“Botaş” və “Qazprom” “Türk axını”nın maliyyələşdirilməsinə dair razılığa gəliblər
Türkiyənin “Botaş” və Rusiyanın “Qazprom” şirkətləri “Türk axını” qaz kəmərinin maliyyələşdirilməsinə dair razılığa gəliblər.
Bu barədə RİA Novosti agentliyinə “Botaş” şirkətinin baş direktoru Burhan Özcan bildirib.
“Biz artıq “Qazprom”la razılıq əldə etmişik. Lakin hələ ki, mən faizlər ilə bağlı konkret rəqəmləri açıqlaya bilmərəm”, deyə B.Özcan qeyd edib. Onun sözlərinə görə, “Türk axını” boru layihəsinin ikinci xəttinə dair proses müsbət surətdə davam edir.
Xatırladaq ki, tərəflər "Türk axını" layihəsinin reallaşdırılmasına dair hökumətlərarası sazişi 2016-cı il, oktyabrın 10-da imzalayıb. Sənəd Qara dənizin dibi ilə hər biri 15,75 mlrd. kubmetr ötürmə gücünə malik iki magistral qaz xəttinin tikintisini nəzərdə tutur. Bu xətlərdən biri Türkiyə bazarı, digəri isə ölkə üzərindən keçməklə Avropa ölkələri üçün nəzərdə tutulub. İkinci xəttin inşası Avropanın Rusiya qazında maraqlı olmasından asılı olacaq.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
5 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
- 6 saat sonra
-
-
33 d. əvvəl
50 milyon manatlıq istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
VTB (Azərbaycan) 0 komissiya ilə 100 000 AZN-dək kredit kampaniyasına start verir
- 3 saat əvvəl
-
22 saat əvvəl
Kartdan-karta köçürmələrə SƏRT LİMİT – Gündə cəmi 5 əməliyyat!
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
Rəsmi məzənnələr açıqlandı
Özbəkistan şəbəkəsi Azərbaycan bazarına daxil olur
Ən çox oxunanlar
Kartdan-karta köçürmələrə SƏRT LİMİT – Gündə cəmi 5 əməliyyat!
İş elanlarına bax - azvak.az
BYD dünyanın 100 ən böyük şirkəti sırasına daxil oldu
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
İyulda dövlət büdcəsinin 174 milyon manat vəsaiti banklarda depozitə yerləşdirilib - 6,52% - 7,24%























