Peşəkar mühasib olmaq istəyənlər üçün təlim!
Azərbaycanın maliyyə-iqtisadi sistemi beynəlxalq maliyyə sisteminə interqasiya olunmuş şəkildə inkişaf edir. Bu baxımdan qlobal çağırışları, beynəlxalq maliyyə və iqtisadiyyat platformasında baş verən keyfiyyət dəyişikliklərini nəzərə alaraq respublikamızda maliyyə-uçot sahəsində mütərəqqi yeniliklər tətbiq olunur. Bu məqsədilə atılan addımlardan biri mühasiblərin peşəkarlığının artırılması üçün onların sertifikasiyasının həyata keçirilməsidir.
Peşəkar mühasib sertifikatının verilməsi prosesinə 2021-ci ilin noyabr ayından başlanılıb. Artıq qanunvericiliyə əsasən hər bir müəssisədə çalışan baş mühasib peşəkarlıq sertifikatına malik olmalıdır. Peşəkarlıq sertifikatın əldə edilməsinin vacibliyini nəzərə alaraq mühasiblərin imtahanlarda müvəffəqiyyət qazanmaları üçün təlimlərdə iştirak etmələrini tövsiyə edirik.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi belə təlimləri həyata keçirən peşəkar qurumdur.
Mərkəzdə təlimlər Dövlət İmtahan Mərkəzinin proqramı əsasında, beynəlxalq təcrübəyə, yeni və innovativ çağırışlara uyğun olaraq, peşəkar mütəxəssislər tərəfindən keçirilir. İştirakçılar təlim zamanı proqrama uyğun olaraq kağız və elektron formada tədris vəsaitləri ilə təmin olunurlar. Mərkəzdə təlimlər əyani, intensiv, hibrid (əyani və onlayn) formatda təşkil olunur.
Mərkəzdə tədris olunan təlimlər barədə məlumatlar aşağıda qeyd olunmuşdur:
Təlimlər
- Büdcə təşklilatlarında mühasibat uçotunun praktiki təşkili;
- Kommersiya təşkilatlarında mühasibat uçotunun praktiki təşkili;
- “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları” üzrə I və II mərhələ;
- “Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları”;
- “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Peşakar Mühasib Sertifikatı”;
- Əmək qanunvericiliyi və kadr işinin təşkili;
- Orta müddətli xərclər çərçivəsinin hazırlanması;
- Maliyyə uçotunda İKT-nin təşkili;
- Beynəlxalq mühasibat standartları;
- Maliyyə təsərrüfat fəaliyyətində Dövlət satınalmalarının həyata keçirilməsi ilə bağlı təlimlər;
- Mühasibat uçotu sahəsində proqram təminatı;
- Vergi uçotu;
- İşgüzar ingilis dili;
Təlimlərdə iştirak etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz:
(+994 12) 404 81 59, (055) 404 81 50 (whatsapp)
E-mail: tedrismaliyye@gmail.com
Faks: 012 566 84 77
Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti 10
Seminar və vebinarlar:
- Əmək haqqının ödənilməsinin forma və qaydaları (o cümlədən məzuniyyət haqqının hesablanması);
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması və ödənilməsi Qaydaları;
- Torpaq, tikili və avadanlıqların mühasibat uçotunda əks etdirilməsi qaydaları (praktik məsələlər əsasında)
- Ehtiyatların mühasibat uçotunda əks etdirilməsi qaydaları (praktik məsələlər əsasında);
- Qeyri-maddi aktivlərin mühasibat uçotunda əks etdirilməsi qaydaları (praktik məsələlər əsasında);
- Büdcə təşkilatlarında memorial orderlərin tərtib edilməsi, dövriyyə balansının əsasında maliyyə hesabatlarının hazırlanması;
- Büdcə təşkilatlarında maliyyə əməliyyatlarının Xəzinədarlıq vasitəsi ilə aparılması qaydaları;
- Aktivlərin və öhdəliklərin inventarizasiya qaydaları, əsas vəsaitlərin (fondların) ləğv edilməsi qaydaları;
- Təşkilatlarda audit və təftişin aparılması qaydaları;
- Elektron kommersiya;
- Natiqlik istiqaməti üzrə proqramlar (özünüifadə etmə, təqdimat bacarıqları, natiqdə əsas anlayışlar);
- Fərdi inkişaf üzrə proqramlar (vaxtın idarə olunması,ünsiyyət və kommunikasiya bacarıqları, liderlik və s.).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
5 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Maliyyə Nazirliyi 200 milyon manat da borc alır – Şərtlər açıqlandı
-
10 saat əvvəl
Toyota Abşeron-da RAV4 üçün yeni qiymət: 66 500 manatdan başlayaraq ®
-
10 saat əvvəl
Azərbaycanın "Prime Cotton" şirkəti Rusiyanın iri tekstil istehsalçıları ilə danışıqlar aparıb
-
10 saat əvvəl
Biləcəri və Xırdalanda mənzillər hansı şərtlərlə satılır? – ƏTRAFLI ®
-
10 saat əvvəl
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İntensiv və güclü yağış yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanın "Prime Cotton" şirkəti Rusiyanın iri tekstil istehsalçıları ilə danışıqlar aparıb
Ən çox oxunanlar
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-nin aktivləri 2026-cı ilin ilk yarısında 11,5% artaraq 16 milyard manata yaxınlaşıb
Gorusda Azərbaycan-Ermənistan texniki görüşü keçirilib
Dövlət Komitəsinin sədr müavini dəyişib - YENİ SƏRƏNCAM
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir ®






















