"Unibank" 6-cı ən böyük bank oldu – MALİYYƏ VƏZİYYƏTİ
"Unibank" ASC 2022-ci ilin 9 ayı (yanvar-sentyabr) üzrə maliyyə göstəricilərini açıqlayıb.
GƏLİRLƏRİ KƏSKİN ARTIB
Marja.az xəbər verir ki,"Unibank"ın faiz gəlirləri 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında 30 milyon 358 min manat və ya 34,8% artaraq 117 milyon 460 min manat, qeyri-faiz gəlirləri isə 16 milyon 503 min manat və ya 57,1% artaraq 45 milyon 381 min manat təşkil edib.
"Unibank"ın faiz xərcləri 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında 11 milyon 589 min manat və ya 39,5% artaraq 40 milyon 922 min manat, qeyri-faiz xərcləri isə 35 milyon 128 min manat və ya 51% artaraq 103 milyon 931 min manat təşkil edib.
Eyni zamanda, 2 milyon 295 min manat faiz borcları üzrə ehtiyatın yaradılmasına ayrılıb (2021-ci ilin eyni dövründə 399 min manat ayrılmışdı).
Beləliklə, Bankın əməliyyat gəlirlərinin 46 milyon 861 min manat artmasına qarşılıq əməliyyat xərcləri 48 milyon 613 min manat artıb. Yəni, gəlirlərdəki artımı xərclərdəki artım tamamilə silib. Üstəlik, Bankın əməliyyat mənfəətinin 1 milyon 752 min manat azalmasına təsir göstərib.
2022-ci ilin 9 ayında "Unibank"ın cəmi əməliyyat gəlirləri 162 milyon 841 min manat, cəmi əməliyyat xərcləri 147 milyon 148 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 15 milyon 693 min manat təşkil edib. Eyni zamanda, Bank 16 milyon 270 min manat mümkün zərərlər (ehtimal olunan kredit itkiləri) üçün yaradılan məqsədli ehtiyatlara ayırıb. Bu ayırma ilə əlaqədar olaraq "Unibank" 2022-ci ilin 9 ayını 577 min manat xalis zərər ilə bağlayıb.
Xatırladaq ki, 2021-ci ilin 9 ayında "Unibank"ın cəmi əməliyyat gəlirləri 115 milyon 980 min manat, cəmi əməliyyat xərcləri 98 milyon 535 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 17 milyon 445 min manat təşkil etmişdi. Bank 13 milyon 436 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı və həmin dövrü 4 milyon 10 min manat xalis mənfəət ilə bağlamışdı.
BANK DAHA DA BÖYÜYÜB
"Unibank Kommersiya Bankı" ASC-nin cəmi aktivləri 2022-ci ilin 9 ayı ərzində 2021-ci ilin sonu ilə müqayisədə 280 milyon 165 min manat və ya 27% artaraq 1 milyard 318 milyon 828 min manata çatıb. Bank 2021-ci ilin sonunda 1 milyard 38 milyon 663 min manat cəmi aktivlərə malik idi. 30 Sentyabr 2022-ci il tarixində "Unibank" aktivlərinin həcminə görə Azərbaycan bankları arasında 6-cı yeri tutub.
KREDİT PORTFELİ ARTIB
"Unibank"ın kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 2022-ci ilin 9 ayında 2021-ci ilin sonu ilə müqayisədə 139 milyon 616 min manat və ya 18,9% artaraq 30 Sentyabr 2022-ci il tarixində 878 milyon 857 min manat təşkil edib.
O cümlədən, cari ilin 9 ayı ərzində "Unibank"ın istehlak kreditləri portfeli 99 milyon 918 min manat artaraq 535 milyon 106 min manata, biznes kreditləri portfeli 35 milyon 937 min manat artaraq 278 milyon 355 min manata, ipoteka kreditləri portfeli 3 milyon 762 min manat artaraq 65 milyon 396 min manata çatıb.
ƏHALİNİN BANKA YERLƏŞDİRDİYİ ƏMANƏT ARTIB
"Unibank"ın depozit portfeli 2022-ci ilin 9 ayında 2021-ci ilin sonu ilə müqayisədə 151 milyon 790 min manat və ya 21,6% artaraq 855 milyon 326 min manata, o cümlədən fiziki şəxslərin depozitləri 134 milyon 328 min manat artaraq 705 milyon 585 min manata, hüquqi şəxslərin depozitləri isə 17 milyon 461 min manat artaraq 149 milyon 741 min manata çatıb.
MƏCMU KAPİTALI MİNİMAL TƏLƏBDƏN 2,4 DƏFƏ ÇOXDUR
30 Sentyabr 2022-ci il tarixində "Unibank" 121 milyon 958 min manat məcmu kapitala malik olub (minimal tələb 50 milyon manatdır). Bank 31 Dekabr 2021-ci il tarixində 105 milyn 922 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
PAŞA Holding-in təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti beynəlxalq tədbirlər seriyasını “INMerge” Berlin ilə yekunlaşdırıb
"Ziraat Bank Azərbaycan" Polis İşçilərinin Peşə Bayramı münasibətilə istehlak kreditləri üzrə xüsusi kampaniya təqdim edir
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 26 d. əvvəl
-
36 d. əvvəl
Goldman Sachs: Neft bazarı yenidən təklif artıqlığına qayıdacaq
-
1 saat əvvəl
"Google", "Coob Ads" şirkətini Azərbaycandakı rəsmi "Google Ads sales representative" təyin etdi
-
1 saat əvvəl
İcbari Sığorta Bürosu 2 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyətə başlayır
-
1 saat əvvəl
Bu gündən sığortaolunanların sığortaçıda uçotu yalnız FİN əsasında aparılacaq
-
1 saat əvvəl
"KUR FRUİT COMPANY"-nin növbəti layihəsi emal müəssisəsi yaratmaqdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
7500 restoran və kafedə monitorinq aparılıb, 626 müəssisədə yararsız ət aşkarlanıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
"Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir"
"Google", "Coob Ads" şirkətini Azərbaycandakı rəsmi "Google Ads sales representative" təyin etdi
"KUR FRUİT COMPANY"-nin növbəti layihəsi emal müəssisəsi yaratmaqdır
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb
Rabitəbankdan 33 illiyinə özəl "30+3" Lombard kampaniyası
Azərbaycan neftinin son qiyməti
PAŞA Holding-in təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti beynəlxalq tədbirlər seriyasını “INMerge” Berlin ilə yekunlaşdırıb
"Ziraat Bank Azərbaycan" Polis İşçilərinin Peşə Bayramı münasibətilə istehlak kreditləri üzrə xüsusi kampaniya təqdim edir
PAŞA Bank “INMerge Berlin”də beynəlxalq maliyyə əməkdaşlığı üzrə müzakirələrdə iştirak edib



















