Bakı metrosunda yeddivaqonlu qatarlar
Bənövşəyi xəttdə yeddivaqonlu qatarların hərəkətinin təşkili ilə bağlı işlərə başlanılıb.
“Bakı Metropoliteni” QSC sədrinin imzaladığı 1284 nömrəli əmrə əsasən, xəttin “Xocəsən-8 Noyabr” sahəsinin hər iki yolunda yeddivaqonlu qatarlar istismara buraxılıb. Bu barədə Marja-ya QSC-dən bildirilib.
Qeyd edilib ki, müvafiq monitorinqlər, sorğular aparılıb, Bakının əsas inkişaf planı, sərnişin axınının istiqamətləri və bununla bağlı məsələlər hərtərəfli öyrənilib. Nəticədə, 2011-ci ildə dövlət başçısının təsdiq etdiyi Bakı metropoliteninin konseptual inkişaf sxeminə uyğun olaraq, 3 yeni xəttin inşası nəzərdə tutulub. Bakının inkişaf perspektivləri nəzərə alınmaqla, yeni xətlərdə stansiyaların sərnişin platformaları 7 vaqonlu qatarların hərəkətinə hesablanır.
2016-cı ildə istismara verilən Bənövşəyi xətdə cəmi iki stansiya olduğundan beşvaqonlu qatarların hərəkəti münasib bilinib. Hazırda 3 stansiyası istismarda olan xəttin yaxın gələcəkdə elektrik deposu və daha bir stansiyasının istifadəyə veriləcək. Bu səbəbdən texniki tələblərə uyğun qaydada yeddivaqonlu hərəkət parametrlərinə keçilib. Həmçinin Bənövşəyi xətdə 7 vaqondan ibarət qatarların hərəkəti üçün yeni tipli müasir idarəetmə sistemləri qurulur. Bununla əlaqədar “Bakı Metropoliteni” QSC sədrinin əmri ilə 2022-ci il avqust ayının 31-dən Bənövşəyi xəttin istismara hazırlanan sahəsində qatarların hərəkətinin işarəvermə sistemlərinə uzlaşdırılmasına başlanılıb. Qısa müddətdə işlər müvəffəqiyyətlə tamamlanıb. Sentyabrın 15-də İşçi komissiyanın yoxlamaları nəticəsində yeddivaqonlu qatar tərkiblərinin normativ-texniki sənədlərin tələblərinə uyğun istismarını təmin edən tədbirlər planı təsdiq olunub. Bununla bağlı Depolar üzrə iş departamenti formalaşdırılan yeddivaqonlu qatarlarda texniki tənzimləmələr aparıb. Qatarların hərəkət təhlükəsizliyi üzrə baş müfəttişlik, Hərəkət qatarlarının istismarı üzrə iş departamenti, Mərkəzləşdirilmiş dispetçer və Hərəkət xidmətlərinin iştirakı ilə baxış-yoxlama və sınaq xarakterli tədbirlər görülüb. Xətdə sınaq yürüşlərindən sonra, oktyabr ayının 12-dən beşvaqonlu qatarlara daha iki vaqonun əlavə olunması ilə yeddivaqonlu hərəkət tərkiblərinin formalaşdırılmasına və onların Bənövşəyi xətdə sərnişindaşıma prosesinə cəlb edilməsinə icazə verilib.
Buna uyğun olaraq, Mərkəzləşdirilmiş dispetçer xidməti yeddivaqonlu qatarların qış mövsümünə uyğun hərəkət qrafikini hazırlamağa başlayıb. Həmin qatarların xətdə sınaqları saat 22:00-dan başlayaraq, Xocəsən qəsəbəsində inşa edilmiş yerüstü stansiyadan dövr etməklə təmin olunub. Aparılmış uğurlu sınaqlara əsasən yeddivaqonlu qatarlar mərhələli şəkildə sərnişindaşıma prosesinə cəlb edilib. Hazırda xəttin bütün qatarları yeddivaqonlu olmaqla sərnişindaşıma prosesindədir.
Metropolitenin Qırmızı və Yaşıl xətləri yalnız beşvaqonlu qatarların hərəkəti üçün nəzərdə tutulub. 1967-ci ildə Bakı metropoliteni istismara verilərkən, üçvaqonlu qatarlardan istifadə olunurdu. 1974-cü ilin may ayından sərnişin tələbatının artması səbəbilə qatar tərkibləri dördvaqonlu olmaqla formalaşdırılıb. 1984-cü ilin yanvar ayından isə Qırmızı və Yaşıl xətlərdə qatarların beş vaqondan ibarət olmaqla komplektləşdirilməsinə başlanılıb.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
5 saat əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 9 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 20 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 4-də gözlənilən hava şəraiti
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
Azərbaycan neftinin son qiyməti
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























