Çindən mal idxal edən sahibkarlara yeni bank xidməti - “Yapı Kredi Bank Azərbaycan” Çinə ödənişləri asanlaşdırır
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir! Azərbaycan şirkətləri Çinlə ticarətdə yuanla birbaşa hesablaşa biləcəklər. ÇÇinlə işləyən bizneslər üçün yenilik – Yuanla birbaşa ödəniş imkanı
"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir.
Bank bu məqsədlə Çinin maliyyə mərkəzi Şanxayda, dünyanın və Çinin ən böyük banklarından biri olan “Standard Chartered Bank”da Çin yuanı (CNY) hesabını açaraq beynəlxalq ödəniş imkanlarını genişləndirir. Yapı Kredi Bank Azərbaycan QSC-nin müştəriləri xarici ticarət üzrə ödənişlərini asanlıqla Çin yuanı valyutasında həyata keçirə, mübadilə xərclərini azaldaraq əməliyyat sürətini artıra biləcəkdir.
Bununla yanaşı, bankın geniş beynəlxalq müxbir bank şəbəkəsi vasitəsilə müştərilər Çin yuanından başqa, Birləşmiş Ərəb Əmirlikləri dirhəmi, Gürcüstan larisi, İsveçrə frankı, Kanada dolları, Yaponiya yeni, Avstraliya dolları, Norveç və İsveç kronları kimi digər valyutalarda da birbaşa köçürmələr həyata keçirə bilərlər.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan Yapı Kredi Bank Azərbaycan QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.yapikredi.com.azsaytından, *0444 Telefon Mərkəzindən və ya bankın “Instagram”, “Facebook”, “LinkedIn”, “Telegram” və “WhatsApp” sosial platformalarındakı rəsmi hesablarından əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Çindən mal idxal edən sahibkarlara yeni bank xidməti - “Yapı Kredi Bank Azərbaycan” Çinə ödənişləri asanlaşdırır
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
5 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
6 d. əvvəl
Dizel yanacağının bahalaşması ABŞ neft şirkətlərinə milyardlarla dollar qazandırıb
-
11 d. əvvəl
“International” BOKT 15%-lə 1 milyon manat cəlb etdi – İstiqrazları 50 investor alıb
-
19 d. əvvəl
ABŞ birjalarında texnologiya səhmləri çökür – “Intel” 25%, “Amazon” 7% ucuzlaşıb
-
47 d. əvvəl
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar ®
-
1 saat əvvəl
BP-nin rüblük mənfəəti təxminən 4 dəfə artaraq 8,5 milyard dollara çatıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sükan arxasında telefon işlədən sürücülər kameralarla cərimələnəcəklər
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“International” BOKT 15%-lə 1 milyon manat cəlb etdi – İstiqrazları 50 investor alıb
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar ®
Ən çox oxunanlar
Çindən mal idxal edən sahibkarlara yeni bank xidməti - “Yapı Kredi Bank Azərbaycan” Çinə ödənişləri asanlaşdırır
Gürcüstan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə prosesləri sürətləndirmək barədə razılığa gəlib
Korrupsiya barədə məlumat verənlərə maddi mükafatın hansı həcmdə və qaydada veriləcəyi müəyyənləşir
Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa olunur – Tarix açıqlandı























