970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Mərkəzi Bank ilin sonunadək daha 1 milyard dollara yaxın valyuta ala bilər – Taleh Kazımov
iç səhifə xəbər başlığı altı (mobil)_31
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin -  "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur.

Marja.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bankın beynəlxalq valyuta ehtiyatlarının artırılması ilə bağlı konkret kəmiyyət hədəfi müəyyən edilməyib.

“Bizim elə bir hədəfimiz yoxdur ki, ehtiyatlarımız müəyyən səviyyəyə çatmalıdır və bundan sonra müdaxilələrimizi dayandırmalıyıq. Gözləntimiz odur ki, ilin sonuna qalan iki ay ərzində alışyönümlü müdaxilələrimiz davam edəcək. Ehtimal var ki, 500 milyon və ya 1 milyard ABŞ dolları ətrafında valyuta alışı həyata keçirəcəyik”, – deyə Taleh Kazımov bildirib.

Mərkəzi Bankın sədri vurğulayıb ki, valyuta ehtiyatlarının hansı məbləğə çatdıqdan sonra alış əməliyyatlarının dayandırılacağına dair əvvəlcədən müəyyənləşdirilmiş hədd yoxdur.

BANKLARIN SƏRBƏST VƏSAİTLƏRİ MƏRKƏZİ BANKA DEYİL, BİRBİRİNƏ YÖNƏLMƏLİDİR

Taleh Kazımov banklararası pul bazarında Mərkəzi Bankın rolunun azaldılması məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, hazırda banklar sərbəst likvid vəsaitlərini bir-birində yerləşdirmək əvəzinə Mərkəzi Bankda yerləşdirməyə üstünlük verə bilirlər.

“Məqsədimiz odur ki, banklar sərbəst vəsaitlərini bizdə deyil, daha çox bir-birində yerləşdirsinlər. Tələb olduğu şəraitdə isə həmin vəsaitlər kreditləşməyə yönəldilsin”, – deyə sədr qeyd edib.

Kazımov bildirib ki, Mərkəzi Bankda vəsaitlərin yerləşdirilməsi üzrə faiz dərəcəsinin 5 faiz səviyyəsində olması bankları banklararası bazarda daha yüksək gəlir imkanları axtarmağa təşviq edir.

Sədrin sözlərinə görə, banklararası pul bazarında bütün banklar iştirak edə bilər. Lakin onların faktiki aktivliyi gündəlik likvidlik vəziyyətindən və biznes ehtiyaclarından asılı olaraq dəyişir.

O, Mərkəzi Bankın banklararası bazardakı iştirakının konkret faizlə ifadə olunan payını açıqlamayıb.

aleh Kazımov Azərbaycan Mərkəzi Bankı AMB valyuta ehtiyatları valyuta alışı dollar bazarı manat banklararası pul bazarı bankların likvidliyi Mərkəzi Bankın müdaxilələri 2026-cı il valyuta ehtiyatlarının artırılması
30.10.2026 17:14
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19