Qarabağın yenidən qurulmasında ən çox hansı şirkətin sementindən istifadə olunur?
Qarabağda "Norm" sementinə təlabat kəskin artıb, çatdırılma üçün əlavə 12 yük maşını alınıb. Bunun səbəblərindən biri müasir tələblərə cavab verən Norm Sement zavodunda tunellərin və yeraltı keçidlərin tikintisində istifadə olunan xüsusi növ sementin istehsal edilməsidir. 
 İşğaldan azad edilmiş rayonlarda davam edən bir çox inşaat layihələrinin sement təchizatı məhz Norm Sement zavodu tərəfindən qarşılanıb.
Marja.az xəbər verir ki, bu barədə Cənubi Qafqazın ən iri sement istehsalçısı olan “Norm” ASC ötən ilki fəaliyyətinə dair hesabatında bildirilir.
SATIŞIN TƏXMİNƏN DÖRDDƏ BİRİ QARABAĞ LAYİHƏLƏRİ ÜZRƏDİR
Hesabatda qeyd edilib ki, 2013-cü ildən bəri qeyri-neft sektorunun inkişafına töhfə verən və sənaye sahəsində aparıcı mövqe tutan şirkət bu il də mühüm uğurlara imza atıb:
"“Norm” ASC il ərzində Qarabağda işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və regionun abadlaşdırılması istiqamətində çoxşaxəli fəaliyyət planını həyata keçirməyə nail olub. Belə ki, işğaldan azad edilmiş rayonlarda davam edən bir çox inşaat layihələrinin sement təchizatı məhz Norm Sement zavodu tərəfindən qarşılanıb. 2022-ci ildə “Norm” ASC-nin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən inşaat layihələrinə sement satışı şirkətin ümumi satışının 23%-nə bərabər olub. Zəfər yolu, Şükürbəyli-Cəbrayıl-Hadrud, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Toğanalı-Kəlbəcər-İstisu, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yollarının inşasında Norm sementlərindən istifadə olunub. Daşaltı, Toğana-Kəlbəcər tunelləri və yeraltı keçidləri zavodda istehsal olunan və tunellərin tikintisi üçün nəzərdə tutulan xüsusi növ sementlə tikilib".

ƏLAVƏ 12 YÜK AVTOMOBİLİ ALINIB
Qeyd edilib ki, bölgədə yaşayış binalarının, kənd təsərrüfatı və səhiyyə obyektlərinin, yolların, viaduk, körpü və tunellərin inşasında istifadə olunan sement məhsullarının təminatı ilə yanaşı, bu məhsulların qısa zaman ərzində və təhlükəsizlik qaydalarına riayət olunaraq müştərilərə çatdırılması şirkətin logistika siyasətinin başlıca prioriteti olub:
"Bu siyasətə uyğun olaraq, Qarabağda həyata keçirilən layihələr üzrə sement təchizatında yubanmaların qarşısının alınması və davamlılığın təmin edilməsi məqsədilə “Norm” ASC tərəfindən Avropa istehsalı olan və Avro 5 standartının tələblərinə cavab verən 12 ədəd əlavə yük maşını alınıb. Unikal dizayna və yüngül çəkiyə malik olan, yük kompressorları və rəqəmsal qoşquya nəzarət sistemi ilə təchiz olunan bu nəqliyyat vasitələrində sementin boşaldılması zamanı təhlükəsizlik və maksimum səmərəlik təmin olunur. Ən son texnologiyaların tətbiqi ilə istehsal olunan maşınlar və qoşqu vasitələri çətin yol şəraitinə dayanıqlı olub sürücülərin rahatlığı üçün əlverişli imkanlara malikdir".

ŞİRKƏTLƏR XARİCDƏN İDXAL EDİRDİLƏR, BU İLDƏN "NORM"DAN ALIRLAR
Həmçinin hesabatda bildirilir ki, 2022-ci ildə zavodda quyu-tamponaj sementinin istehsalı və satışı ilə bağlı mühüm addımlar atılıb. Bu sement növünün istehsalı üçün zavodda tədqiqat və hazırlıq işlərinə hələ 2019-cu ildən başlanılmış, istehsal üçün lisenziya prosesləri pandemiya şəraitində davam etdirilərək, ötən ildən etibarən istehsalı həyata keçirilmişdir:
"Qeyd edək ki, bu sement növü ölkənin neft sənayesi üçün strateji məhsul hesab olunur və 2021-ci ilə qədər Azərbaycanda istehsal olunmadığına görə xaricdən idxal olunurdu. Bu ildən etibarən, “Norm” ASC SOCAR, eləcə də bir sıra yerli və xarici şirkətləri quyu-tamponaj sementi ilə təchiz etməyə başlayıb. Fəxr hissi ilə vurğulamaq olar ki, bu gün Norm Sement zavodu ölkənin neft sənayesinin quyu-tamponaj sementinə olan tələbatını tam ödəmək iqtidarindadır. Xatırladaq ki, zavod Cənubi Qafqazda quyu-tamponaj sementinin ilk istehsalçısıdır və bu məhsul Amerika Neft İnstitutunun (API) Q1 və 10A sertifikatlarına layiq görülüb. Beləliklə, qeyri-neft sektorunun inkişafında rolu olan sənaye müəssisəsi kimi ”Norm” ASC həm də, neft sənayesini bu məhsulla təchiz etməklə xaricdən asılılığı aradan qaldırmağa dəstək olur".
2 MİLYON QƏZASIZ İŞ SAATI
Həmçinin bildirilir ki, 2022-ci il şirkət üçün istehsalatda qəzasız il kimi yadda qalıb. Şirkətin cari ilin yekunlarına dair hesabatında “2 milyon qəzasız iş saatı”nın tamamlanması xüsusi qeyd edilib.
İl ərzində şirkət tərəfindən təhsillə bağlı layihələr də uğurla icra olunub. Belə ki, bir sıra universitetlərlə əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum çərçivəsində həmin universitetlərdə təhsil alan tələbələr Norm Sement zavodunda istehsalat təcrübələrinə cəlb olunublar. Bununla yanaşı, zavodun peşəkar heyəti tərəfindən tələbələrə istehsal, maliyyə, biznes, keyfiyyətə nəzarət və s. sahələrlə bağlı müxtəlif mövzularda təlimlər keçilib.
"“Norm” ASC ölkə iqtisadiyyatının dayanıqlı inkişafına dəstək vermək məqsədilə növbəti illər ərzində bütün imkanlarından istifadə etməyə və sənaye sahəsində öz rolunu möhkəmləndirməyə davam edəcək",- hesabatda vurğulanıb.
Müştərilərin xəbərləri
 
                        Sumqayıt layihələrində ipoteka və daxili kredit imkanı ilə satış davam edir - aylıq 423 manatdan başlayan qiymətlər
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 
                     1 gün sonra
                    Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı! 
- 
                         📲 İndi
 Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
 ♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
 ♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az
- 38 d. əvvəl
- 51 d. əvvəl
- 
                     1 saat əvvəl
                    “Xəmsə” birlik yarışında Kapital Bank iki layihə ilə qalib oldu 
- 
                     1 saat əvvəl
                    4-cü avtomobil təqdim edildi, növbəti sən ola bilərsən - Həyəcan davam edir! 
- 
                     1 saat əvvəl
                    Xırdalanda ilk “McDonald's” restoranının açılışı olub - FOTO 
- 2 saat əvvəl
- 
                     2 saat əvvəl
                    53, 81 və 160 nömrəli marşrutlarda yeni avtobuslar xəttə buraxılır 
- 
                     2 saat əvvəl
                    9 ayda Azərbaycan Rusiyaya 879 milyon dollarlıq qeyri-neft malları ixrac edib 
- 
                     3 saat əvvəl
                    Mərkəzi Bankda bankların rəhbər şəxsləri ilə görüş keçirilib 
Son Xəbərlər
 
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
 
                                    Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı!
 
                                    “Monetri” BOKT və və onun vəzifəli şəxsi cərimələnib
 
                                    “Xəmsə” birlik yarışında Kapital Bank iki layihə ilə qalib oldu
 
                                Xırdalanda ilk “McDonald's” restoranının açılışı olub - FOTO
 
                                53, 81 və 160 nömrəli marşrutlarda yeni avtobuslar xəttə buraxılır
Ən çox oxunanlar
 
                                Mərkəzi Bankda bankların rəhbər şəxsləri ilə görüş keçirilib
 
                                Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” aksiyası
 
                                Avrozonada inflyasiya hədəfə yaxınlaşıb
 
                                

 
                         
                    





 
                                 
                                 
                                 
                                
 
                             
                            




 
                                     
                                     
                                     
                                     
                                    







.jpg)
