Türkmənistandan Azərbaycan vasitəsilə Avropaya qaz boru kəməri layihəsi yenidən bərpa oluna bilərmi?

Xəbər verildiyi kimi, martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub.
Marja xəbər verir ki, görüşdə “Edison Technologies and Engineering Group”un baş icraçı direktoru Edison Kasapoğlu Prezident İlham Əliyevdən “Transxəzər” boru kəmərinin yenidən bərpa olunub olunmayacağını soruşub.
“Edison Technologies and Engineering Group”un baş icraçı direktoru Edison Kasapoğlu: Cənab Prezident, çox sağ olun. Sizin məqsədləriniz və təqdim etdiyiniz hazırkı planlarınız çox böyük təəssürat bağışlayır. Qarşınıza qoyduğunuz planlar həqiqətən əla planlardır.
Bizim şirkət enerji bazarında 2004-cü ildən etibarən fəaliyyət göstərir. Dünyadakı digər mühəndis tərəfdaşlarımızla biz əsasən böyük hökumət layihələrinə dəstək veririk. Bu gün mən, cənab Prezident, üç məsələni qeyd etmək istərdim və ümidvaram ki, həmin məsələlərə cavabınızı eşidəcəyəm. Birinci məsələ ondan ibarətdir ki, cənab Putin Xəzər dənizinin hüquqi statusu ilə bağlı razılaşmanı təsdiqlədikdən sonra biz 2018-ci ilin avqustunda “Erlikid”, “Sinopec Engineering” və “Manesman” şirkətləri ilə Türkmənistandan Azərbaycan vasitəsilə Avropaya çəkiləcək qaz boru kəməri üzərində işləməyə başladıq. İşlər müəyyən dərəcəyə qədər icra olundu. Lakin əfsuslar olsun ki, biz növbəti mərhələyə çıxa bilmədik. Burada, cənab Prezident, mən Sizdən “Transxəzər” boru kəməri barədə soruşmaq istərdim. Bu layihə yenidən bərpa oluna bilərmi? Həmin vaxt, yəni, 2018-ci ilin avqust ayında, qeyd etdiyim kimi, mətbuatda hətta konsorsiumla birgə məlumat verilmişdi ki, biz həmin layihədə əməkdaşlıq üçün tam şəbəkə yaratmışıq. Bu layihənin maliyyələşdirilməsini dəstəkləmək üçün idarə heyətinə hətta çox böyük maliyyə təsisatı da qoşulmuşdu. Bu, birinci məsələdir.
İkinci məsələ bizim DESFA və “Snam” ilə olan öhdəliklərimizə aiddir. Bu, Türkiyə ilə Yunanıstan arasında yerləşən qovşaqda təbii qazın qəbul edilməsi əməliyyatı ilə bağlıdır. Avropa istiqamətində bir neçə milyard kubmetr qazın qəbul edilməsi nəzərdə tutulur. Aydındır ki, “Snam” Avropa ölkələrinə gedən boru kəmərlərinə malikdir. Mən bilmək istərdim ki, Azərbaycan bu həcmlərin alınmasında bizə dəstək verə bilərmi? Biz artıq BOTAŞ ilə müzakirələr aparmışıq və onlar bu həcmlər üzrə bizə dəstək verəcəklərini bildiriblər.
Azərbaycan Prezidenti İlham Əliyev: Cənab Kasapoğlunun Transxəzər boru kəməri ilə bağlı sualına gəldikdə bildirməliyəm ki, Transxəzər boru kəməri uzun illər müzakirə olunub. Mən ən azından onun on il müzakirə olunduğunu xatırlayıram. O, müzakirə olunan müddətdə biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərlərini, Cənub Qaz Dəhlizini inşa etdik və Avropaya yaşıl enerji ötürən xətti çəkəcəyik və hələ də Transxəzər boru kəməri müzakirə olunacaq. Bax, vəziyyət belədir. Bizim təşəbbüskarı olduğumuz bütün layihələr artıq ya tamamlanıb, ya da şübhəsiz uğurlu olacaqdır. Transxəzər bizim layihəmiz deyil. Transxəzər layihəsində biz tranzit ölkəsi hesab olunuruq və biz, o cümlədən mən, dəfələrlə açıq bəyan etmişik ki, biz Xəzərin o tayında dost və tərəfdaşlarımızın boru kəmərini inşa etməyi qərarlaşdırdığı təqdirdə onlar üçün zəruri tranziti təmin etməyə hazırıq. Lakin məndə olan məlumata görə bu məsələnin indiyədək öz həllini tapmamasının səbəbi odur ki, maliyyələşmənin mənbəyi hələ də müəyyən olunmayıb. 30 milyard kubmetr həcmində olan boru kəmərinin tikintisinin yükünü kimin daşıması aydın deyil. Bu, müəyyən Avropa şirkətləri olacaq, yoxsa vəsait Avropa İttifaqı tərəfindən ayrılacaq, bunun üçün layihə ortaq maraqlar layihələri sırasına daxil edilməlidir. Mən bildiyimə görə bu belə deyil və bunun Türkmənistan hökumətinin olub-olmamasını da biz bilmirik. Buna görə bu, birinci sualdır, bu layihə üçün ödənişi kim edəcək? İkinci sual isə ondan ibarətdir ki, yaxşı, layihəni kimin maliyyələşdirdiyi müəyyən edildikdən sonra layihə Azərbaycana gələcək və oradan hara gedəcək? Çünki bizdə-TANAP-da indi boş qalan tutumumuz yoxdur. Biz yeni kompressor stansiyaları tikməklə TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər genişləndirəcəyik və boru Azərbaycan qazı ilə tam dolu olacaqdır. Bu isə o deməkdir ki, potensial kəmər olan Transxəzər boru kəməri Azərbaycana gəldikdən sonra kimsə Azərbaycandan Avropaya başqa bir boru kəmərini tikməlidir. Bu şirkətin kim olduğu yaxşı sualdır. Mən bu məsələyə skeptisizmlə yanaşmıram. Mən hər şeyi real qiymətləndirirəm. Yenə də deyirəm, bu, bizim layihəmiz deyil. Kimsə onu tikməyi qərarlaşdırarsa biz buna çox şad olarıq, çünki biz tranzitdən pul qazanacağıq, Şərqdə və Qərbdə olan qonşularımıza yaxşı xidmət göstərmiş olacağıq. Aralıq dənizi regionunda DESFA və “Snam” təbii qaz layihələrinə gəldikdə, mən bu sualı belə başa düşdüm, elə deyilmi?
Edison Kasapoğlu: Əslində, tranzit Kiprdən Türkiyə və Yunanıstan arasında həyata keçiriləcəkdir. DESFA yunan şirkətidir, lakin “Snam” törəmə şirkətdir və onlar bizim qarşımızda üzərinə öhdəlik götürdülər ki, bizə 1 milyard kubmetrdən 3 milyard kubmetrə qədər sərbəst tutum verəcəklər.
Prezident İlham Əliyev: Sərbəst tutum harada, TANAP-da?
Edison Kasapoğlu: Yox Kiprdən. Bizim Kipr-Yunanıstan sərhədinə qədər gedən boru kəmərimiz var. Onlar bizə Avropaya qazı nəql etmək üçün 1-3 milyard kubmetr sərbəst tutum verəcəklər.
Mikayıl Cabbarov: Cənab Prezident, Türkiyə və Yunanıstan sərhədindən söhbət gedir.
Prezident İlham Əliyev: Orada tutum var?
Mikayıl Cabbarov: Cənab Kasapoğlu deyir, - əgər mən onu düz başa düşürəmsə, - Türkiyə hökuməti şirkətə imkan verir ki, bu tranzit ötürmə tutumuna malik olsun. Bu da sonra beynəlxalq qaz donorların tapılmasından asılıdır. Düzdür?
Edison Kasapoğlu : Düzdür, bəli 1 milyard kubmetrdən 3 milyard kubmetrə qədər.
Prezident İlham Əliyev: Anladım. Bu fikir barədə heç nə eşitməmişəm, ona görə şərh verə bilmərəm. Bəlkə görüşümüzdən sonra bunu nazirimizlə müzakirə edib bizi daha çox məlumat və təfərrüatlarla təmin edə bilərsiniz. Əlbəttə ki, enerji təhlükəsizliyi ilə bağlı bizim dəstəyimizə ehtiyacı olan istənilən layihəni dəstəkləyəcəyik. Sonuncu qeyd isə Azərbaycanda bəzi işlərlə- gəmiqayırma zavodu və Sumqayıt Texnologiyalar Parkı ilə bağlı idi, əgər sualı düzgün başa düşmüşəmsə. Eləcə də hidrogen. Düşünürəm ki, mən bu məsələyə toxunmuşam, lakin Bakı gəmiqayırma zavodu çox məşğul olacaq. Biz onun tutumunu artırmağı planlaşdırırıq.
Dediyim kimi, Xəzər dənizi ilə daşımalar üçün tələbat artır. Azərbaycanın hələ ki, Xəzər dənizində ən böyük ticarət donanması, 50-dən çox gəmisi var. Bakı gəmiqayırma zavodu isə ildə 6 gəmi istehsal edə bilər və bu da həmin neft həcmləri və Mərkəzi Asiyadan, yəqin ki, Çindən gözlədiyimiz quru yük üçün kifayət etmir. Yəqin ki, eşitmisiniz Çindən, Qırğızıstan, Özbəkistan ərazisindən Xəzər dənizinə dəmir yolunun tikintisi layihəsi var və əlbəttə ki, layihə Xəzər dənizinə çatan kimi o, bizə tərəf gələcək. Beləliklə, biz Azərbaycan ərazisindən potensial daşıma həcmlərinin ciddi dəyərləndirmə prosesindəyik və biz buna hazır olmalıyıq. Biz investisiya yatırmalıyıq və bu sahədə çoxlu investisiya imkanları və ya müqavilə imkanları olacaq. Düşünürəm ki, mən bütün məsələləri əhatə edə bildim.
Müştərilərin xəbərləri

PAŞA Holding-in təşkilatçılığı ilə "Business Talks by PASHA Holding" platformasının ilk tədbiri baş tutub!

Valentino, Chloé, YSL, Balenciaga brendləri azərbaycanlı memar Rafael Abbasova etibar edirlər - Nüfuzlu Forbes jurnalı yazır
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
-
9 saat əvvəl
"İsrailin zərbələri İranda hakimiyyət dəyişikliyinə səbəb ola bilər"
- 21 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
21 saat əvvəl
İran : Nüvə silahının olmamasına təminat verən saziş imzalamağa hazırıq
- 1 gün əvvəl
-
1 gün əvvəl
İspaniyanın bank nəhəngi 2025-ci ilin sonunda Dolların 45 Türkiyə Lirəsi olacağını gözləyir
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Netanyahu: İran nüvə silahını regiondakı tərəfdaşlarına verməyi planlaşdırırdı
- 1 gün əvvəl
-
1 gün əvvəl
Uzunluğu 154.5, eni 17.7 təşkil edəcək - BAKIDA TİKİNTİSİ DAVAM EDİR
-
1 gün əvvəl
160A, 193 və 503 nömrəli avtobus marşrutları bu şirkətlərə verildi
Son Xəbərlər

4 gün İRŞAD-da yüksək endirimlər olacaq

"İsrailin zərbələri İranda hakimiyyət dəyişikliyinə səbəb ola bilər"

"Neftin qiyməti 1 barel üçün 300 dollara çata bilər"

İspaniyanın bank nəhəngi 2025-ci ilin sonunda Dolların 45 Türkiyə Lirəsi olacağını gözləyir

Procter & Gamble işçi qüvvəsinin 15 faizini ixtisar edəcək

Telegram-a IPO-ya hazırlaşır?

May ayında qlobal ərzaq qiymətləri azalıb

“Suriya SWIFT sisteminə qayıdacaq”

“Cənubi Pars” qaz yatağında baş verən yanğının qarşısı alınıb, hasilat dayandırılıb

Putin Rusiyanın iyunun 22-dən sonra Kiyevlə danışıqları davam etdirməyə hazır olduğunu təsdiqləyib

Putin və Tramp arasında telefon danışığı olub

Ərdoğan Əliyevə zəng edib, vəziyyətin gərginləşməsi ilə bağlı narahatlıq ifadə olunub
