Devalvasiya ehtimalının aşağı olduğuna işarə edən mühüm məlumatlar açıqlanıb
Statistik rəqəmlərə görə, devalvasiya riski aşağıdır. Neftin və qazın yüksək qiymətləri, bunun sayəsində Azərbaycanın cari əməliyyatlar balansında 17,7 milyard dollarlıq profisitin yaranması növbəti devalvasiya riskini minimuma endirir. Digər tərəfdən, əsasən xarici amillərin təsiri ilə ölkədə yüksək bahalaşma (inflyasiya), bunun nəticəsində manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi növbəti devalvasiya üçün zəmin yaratmaqdadır.
Devalvasiya - ölkənin cari əməliyyatlar balansı kəsirini bağlamaq üçün həyata keçirilən tədbirlərdən biridir.
İqtisad ədəbiyyatda, “sabit məzənnə rejimlərində mərkəzi bankın rəsmi valyuta məzənnəsini yüksəldərək milli valyutanı ucuzlaşdırması prosesi” kimi xarakterizə olunan devalvasiya, malların ixrac qiymətini xarici valyutada aşağı salır, idxal qiymətini isə milli valyutada artırır.
Başqa sözlə, devalvasiya bir tərəfdən ixracı təşviq edərək valyuta gəlirlərini artırmaq, digər tərəfdən ölkə daxilində idxal mallarına tələbi azaldaraq (idxal malları bahalaşdığı üçün) valyuta qənaəti təmin etmək məqsədlərini güdür. İxrac gəlirlərinin artması və idxalın azalması ilə cari əməliyyatlar balansının kəsiri aradan qaldırılır.
Devalvasiyaya gedən ölkələr ixracada rəqabət üstünlüyü qazana bilirlər. Ancaq devalvasiyanın müsbət tərəfləri ilə bərabər mənfi tərəflərinin də olduğu mütəxəssislər tərəfindən vurğulanır.
Yüksək xarici borca malik ölkələrdə, bu yükün daha da artması ilə nəticələnən devalvasiyanın, malları, o cümlədən avadanlıq və texnologiya idxalını daha bahalı edərək ölkədə qiymət artımının baş verməsinə səbəb olur. Ərzaq məhsullarının böyük bir hissəsini xaricdən idxal edən ölkələr devalvasiya nəticəsində məhsulları daha bahalı alımalı olurlar və sosial problemlər də dərinləşir.
Əgər cari əməliyyatlar balansının saldosu mənfi olarasa (kəsir) bu, devalvasiya ehtimalını artırır. Çüni idxalı məhdudlaşdırmaq və ölkədən valyuta axınını azaltmaq üçün Dolların bahalaşdırılması da tələb olunur.
Dünya bazarlarında neft və qaz qiymətləri yüksək olduğundan hazırda Azərbaycanın ixrac gəlirləri kəskin artmaqdadır. Bu səbəbdən cari əməliyyatlar balansında böyük məbləğdə profisit yaranıb.
Eyni zamanda, 2023-cü ilin dövlət büdcəsi layihəsi neftin qiyməti 50 ABŞ dolları ssenarisi əsasında tərtib edilib. Yəni, neftin qiyməti 50 dollardan yuxarı olduğu hallarda dövlət büdcəsi rahat icra edilə bilər. Proqnozlara görə, 2023-cü ildə dünya bazarlarında neftin qiymətinin orta hesabla 80-90 dollar civarında olacağı proqnozlaşdırılır. Belə olduğu vəziyyətdə, həm dövlət büdcəsinin gəlirləri üçün təhlükə yaranmaz, eyni zamanda Azərbaycan valyuta ehtiyatlarını daha da artıra bilər.
Neftin qiymətinin yüksək qalmaqda davam etməsi, neftin cari qiymətlərinin dövlət büdcəsinin gəlirlərinə təsirinin azaldılması, qeyri-neft sektoru üzrə büdcəyə vergi daxilolmalarının artması, cari əməliyyatlar balansında böyük məbləğdə profisitin yaranması bunu proqnozlaşdırmağa əsas verir ki, 2022-ci ildə və gələn il devalvasiyaya ehtiyac olmaya bilər. Eyni zamanda, növbəti bir devalvasiya ölkəmizdə inflyasiyanın daha da yüksəlməsinə, yoxsulluğun artmasına, investisiyaların təxirə salınmasına – qısası, iqtisadiyyat üçün qeyri-müəyyənliyin artmasına səbəb olacaqdır ki, Azərbaycan hökuməti bunların heç birini arzulamır.
Digər tərəfdən, əsasən xarici amillərin təsiri ilə ölkədə yüksək bahalaşma, bunun nəticəsində manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi, bahalşma ilə əlaqədar olaraq dövlətin də xərclərinin artmasına baxmayaraq hər neft dollarını 1.70 manatdan mübadilə edərək valyuta ehtiyatlarını xərcləməsi növbəti devalvasiya üçün zəmin yaratmaqdadır.
Mərkəzi Bankın 2022-ci ilin 9 ayı üzrə Tədiyə Balansı Hesabatında bildirilir ki, 2022-ci ilin 9 ayı üzrə Azərbaycanın cari əməliyyatlar balansının profisiti 17 milyard 710,6 milyon dollar, tədiyə balansının ümumi saldosu (ölkənin ehtiyat aktivlərinin dəyişməsi) 7 milyard 606,4 milyon dollar təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin 9 ayı üzrə Azərbaycanın cari əməliyyatlar balansının profisiti 3 milyard 939,1 milyon dollar, tədiyə balansının ümumi saldosu 2 milyard 437 milyon dollar təşkil etmişdi.
2022-ci ilin 6 ayı üzrə Azərbaycanın cari əməliyyatlar balansının profisiti 10 milyard 330,9 milyon dollar, tədiyə balansının ümumi saldosu 4 milyard 633,5 milyon dollar təşkil etmişdi.
"2022-ci ilin 9 ayı üzrə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft-qaz ixracının əhəmiyyətli artımından təsirlənmişdir. Cari əməliyyatlar balansında 17.7 milyard dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 9.6 milyard dollar kəsir yaranmış, ehtiyat aktivləri 7.6 milyard dollar artmışdır. Bu dövrdə xam neftin orta qiyməti 107 dollar/barel olmuş, qeyri-neft-qaz ixracı isə 21.5% artaraq 2 milyard dollar səviyyəsində formalaşmışdır",- Hesabatda deyilir.
"2022-ci ilin 9 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 17.7 milyard dollar və ya ÜDM-in 30.7%-ni təşkil etmişdir (2021-ci ilin 9 ayı üzrə 3.9 milyard dollar profisit olmuşdur). Neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2.6 dəfə artaraq 21.4 milyard dollar, qeyri-neft-qaz sektoru üzrə əməliyyatlar balansının profisit kəsiri isə 12.1% azalaraq 3.7 milyard dollar məbləğində olmuşdur",- Hesabatda qeyd edilir.
2022-ci ilin 9 ayı üzrə xarici ticarət dövriyyəsi 40,2 milyard dollar təşkil etmiş, neft-qaz sektoru üzrə 27 milyard dollar həcmində profisit qeyri-neft-qazsektoru üzrə 5,8 milyard dollar həcmində kəsiri bağlamışdır. Nəticədə hesabat dövründə xarici ticarət balansında 21.2 milyard dollar həcmində profisit yaranmışdır.
Hesabat dövründə əmtəə ixracı 2,2 dəfə artaraq 30,7 milyard dollar təşkil etmişdir. Dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin və təbii qazın ötən ilin müvafiq dövrünə nisbətən bahalaşması səbəbindən neft-qaz sektoru üzrə ixracın həcmi 2,3 dəfə artaraq 28,7 milyard dollar olmuşdur. İxrac olunmuş neft-qaz məhsullarının (28,7 milyard dollar) 15,9 milyard dolları xam neftin, 12,3 milyard dolları təbii qazın, 0,5 milyard dolları isə neft emalı məhsullarının payına düşür. 2022-ci ilin 9 ayı üzrə qeyri-neft-qaz ixracı 21.5% artaraq 2 milyard dollar olmuşdur.
2022-ci ilin 9 ayı üzrə əmtəə idxalı ötən ilin müvafiq dövrünə nisbətən 27.4% artaraq 9.5 milyard dollar təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 4 milyard dollar olmuş, bunun da 1.4 milyard dolları ərzaq məhsullarının payına düşür. Qeyri-neft-qaz sektoru üzrə idxal 26.3% artaraq 7.9 milyard dollar olmuşdur.
Cari əməliyyatlar balansına ölkənin xarici ticarət balansı, xidmətlər balansı, ilkin gəlirlər balansı və təkrar gəlirlər balansı daxildir.
Ehtiyat aktivləri (tədiyə balansının ümumi saldosu) - cari əməliyyatlar balansında və kapital və maliyyənin hərəkəti hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin strateji valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar balansı profisitli olduqda, bu profisit kapital və maliyyənin hərəkəti hesabının kəsirini maliyyələşdirir. Əgər cari əməliyyatlar balansının profisiti kapital və maliyyənin hərəkəti hesabının kəsirini üstələyirsə, bu halda yaranmış fərq ehtiyat aktivlərini artıra bilər.
Kapital və maliyyənin hərəkəti hesabı ölkəyə daxil olan və ölkədən çıxan vəsaitlərin (kapitalın) hərəkətini əks etdirir. Kapital daxilolmaları və xaricolmaları birbaşa, portfel, ticarət kreditləri və avanslar, kreditlər və ssudalar, depozitlər və nağd valyuta, habelə digər formalarda ola bilər.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"AS Group" və "BI Group" şirkətləri "4You Baku" premium yaşayış kompleksini ictimaiyyətə təqdim etdilər

Türkiyənin premium qapı-pəncərə profili istehsalçısı “Asistal”ın Azərbaycanda rəsmi nümayəndəliyi açıldı
SON XƏBƏRLƏR
-
1 gün sonra
Yeni açılacaq supermarketə 6 vəzifə üzrə işçilər tələb olunur
- 9 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan 5 ayda xaricdən 43 min ədədə yaxın avtomobil alıb - 790 MİLYON DOLLAR XARİCƏ ÇIXIB
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
10 saat əvvəl
300-ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilir
-
10 saat əvvəl
Azərbaycanın xarici ticarət rəqəmləri açıqlandı- idxal artıb, ixrac azalıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın su mühəndisliyi şirkəti Almaniya şirkətilə anlaşıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Kazino oyunlarında iştirakla bağlı mənafelər sığorta obyekti ola bilməz
-
14 saat əvvəl
Kazino oyunlarının keçirilməsinə görə çox böyük məbləğdə dövlət rüsumu müəyyənləşir
- 14 saat əvvəl
Son Xəbərlər

Yeni açılacaq supermarketə 6 vəzifə üzrə işçilər tələb olunur

“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır

Azərbaycan 5 ayda xaricdən 43 min ədədə yaxın avtomobil alıb - 790 MİLYON DOLLAR XARİCƏ ÇIXIB
.jpg)
300-ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilir

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanın su mühəndisliyi şirkəti Almaniya şirkətilə anlaşıb

Kazino oyunlarında müştəri uyğunluğu tədbirləri görüləcək
Ən çox oxunanlar

Kazino oyunlarının keçirilməsinə görə çox böyük məbləğdə dövlət rüsumu müəyyənləşir

Sabahın hava proqnozu

"OneX" məişət əşyaları markası Azərbaycanda - TƏQDİMATI KEÇİRİLDİ

Unicapital yüksəlişdə: xalis mənfəət 55% artıb

Bank Respublika qan donorluğunda fəal iştiraka görə təltif olundu!

“OBA” marketlər şəbəkəsi dünyanın tanınmış təşkilatına üzv oldu
