“Azərlotereya” şirkətinə yeni sədr təyin olundu
Azərbaycanda qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin İdarə Heyətində dəyişiklik olub.
Marja xəbər verir ki, Şirkətin Maliyyə departamentinin baş rəhbəri vəzifəsində çalışan Osman Karakuş İdarə Heyətinin sədri/İcraçı direktoru təyin olunub. O, bu vəzifədə Türkiyənin ən böyük şans və mərc oyunları şirkəti “Misli.com”a icraçı direktor vəzifəsinə təyin olunan Zafer Reisoğlunu əvəzləyib.
Osman Karakuş 1996-cı ildə Ankara Universitetinin Siyasi Elmlər fakültəsi dövlət idarəçiliyi ixtisası üzrə bitirib, Qalatasaray Universitetində iqtisadiyyat hüququ üzrə magistr təhsilini, 2016-2017-ci illərdə İngiltərənin Durham Universitetində MBA təhsilini tamamlayıb.
O, karyerasına 1997-ci ildə “Vakıfbank”da maliyyə analitiki kimi başlamış, 2003-2004-cü illərdə “Kuveyt Türk”də maliyyə analitiki, 2004-2010-cu illərdə “Turkcell Inteltek”də maliyyə meneceri, 2010-cu ildə “Azerinteltek” QSC-də mühasibat, vergi və xəzinədarlıq meneceri vəzifələrində çalışmışdır. 2017-ci ildə “PepsiCo”da Qrup xəzinədarlığı və vergi meneceri kimi fəaliyyətə başlayan Osman Karakuş 2020-ci ildə “Demirören Holding”ə qoşulub. O, 2021-ci ilin avqust ayından “Azərlotereya” ASC-nin Maliyyə departamentinin baş rəhbəri vəzifəsində çalışırdı.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərlotereya” ASC-nin idarəetməyə verilməsi barədə 16 yanvar 2021-ci ildə Sərəncam imzalamışdır. Sərəncamın icrası ilə əlaqədar İqtisadiyyat Nazirliyinin təsisçisi olduğu “Azərlotereya” ASC-nin Türkiyənin dünyada nüfuzlu “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkətinə 10+5 illik müddətə idarəetməyə verilməsi ilə bağlı 27 fevral 2021-ci ildə müqavilə imzalanıb.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 16 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
























