Ağdamda nəhəng quşçuluq layihəsi başlayır – “Agro Dairy”, AGROFERT və dövlət fondu anlaşdı
Ağdamda irimiqyaslı quşçuluq kompleksi yaradılacaq. “Agro Dairy” Ağdamda irimiqyaslı quşçuluq layihəsi üçün beynəlxalq tərəfdaş cəlb edib. Avropanın iri aqrosənaye qrupu - AGROFERT layihəyə qoşulur.Agro Dairy Ağdamda irimiqyaslı quşçuluq layihəsinin reallaşdırılması üçün AGROFERT və Azərbaycan Biznesinin İnkişafı Fondu ilə Anlaşma Memorandumu imzalayıb
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Agro Dairy şirkəti, Azərbaycan Biznesinin İnkişafı Fondu və Mərkəzi Avropanın ən iri aqrosənaye qruplarından biri olan “AGROFERT, a.s.” arasında Ağdam Quşçuluq Layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb. Bu sənəd Qarabağ bölgəsində aqrar sənayenin inkişafı istiqamətində həyata keçirilən strateji təşəbbüslərdən biridir.
Marja xəbər verir ki, sənədi Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov, “Agro Dairy” şirkətinin İdarə Heyətinin sədri, baş icraçı direktoru Niyazi Əmirbəyov, “AGROFERT, a.s.” şirkətinin İdarə Heyəti sədrinin müavini Petr Çinqr və İdarə Heyətinin üzvü Libor Nemeçek imzalayıblar.
Anlaşma Memorandumu Ağdam rayonunda müasir standartlara cavab verən irimiqyaslı quşçuluq layihəsinin birgə həyata keçirilməsi istiqamətində tərəflər arasında strateji əməkdaşlığın əsaslarını müəyyən edir. Dövlət fondu, yerli investor və beynəlxalq aqrosənaye qrupunun bir araya gəldiyi bu tərəfdaşlıq layihənin miqyasını və uzunmüddətli perspektivini əks etdirir.
Layihənin reallaşdırılması Ağdam və ümumilikdə Qarabağ bölgəsinin zəngin aqrar potensialından səmərəli istifadə olunmasına, yüksək texnologiyalı istehsal gücünün yaradılmasına, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsinə və regionda davamlı iqtisadi fəallığın təmin edilməsinə mühüm töhfə verəcək.
Layihə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş prioritetlərə uyğun olaraq həyata keçiriləcək. Bu prioritetlər kənd təsərrüfatında məhsuldarlığın və rəqabətqabiliyyətliliyin artırılmasını, emal və ixrac imkanlarının genişləndirilməsini əhatə edir.
Beynəlxalq aqrosənaye bazarında geniş təcrübəyə malik “AGROFERT, a.s.” ilə əməkdaşlıq quşçuluq sahəsində qabaqcıl Avropa istehsal təcrübəsinin, müasir texnologiyaların və idarəetmə standartlarının Azərbaycana gətirilməsi üçün geniş imkanlar yaradır.
“Ağdam Quşçuluq Layihəsi Agro Dairy üçün yeni inkişaf mərhələsinin başlanğıcıdır. Bu layihə ilə biz Qarabağın dirçəlişinə, ölkəmizin ərzaq təhlükəsizliyinə və yerli istehsalın gücləndirilməsinə töhfə verməyi qarşımıza məqsəd qoymuşuq. Beynəlxalq təcrübəni yerli potensialla birləşdirərək regionda uzunmüddətli və dayanıqlı dəyər yaradacaq, müasir standartlara cavab verən istehsal müəssisəsi formalaşdırmağı hədəfləyirik”, – deyə “Agro Dairy” şirkətinin İdarə Heyətinin sədri Niyazi Əmirbəyov bildirib.
Qeyd edək ki, Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində qlobal iqtisadiyyat, investisiya imkanları, enerji, nəqliyyat və logistika, rəqəmsal infrastruktur, insan kapitalı və digər istiqamətlər üzrə müzakirələr aparılır. Forum çərçivəsində Azərbaycan və xarici tərəfdaşlar arasında müxtəlif sahələri əhatə edən ümumilikdə 11 sənəd imzalanıb.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
27 d. əvvəl
“Atəşgah Həyat”ın mənfəəti 55% artıb, sığorta ödənişləri 88 milyon manata yaxınlaşıb
-
28 d. əvvəl
SOCAR-ın Türkiyəyə investisiyaları STAR NEZ-dəki yeni layihədən sonra 20 milyard dollara çatacaq
- 43 d. əvvəl
-
50 d. əvvəl
İri şəbəkədən ardıcıl iki açılış – Maştağa və Xırdalanda yeni mağazalar
-
1 saat əvvəl
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
-
1 saat əvvəl
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
1 saat əvvəl
Çinin ticarət profisiti 1 trilyon dolları keçib – Yeni rekorda doğru
- 1 saat əvvəl
-
1 saat əvvəl
SOCAR ABŞ-nin texnologiya nəhəngi “Honeywell” ilə yeni əməkdaşlığa başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Atəşgah Sığorta”nın yığımları 41% artıb, mənfəəti azalıb
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ən çox oxunanlar
Çinin ticarət profisiti 1 trilyon dolları keçib – Yeni rekorda doğru
Azərbaycan neftinin son qiyməti
SOCAR Çinin neft-kimya nəhəngi ilə strateji əməkdaşlığa başlayır
Qiymətləndirmə sahəsində böyük dəyişikliklər hazırlanır – Elektron reyestr və yeni standartlar gündəmdədir - MÜSAHİBƏ
"Onların arzuları onların gözlərində qalacaq"























