"Neftin hər 10 dollar ucuzlaşması gəlirlərin 2,2 milyard manat azalmasına gətirib çıxarır"
Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcələri üzrə layihələri dərc olunub.
Marja.az xəbər verir ki, layihədə neftin qiymətinin və hasilat həcmlərinin azalması ilə bağlı risklərə də toxunulub.
Qeyd edilib ki, neft sektorunun dövlət büdcəsi gəlirlərində və ixrac daxilolmalarında xüsusi çəkisinin hələ də yüksək olması neft qiymətlərinin aşağı düşməsi və hasilatın azalması risklərinin də hər zaman nəzərə alınmasını tələb edir. Bu baxımdan, ölkəmizdə neftin hasilatına təsir edə bilən faktorlar kimi neft quyuları üzrə ortamüddətli dövrdə nəzərdə tutulmayan əsaslı təmir işləri, qazma və hasiletmə üzrə fasilələr (texniki qəza və sair səbəbdən), habelə OPEC+ çərçivəsində hasilatın azaldılması öhdəliyi ilə bağlı risklər daxildir.
Qeyd olunan amillər neft hasilatının həcminin hətta 2-4 faiz azalmasına səbəb ola bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, Dövlət Neft Fondunun aktivlərinin idarə edilməsindən əldə edilən gəlirlər xarici maliyyə bazarlarında dalğalanmalar və volatillik səbəbindən proqnozlaşdırılan səviyyədə olmaya bilər. Dövlət Neft Fondunun aktivlərinin qorunması nöqteyinəzərindən bu faktor risk faktoru kimi qiymətləndirilir.
Neft qiymətlərinin volatilliyinə dövlət maliyyəsi və ortamüddətli dövrdə büdcə gəlirləri daha çox həssasdır. Bu baxımdan riskin mitiqasiyası məqsədilə aşağıdakılar nəzərdə tutulur:
- beynəlxalq maliyyə institutları və agentlikləri tərəfindən xam neftin dünya bazar qiymətinin 2023- cü il üzrə 91-95 ABŞ dolları civarında proqnozlaşdırılmasına baxmayaraq, ortamüddətli dövr üzrə büdcə parametrlərinin hesablanması zamanı neftin bir barelinin ortaillik qiymətinin həmin proqnozlardan xeyli aşağı, yəni 50 ABŞ dolları götürülməsi neftin qiyməti ilə bağlı risklərin qarşısının alınmasına xidmət edir;
- dövlət büdcəsinin tərtibi zamanı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin xarici valyutada deyil, manat ifadəsində müəyyən olunması neftin qiyməti ilə bağlı risklərin dövlət büdcəsinə birbaşa təsirinin azalmasına xidmət edir. Beləliklə, dövlət büdcəsinin neft gəlirlərinin mühüm komponenti olan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği neftin qiyməti, hasilat həcmi və valyuta məzənnəsinin dəyişkənliyi ilə bilavasitə bağlı olmadığından növbəti ilin dövlət büdcəsinin neft gəlirləri üzrə mədaxili bir növ sığortalanır.
Bununla belə, neft qiymətlərinin kəskin düşməsi və bir büdcə ilindən artıq müddət ərzində aşağı səviyyədə qalması Dövlət Neft Fondunun gəlirlərini azaltmaqla aktivlərinin daha sürətlə tükənməsinə gətirib çıxara bilər.
Hesablamalara əsasən neftin qiymətinin hər 10 ABŞ dolları qədər aşağı düşməsi icmal büdcə gəlirlərinin illik orta hesabla təqribən 2,2 milyard manat azalmasına gətirib çıxarır. Bu baxımdan, neft qiymətlərinin aşağı səviyyədə olması riskinin mitiqasiyası məqsədilə büdcənin gəlir və xərcləri hesablanarkən neft qiymətlərində mühafizəkar yanaşma zəruri hesab edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
10 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 10 saat əvvəl
-
13 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
14 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 16 saat əvvəl
-
16 saat əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
16 saat əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
17 saat əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
17 saat əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək



























