Dövlət Xidmətindən tibbi ölçü cihazları ilə bağlı xəbərdarlıq - 4000 manatadək cərimə
Mülkiyyət formasından asılı olmayaraq, səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazları istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövri yoxlamadan keçirilməlidir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumatda bildirilir ki, məqsəd göstərilən səhiyyə xidmətləri zamanı tibb müəssisələrində xəstəliklərin diaqnostikasında istifadə olunan klinik-laborator, rentgen aparatları və s. kimi tibbi cihazların qeyri-dəqiq ölçmələrinin vətəndaşların həyat və sağlamlığına mənfi təsirinin qarşısını almaqdan ibarətdir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tibb fəaliyyəti ilə məşğul olan dövlət və özəl subyektlərin nəzərinə çatdırır ki, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, tibb müəssisələrində tipi təsdiq edilmiş, üzərində yararlılığına dair yoxlama nişanı və ya yoxlama haqqında şəhadətnaməyə malik olan tibbi ölçü cihazlarından istifadəyə icazə verilir.
Qeyd edilib ki, bu tələblərə əməl etməyən subyektlər barəsində qanunvericilikdə məsuliyyət tədbirləri nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, səhiyyə sahəsində ölçmələrin tipi təsdiq edilməmiş və ya yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə etməklə aparılmasına görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə olunur.
Mülkiyyət formasından asılı olmayaraq, səhiyyə sahəsində xidmət göstərən subyektlər tibbi ölçü cihazlarını ilkin yoxlamadan və ya dövri yoxlamadan keçirmək üçün bu sahədə fəaliyyət göstərən akkreditasiya olunmuş qurumlara müraciət edə bilərlər.
İstehlakçılara tövsiyə olunur ki, səhiyyə xidmətlərindən istifadə edərkən tibbi ölçü cihazlarının qeyri-dəqiq göstəricilərindən qorunmaq üçün onların yararlılığına dair məlumatları (yoxlama haqqında şəhadətnaməni və ya yoxlama nişanını) tələb etsin, yoxlamadan keçməmiş ölçü cihazları ilə tibbi xidmət almaqdan çəkinsinlər. Bu kimi hallarla qarşılaşdıqları təqdirdə, vətəndaşlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 195-1 Çağrı Mərkəzi, elektron poçt (office@competition.gov.az) və rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsilə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
TuranBank beynəlxalq əməkdaşlıq çərçivəsində gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
4 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
- 1 gün sonra
-
1 saat əvvəl
"PAŞA Bank Gürcüstan"ın İdarə Heyətinə yeni sədr təyin edilib
- 1 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
P&G qida əlavələri istehsalçısı Thorne-u 3,8 milyard dollara alır
- 10 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
“Hydrotrans Engineering” gəliri demək olar dəyişmədən mənfəətini 21% artırıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünyanın ən zəngin insanının şirkəti: SpaceX InvestAz-da! ®
Expressbankda yeni təyinat olub
BP-nin mənfəəti 2 dəfədən çox artıb - Tramp neft nəhənglərini “həddindən artıq pul qazanmaqda” ittiham edib
P&G qida əlavələri istehsalçısı Thorne-u 3,8 milyard dollara alır
Ən çox oxunanlar
Spotify-ın abunəçi sayı 300 milyonu ötüb
SOCAR-ın prezidenti BYD-nin rəhbər şəxsi ilə görüşüb
Brent markalı neftin qiyməti 80 dollardan aşağı düşüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-nin 5 milyon manatlıq istiqrazlarına üçqat tələb
























