“Bank Respublika”da "Günay Bank" əmanətçilərinə kompensasiya verilməsinə başlanılır
19 iyun 2023-cü il tarixindən etibarən ölkənin aparıcı banklarından biri olan “Bank Respublika”nın bütün filial və şöbələrində, müflis elan edilmiş “Günay Bank” əmanətçilərinə kompensasiyaların verilməsi prosesinə başlanılır.
Bu barədə “Bank Respublika” ASC-nin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 18 may tarixli qərarı ilə “Günay Bank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının qərarına əsasən, “Günay Bank” ASC-də qorunan əmanətlərin kompensasiyalarının verilməsi üçün agent bank qismində - “Bank Respublika” ASC seçilmişdir.
Əmanətçilər, kompensasiyaların alınması üçün “Bank Respublika” ASC-nin müvafiq filiallarına və şöbələrinə müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını və əmanətin sahibliyini təsdiq edən digər sənədləri (hesabdan cıxarışların), habelə şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.
Qeyd edək ki, “Bank Respublika”nın xidmət şəbəkəsinə ölkənin bütün bölgələrini əhatə edən 33 filial və 3 şöbə daxildir. Bunların 18-i müvafiq olaraq Bakı və Abşeronda, eləcə də regionlarda fəaliyyət göstərən 18 xidmət nöqtəsi daxildir. Əmanətçilər Bankın iş qrafikinə uyğun olaraq saat 09:00-dan 17:30-dək “Bank Respublika”nın istənilən filial və şöbəsinə müraciət edə bilər və müvafiq sənədlərin yoxlanılmasından sonra kompensasiyalarını ala biləcəklər.
Bankın xidmət şəbəkəsi yerləşdiyi ünvanlar haqda ətraflı məlumatı www.bankrespublika.az rəsmi internet səhifəsindən əldə etmək mümkündür.
Məlumat üçün qeyd edək ki, əmanətlər "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq. Belə ki, sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya məbləği 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödəniləcəkdir.
Daha ətraflı məlumatı bankın rəsmi internet səhifəsində, eləcə də facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
3 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
5 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 7 saat əvvəl
-
8 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək




























