Nazirlik tərəfindən satışa çıxarılan mənzillərdən 200-ə yaxını satıldı
Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron, Samux rayonlarında yeni binalarda yerləşən, çıxarışlı və tam təmirli mənzillərin ms.sosial.gov.az portalı üzərindən onlayn satışı davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ms.sosial.gov.az portalı üzərindən onlayn satışı həyata keçirilən mənzillərdən artıq 200-ə yaxını satılıb.
Bu barədə Marja-ya Nazirlikdən bildirilib.
Qeyd edilib ki, mənzilləri alan şəxslər tərəfindən mənzillərin dəyəri tam ödənilməklə onlarla notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanıb və mənzillər sahiblərinə təqdim olunub.
Hazırda 1400-dən çox mənzilin ms.sosial.gov.az portalı üzərindən bron edilməsi və bron etmiş şəxslərlə əlaqə saxlanılaraq onların bron etdikləri mənzillərin alqı-satqısına dəvət edilməsi prosesi davam edir.
Mənzillərdən maksimum 3 mənzili bron etmək imkanı verilir.
Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron rayonunda (“Stansiya Sumqayıt” kimi tanınan ərazi) və Samux rayonunda yeni binalarda yerləşən həmin mənzillər hər biri çıxarışlı və tam təmirlidir, istifadə olunmayıb.
Mənzilləri banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
2 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
-
3 saat əvvəl
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
-
4 saat əvvəl
SOCAR neft-qaz layihələrində “Halliburton” ilə tərəfdaşlığı böyütmək istəyir
-
4 saat əvvəl
PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
ASELSAN Naxçıvanda zavod açacaq
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yasamalda ev almaq istəyənlər üçün yeni imkan: güzəştli kredit illik 8%-dən başlayır


























