Dekabrda yaradılıb, 8 ayda ilk onluğa daxil olub - 10 manat kapitalı olan şirkət 32,3 milyon dollarlıq ixrac edib
Ötən il yox idi, bu il 32,3 milyon dollarlıq ixracı var - Yeni yaradılmış “Vvest Stream” 32,3 milyon dollarlıq ixracla ilk onluqdadır.2026-cı ilin yanvar-avqust aylarında “Vvest Stream” MMC-nin ixracı 32,3 milyon dollar olub.
Marja.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na istinadən xəbər verir ki, 2025-ci ilin müvafiq dövründə ixrac göstəricisi 0 olduğundan faizlə müqayisə aparmaq mümkün deyil. Məbləğlə artım 32,3 milyon dollardır.
Ən diqqətçəkən detal şirkətin ixracının yanvar-iyulda da 32,3 milyon dollar olmasıdır. Bu o deməkdir ki, avqust ayında cədvəl üzrə əlavə ixrac qeydə alınmayıb.
Şirkətin ixrac fəaliyyətinə başlamasından qısa müddət sonra ilk onluğa daxil olması onu reytinqdəki ən sürətli yeni iştirakçılardan birinə çevirib.
Şirkət haqqında qısa arayış
Dövlət reyestri məlumatına görə, “Vvest Stream” MMC 10 dekabr 2025-ci ildə qeydiyyatdan keçib. VÖEN-i 2009563081, nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçisi Bəhruz Novruzəliyev Zirəddin oğludur. Açıq rəsmi mənbələrdə şirkətin konkret ixrac məhsulları barədə geniş məlumat yoxdur. Buna görə 32,3 milyon dollarlıq ixracın məhsul strukturu barədə ehtimal irəli sürmək doğru olmaz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
59 d. əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
-
1 saat əvvəl
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Dekabrda yaradılıb, 8 ayda ilk onluğa daxil olub - 10 manat kapitalı olan şirkət 32,3 milyon dollarlıq ixrac edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Ən çox oxunanlar
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır




























