970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

PAŞA Bank investisiya forumunda: Xarici və yerli kapitalın birləşməsi yeni imkanlar yaradır

Bəhruz Nağıyev: Banklar özəl sektorun maliyyələşdirilməsində əsas rol oynayır. Yerli və xarici kapitalın bir araya gəlməsi investisiya mühitini gücləndirir
AzVak-mobil_resmin_ustu_31
PAŞA Bank investisiya forumunda: Xarici və yerli kapitalın birləşməsi yeni imkanlar yaradır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

PAŞA Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF) iştirak edib və “Beynəlxalq maliyyə əməkdaşlığı: artım naminə tərəfdaşlıqların qurulması” mövzusunda panel müzakirəsində çıxış edib.

Prezident İlham Əliyevin himayəsi altında 25–26 sentyabr tarixlərində Bakıda keçirilən forum beynəlxalq investorları, dövlət qurumlarını, şirkətləri və maliyyə institutlarını bir araya gətirərək Azərbaycanın investisiya imkanlarının təqdim edilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün platforma yaradır.

Panel müzakirəsinin ilk hissəsində qlobal maliyyə mühiti və onun regiona təsiri, infrastruktur və sənaye layihələrinin maliyyələşdirilməsində beynəlxalq kapitalın rolu, inkişaf bankları və investorların iştirakı, eləcə də kredit reytinqlərinin investor etimadına təsiri müzakirə olunub. Panelin ikinci hissəsi Azərbaycanın regiondakı strateji mövqeyinə həsr edilib.

Bəhruz Nağıyev çıxışı zamanı Azərbaycanda investisiya imkanlarının qiymətləndirilməsi, investor etimadının gücləndirilməsi və özəl sektorun maliyyələşdirilməsində bankların rolu barədə fikirlərini bölüşüb. O qeyd edib ki, yerli və xarici kapitalın bir araya gəlməsi investisiya mühitinin inkişafına və biznes üçün yeni maliyyələşmə imkanlarının formalaşmasına şərait yaradır.

PAŞA Bank 2007-ci ildə yaradılıb və Azərbaycanın aparıcı korporativ maliyyə institutlarından biridir. Bank korporativ və kiçik və orta sahibkarlıq müştərilərinə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi və digər maliyyə xidmətləri təqdim edir. Bankın əsas fəaliyyət istiqamətlərindən biri qeyri-neft sektorunun inkişafına və real sektorun maliyyə ehtiyaclarının qarşılanmasına töhfə verməkdir. PAŞA Bank Azərbaycandan əlavə, Gürcüstan və Türkiyədə də fəaliyyət göstərir.

Bank son illərdə kapital bazarlarının inkişafını strateji prioritetlərindən biri kimi müəyyənləşdirib. 2026-cı ildə PAŞA Bankın səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) uğurla başa çatıb. IPO çərçivəsində Bank daha geniş investor bazası ilə münasibətlərin inkişaf etdirilməsi və korporativ idarəetmə və şəffaflıq standartlarının daha da gücləndirilməsini hədəfləyib.

2026-cı ilin ilk yarısının nəticələrinə əsasən, PAŞA Bankın konsolidə edilmiş aktivləri 9,98 mlrd AZN, kapitalı isə 1,01 mlrd AZN təşkil edib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

PAŞA Bank Bəhruz Nağıyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumu AIIF investisiya beynəlxalq maliyyə əməkdaşlığı investor etimadı özəl sektor maliyyələşmə xarici kapital yerli kapital kapital bazarları IPO PAŞA Bank IPO korporativ bankçılıq qeyri-neft sektoru PAŞA Bank aktivləri PAŞA Bank kapitalı Azərbaycan iqtisadiyyatı investisiya imkanları
26.09.2026 13:19
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19