarı qalacağı, ilin qalan hissəsində isə orta hesabla 87 dollar/barel olacağı təxmin edilir.
ABŞ-ın gündəlik xam neft hasilatı artacaq
Bu il ABŞ-da orta gündəlik xam neft hasilatının təxminən 12 milyon 780 min barrel olacağı gözlənilir. Keçən il bu rəqəm təxminən 11 milyon 910 min barel olaraq qeydə alınmışdı. 2024-cü ildə hasilatın 13 milyon 160 min barrelə yüksələcəyi hesablanır.
Bu il qlobal neft hasilatının ötən illə müqayisədə 1,2 milyon barel artaraq gündəlik 101 milyon 180 min barrelə, gələn il isə 102 milyon 880 min barrelə çatacağı təxmin edilir.
Bu artımın daha çox ABŞ, Kanada, Braziliya və Qayana başda olmaqla qeyri-OPEC ölkələrindən olacağı və bu ölkələrin hasilatı bu il gündəlik 2 milyon barel, gələn il isə 1,3 milyon barel artıracağı təxmin edilir. OPEC-ə daxil olmayan ölkələrin neft hasilatının bu il 67 milyon 850 min barrel, gələn il isə 69 milyon 120 min barel olacağı hesablanır.
OPEC ölkələrində bu il neft hasilatının ötən illə müqayisədə gündəlik 840 min barrel azalaraq gündəlik 33 milyon 330 min barrel təşkil edəcəyi, gələn il isə gündəlik 33 milyon 760 min barrelə yüksələcəyi təxmin edilir.
Digər tərəfdən qlobal neft tələbinin bu il gündəlik 100 milyon 970 min barrel, gələn il isə 102 milyon 330 min barrel olacağı gözlənilir.
İstehlak artımının ən böyük hissəsinin Çinin başçılıq etdiyi İƏİT (OECD) üzvü olmayan ölkələrin payına düşəcəyi təxmin edilir. Bu ölkələrin gündəlik neft istehlakı bu il 55 milyon 170 min barrel olduğu halda, gələn il bu rəqəmin 56 milyon 560 min barrelə yüksələcəyi gözlənilir.
OECD ölkələrinin gündəlik neft istehlakının bu il 45 milyon 800 min barel olacağı təxmin edilərkən, gələn il 45 milyon 770 min barelə qədər azalacağı proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
9 saat əvvəl
Möminə xatun türbəsinin bərpa və konservasiyasının aparılması ilə bağlı müqavilə bağlanılıb
-
15 saat əvvəl
"İnşaatçılar"da yeni açılacaq supermarketə 6 vəzifə üzrə işçilər tələb olunur
-
20 saat əvvəl
İran və İsrail arasında gərginlik fonunda qızıl rekord həddə yaxınlaşır
-
-
20 saat əvvəl
Neft qiymətlərinin daha da yüksələcəyi gözlənilir: 125 - 130 DOLLAR PROQNOZLARI VERİLDİ
-
20 saat əvvəl
Yeni açılacaq supermarketə 6 vəzifə üzrə işçilər tələb olunur
- 23 saat əvvəl
-
1 gün əvvəl
"İsrailin zərbələri İranda hakimiyyət dəyişikliyinə səbəb ola bilər"
- 1 gün əvvəl
-
1 gün əvvəl
İran : Nüvə silahının olmamasına təminat verən saziş imzalamağa hazırıq
- 2 gün əvvəl
-
2 gün əvvəl
İspaniyanın bank nəhəngi 2025-ci ilin sonunda Dolların 45 Türkiyə Lirəsi olacağını gözləyir
- 2 gün əvvəl
Son Xəbərlər

4 gün İRŞAD-da yüksək endirimlər olacaq

"Neftin qiyməti 1 barel üçün 300 dollara çata bilər"
Ən çox oxunanlar

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

İspaniyanın bank nəhəngi 2025-ci ilin sonunda Dolların 45 Türkiyə Lirəsi olacağını gözləyir

Ərdoğan Trampla İsrail-İran münaqişəsini müzakirə edib

Procter & Gamble işçi qüvvəsinin 15 faizini ixtisar edəcək

Telegram-a IPO-ya hazırlaşır?

May ayında qlobal ərzaq qiymətləri azalıb
