Məhsul qiymətləri ilə bağlı “Veysəloğlu”dan aylıq AÇIQLAMA
Veysəloğlu Şirkətlər Qrupu ona aid marketlərdə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə 2023-cü il may ayının qiymət indeksini açıqlayıb.
“Veysəloğlu Pərakəndə İndeksi”nə görə, 2023-cü ilin may ayı üzrə şirkət müştərilərinin ən çox aldığı məhsulların qiymətində keçən ilin may ayına nisbətən 10.3% artım müşahidə edilib (cədvəl 1).
Belə ki, tez köhnələn qida məhsullarının qiymətində keçən ilin may ayına nisbətən 11.7% artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 10.2% artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində 6.8%, gigiyena və təmizlik vasitələrinin qiymətində isə 13.6% artım izlənilib.

Qeyd edək ki, indeks inflyasiyanın göstəricisi deyil. Məlumatı paylaşmaqda məqsəd maliyyə qurumlarına maraqlı ola biləcək məlumatları vermək və ümumi müştərilərə aylıq məhsul alışı üçün büdcə planlamalarında dəstək olmaqdır.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 həftə sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 1 həftə sonra
-
- 5 gün sonra
- 9 d. əvvəl
- 27 d. əvvəl
-
1 saat əvvəl
BOKT bazara 5 milyon manatlıq istiqraz çıxarır - İNVESTORLARA 15% VƏ 18 % GƏLİR VƏDİ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Unibank qadın sahibkarlara dəstək üçün 15 milyon dollar kredit cəlb edib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
Agentliyə sədr müavini təyin edilib
İyulun 9-da gözlənilən hava şəraiti
ABB-nin növbəti istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
Ən çox oxunanlar
Tramp: İranla atəşkəs bitdi
"Abu-Life Group" mağaza şəbəkəsini genişləndirir
Azər Türk Bank təhsil işçiləri üçün sərfəli istehlak kreditləri kampaniyasına başladı





















