Üzüm bağları kəsiləcək, şərablar etanola distillə olunacaq- FERMERLƏRƏ 200 MİLYON AVRO ÖDƏNİLƏCƏK
Fransız şərabının satışı azalır, satılmayan şərab ətriyyat istehsalı üçün etanola distillə olunacaq və üzüm bağlarının bir hissəsi kəsiləcək. Rəsmi Paris şərabçılara sabahın şərtlərinə uyğunlaşmağın zəruriliyi barədə xəbərdarlıq edib.
Fransanın şərabçıları satışların azalması ilə üzləşiblər, bunun nəticəsində şərab artıqlığı yaranıb. Ölkənin Kənd Təsərrüfatı Nazirliyi və Avropa İttifaqı şərabın məhv edilməsini nəzərdə tutan dəstək proqramına 200 milyon avro ayıracaq.
Marja.az xəbər verir ki, bu barədə Financial Times yazır.
Şərab sənayedə, məsələn, ətir və ya spirtli gellərin istehsalı üçün istifadə oluna bilən etanola distillə olunacaq. Bu, daxili satışların azalması, xarici bazarlarda rəqabət və Çində satışların azalması səbəbindən problemləri ortaya çıxan fransız şərabçılarına dəstək üçün daha geniş proqramın bir hissəsidir.
Üzüm bağlarının kəsilməsinə görə kompensasiyaların ödənilməsi sxemi nəzərdə tutulub. Minə yaxın şərabçı bununla razılaşıb, 9,2 min hektar üzüm bağı məhv ediləcək. Bu regionda ümumi əkin sahəsinin 8 faizinə bərabərdir.
Fransanın Kənd təsərrüfatı naziri Mark Fesno izah edib ki, hökumət "qiymətlərin enişini dayandırmaq və şərabçılara yeni gəlir mənbələri tapmaqda kömək etmək" məqsədi daşıyır, onlar "istehlakdakı dəyişikliklərə uyğunlaşmalı və istehsalı sabahın tələblərinə uyğunlaşdırmalıdırlar".
"Kantar"ın araşdırmasının nəticələrinə görə, son on ildə Fransada qırmızı şərab istehlakı 32% azalıb. Xüsusilə kəskin azalma gənclər arasında baş verib, onların çoxu güclü spirtli içkilərə, pivəyə üstünlük verir və ya bir hissəsi spirtli içki qəbul etmir.
Bununla belə, şampan və premium şərablara tələb daha sərfəli qiymət kateqoriyasında olan süfrə şərablarına nisbətən az da olsa artıb. Buna görə bir çox istehsalçı premium sinif bazara keçib. Qızılgül şərabı satışları artıb; böyük qruplar LVMH və Pernod Ricard şirkətləri Whispering Angel və Sainte Marguerite en Provence- satın alıblar.
Sonuncu dəfə Avropada şərabın həddindən artıq istehsalı 2000-ci illərin ortalarında baş verib, vəziyyət "şərab gölü" adlandırılmışdı. Bu, Avropa İttifaqını subsidiyaların stimullaşdırdığı həddindən artıq istehsalı azaltmaq üçün öz kənd təsərrüfatı siyasətində islahatlar aparmağa məcbur etmişdi.
İstehlakçıların pivə və digər spirtli içkilərə keçməsi tendensiyası ilə bərabər, şərab sənayesi bütün dünyada restoran və barları bağlamağa məcbur edən koronavirus pandemiyası ilə ağır zərbə alıb. Ukraynada müharibə başlayandan və enerji daşıyıcılarının qiymətlərinin kəskin qalxmasından sonra yanacağın və əsas məhsulların qiyməti qalxıb, bununla əlaqədar istehlakçılar şərab kimi qeyri-vacib mallara xərclərini azaldıblar.
İstehsalçılar gözləyirlər ki, 2023-cü ildə şərabın artıqlığı 3 milyon hektolitr olacaq. İzafi məhsulların payı 2022-ci ildə istehsal olunan məhsulların ümumi həcminin 7%-ni təşkil edəcək.
Fransa şərab istehsalına görə dünyada ikinci yeri tutur (İtaliyadan sonra). Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OIV) statistikasına görə, 2022-ci ildə fransız şərabçıları 46,6 milyon hektolitr şərab istehsal ediblər.
Şərab və spirtli içkilər Fransanın əsas ixrac məhsullarından biridir. Fransa Şərab və Spirtli İçki İxracatçıları Federasiyasının məlumatına görə, ötən il ixrac gəliri illik müqayisədə 10% artaraq 17,2 milyard avro təşkil edib.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 21 d. əvvəl
-
26 d. əvvəl
"Azercell" Ucal Haqverdiyevin əsərlərindən ibarət kitabı təqdim etdi
- 46 d. əvvəl
-
-
49 d. əvvəl
400 min manatlıq dələduzluqda ittiham olunan "firma rəhbərnin"məhkəmə istintaqı yenilənib
-
51 d. əvvəl
AFB Bank-dan sərfəli nağd kredit fürsəti: “Faiz minimum, 0% komissiya!”
-
55 d. əvvəl
"İran ABŞ hərbi bazalarına hücum edəcəyi təqdirdə bunun nəticələri ağır olacaq"
- 58 d. əvvəl
-
1 saat əvvəl
“FİNTEX SAMMİT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi” keçiriləcək.
-
2 saat əvvəl
“McDonald’s Azərbaycan” 100% halal mal ətindən tam istifadəyə keçdiyini elan etdi! - VİDEO
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bank müştərilərin istəyini nəzərə alıb kredit kampaniyasının vaxtını uzatdı
-
2 saat əvvəl
Həmkarlar İttifaqları Konfederasiyası İT sistemlərini “Hökumət buludu”na köçürüb
Son Xəbərlər

Rusiya: Neft qiymətləri əksər istehsalçıları qane etmir
.jpg)
"Azercell" Ucal Haqverdiyevin əsərlərindən ibarət kitabı təqdim etdi

Avropada qazın qiyməti artır

“McDonald’s Azərbaycan” 100% halal mal ətindən tam istifadəyə keçdiyini elan etdi! - VİDEO

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ən çox oxunanlar

Azər Türk Bank müştərilərin istəyini nəzərə alıb kredit kampaniyasının vaxtını uzatdı

Azərbaycan neftinin son qiyməti

Sabah 6-cı “Yerli Şirkətlərin Tanıtım Sərgisi” başlayır

Yaponiya faiz dərəcəsini sabit saxladı
