İtaliya Senatında PAŞA Həyat’ın dəstəyi ilə “Gizli ölüm toxumları” kitabının təqdimatı baş tutub
(®) 14 iyun tarixində PAŞA Həyat, İRS nəşriyyat evi və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə İtaliya Senatında “Azərbaycanda mina problemi: Beynəlxalq humanitar hüquq məsələsi” mövzusunda konfrans keçirilib.
Tədbirdə İtaliya İnsan Hüquqları Federasiyası-İtaliya Helsinki Komitəsinin sədri, professor Antonio Stanqo, İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının sədri, senator Ciuliomaria Terzi Di Sant’Aqata, PAŞA Həyat İdarə Heyətinin sədri Niyaz İsmayılov, “İRS” nəşriyyat evinin baş redaktoru Musa Mərcanlı və digər çıxışçılar tərəfindən sözügüdən problemə toxunulub.
Konfrans çərçivəsində PAŞA Həyat şirkətinin dəstəyi ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində törədilən mina terrorunun, mina və partladıcı sursatların yaşatdığı dəhşətin dünya ictimaiyyətinə və beynəlxalq qurumlara çatdırmaq məqsədilə nəşr edilən “Gizli ölüm toxumları” kitabının təqdimatı baş tutub.
“PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov rəhbərlik etdiyi şirkətin bir sıra korporativ sosial layihələr reallaşdırdığını, “İRS” nəşriyyat evi ilə 10 ilə yaxındır davam edən əməkdaşlıq çərçivəsində Azərbaycanın mədəni irsinin, adət-ənənələrinin beynəlxalq miqyasda tanıdılması və təbliği məqsədilə kitabların nəşrlərinin həyata keçirildiyini bildirib. “Gizli ölüm toxumları” kitabının önəmindən bəhs edən N.İsmayılov Azərbaycan torpaqlarının işğal zamanı və münaqişədən sonra Ermənistan tərəfindən gizli ölüm toxumları olan minalar ilə zəhərləndiyini vurğulayıb. O, həmçinin Azərbaycanın beynəlxalq hüquq və ədalətə əsaslanan mübarizəsində göstərdiyi dəstəyə görə İtaliyaya təşəkkürünü bildirib, iki ölkə arasındakı dostluq, əməkdaşlıq və güclü iqtisadi əlaqələrin hər gün daha da inkişaf etdiyini diqqətə çatdırıb.
Bildirək ki, İRS silsiləsi çərçivəsində ərsəyə gələn kitablar cəmiyyətimizin və ölkəmizin mədəni sərvətlərini tanıtmaq üçün əhəmiyyətli rol oynayır. Azərbaycanın qədim tarixini, füsunkar təbiətini, çoxəsrlik mədəniyyətini özündə əks etdirən yüksək keyfiyyətli çap məhsullarının hazırlanmasına tarixçilər və xarici mütəxəssislər də cəlb olunur.
PAŞA Həyat və İRS Nəşriyyat Evinin birgə əməkdaşlığı çərçivəsində indiyədək çox sayda kitab işıq üzü görüb. Bunlar nəşr olunmuş “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Qədim və gözəl Qarabağ”, “Məftun edən şəhər”, “Bakı simfoniyası”, “Daş keşikçilər”, ”Zəfər Salnaməsi”, “Qarabağ – əsrlərin salnaməsi”, “Gəncə - Nizami yurdu”, “Şəki - Gözəlliyin Sehri”, “Salam, Azərbaycan!”, “Qarabağın Qara Kitabı” və “Qarabağ – Qələbə Yolları ilə”, "Şuşa. Zirvədən uca", "Şuşa. Qarabağın ulduzu" və "Gizli ölüm toxumları" kitablarıdır.
Qeyd edək ki, Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2022-ci il tarixinə şirkətin audit olunmuş məcmu aktivləri 562 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, yığım tərkibli “Həyatın yaşam sığortası” məhsullarını təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
1 saat əvvəl
Yeni iPhone-ların təqdimatından sonra Apple səhmləri necə reaksiya verdi?
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo
-
4 saat əvvəl
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi
-
7 saat əvvəl
Tikinti gözləmədən mənzil al - hazır evlər: gör, seç və köç ®
-
7 saat əvvəl
Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir
-
8 saat əvvəl
Utilizasiyada “Lada” liderdir — Hər iki avtomobildən biri bu markadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
"Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür"
"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi
Ən çox oxunanlar
Tikinti gözləmədən mənzil al - hazır evlər: gör, seç və köç ®
Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir
Bank of America 2026 və 2027-ci illər üzrə qlobal iqtisadi artım proqnozlarını yenilədyib
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər təyin edilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəəy olunub
ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya ®
Çindən Azərbaycana və Avropaya daha çox yük daşınacaq – Orta Dəhliz üzrə yeni planlar
























