Xidmәt sәviyyәsinin yaxşı və ya aşağı olduğu sığorta şirkətləri açıqlandı - ŞİKAYƏT İNDEKSİ
İcbari avtomobil sığortası üzrə “Şikayət indeksi” açıqlandıMərkəzi Bank tərəfindən yanvar ayının sonunadək əldə edilmiş məlumatlar əsasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə “şikayət indeksi” açıqlanıb.
Marja xəbər verir ki, İndeksə görə, "AtaSığorta" ASC, "Günay Sığorta" ASC və “Atəşgah Sığorta” ASC ən çox şikayət edilən (xidmәt sәviyyәsinin aşağı olduğu) şirkətlərədir. "Naxçıvansığorta" ASC, “Paşa Sığorta” ASC və "Qala Sığorta" ASC xidmət səviyyəsinin yaxşı olduğu şirkətlərdir.
“Şikayət indeksi” ilə bağlı daha ətraflı məlumatı aşağıdakı cədvəldən əldə etmək olar.
İndeksdə qeyd edilib ki, “AZSIĞORTA” ASC-nin könüllü müraciәti әsasında avto-icbari sığorta növünün aparılması üzrә verilәn icazәnin lәğv edilmәsi yolu ilә lisenziyasının qüvvәsi 11 sentyabr 2022-ci il tarixindәn mәhdudlaşdırılmışdır. Hazırda avto-icbari sığorta üzrә mövcud müqavilәlәrin hüquqi qüvvәsi davam etdiyindәn Şirkәt baş verәcәk sığorta hadisәlәrinin tәnzimlәnmәsini davam etdirir. Bu sәbәbdәn mövcud müqavilәlәr qüvvәsindә qaldığı müddәtdә Şirkәt üzrә şikayәt indeksinin hesablanması aparılacaqdır.
“Naxçıvansığorta” ASC üzrә indeks Naxçıvan Muxtar Respublikasının rayonlarına aid olan nәqliyyat vasitәlәrinә münasibәtdә daxil olan şikayәtlәr әsasında hesablanmışdır.
“İpək Yolu Sığorta” ASC-nin könüllü müraciәti әsasında avto-icbari sığorta növünün aparılması üzrә verilәn icazәnin lәğv edilmәsi yolu ilә lisenziyasının qüvvәsi 24 yanvar 2023-cü il tarixindәn mәhdudlaşdırılmışdır. Hazırda avto-icbari sığorta üzrә mövcud müqavilәlәrin hüquqi qüvvәsi davam etdiyindәn Şirkәt baş verәcәk sığorta hadisәlәrinin tәnzimlәnmәsini davam etdirir. Bu sәbәbdәn mövcud müqavilәlәr qüvvәsindә qaldığı müddәtdә Şirkәt üzrә şikayәt indeksinin hesablanması aparılacaqdır.
Şikayət indeksinin izahı: İndeksin 1.00-dәn aşağı olması hәmin portfel üzrә xidmәt sәviyyәsinin digәr şirkәtlәrlә nisbәtdә yaxşı olduğunu, lakin 1.00-i üstәlәmәsi xidmәt sәviyyәsinin digәr şirkәtlәrә nәzәrәn aşağı olduğunu göstәrir.
Şikayət indeksi = Şikayətlər üzrə bazar payı bölünsün bağlanan müqavilələr üzrə bazar payı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş




























