ABB bu il qeyri-neft sektoruna 1 milyard manatdan çox kredit verib - MÜSAHİBƏ
ABB-də bu ilin 9 ayında 998 yeni hüquqi şəxs hesabları açılıb və ümumi hesab sayı 14 832-ə çatıb. Eləcə də fərdi sahibkar hesabları 8758 hesab sayı artaraq 76 262 olub.Müsahibimiz ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) Korporativ biznes departamentinin direktoru Ülvi Qasımovdur.
- ABB bu günlərdə bizneslər üçün mobil tətbiqini istifadəyə verdi. Bu tətbiqdən əsas gözləntiləriniz nədir?
- ABB rəqəmsallaşma proseslərini uğurla həyata keçirir və müştərilərin işini getdikcə asanlaşdırır. Rəqəmsal bank xidmətlərinin faydalarını hiss etdikcə fərdi müştərilərimiz kimi, korporativ müştərilərimizin də bu xidmətlərə marağı artır.
Ötən il biz hüquqi şəxs və sahibkarlar üçün tam yenilənmiş İnternet Bankçılıq xidmətimizi istifadəyə verdik. Artıq korporativ əməliyyatların 90%-dən çoxu İnternet Bankçılıq xidmətimiz vasitəsilə banka gəlmədən məsafədən həyata keçirilir. ABB business mobil tətbiqimizi də bu sahədə imkanları genişləndirmək məqsədilə yaratmışıq. Bizneslərə lazım olan bir çox bank xidmətlərindən ABB-nin filial və şöbələrinə gəlmədən, eləcə də İnternet Bank sisteminə daxil olmadan istənilən yerdən bu tətbiqlə 24/7 rejimində faydalanmaq olur. Tətbiqin geniş imkanlarından həm böyük korporativ müştərilər, həm də kiçik və orta sahibkarlar, o cümlədən sahibkar fiziki şəxslər yararlana bilər. ABB business mobil tətbiqindən istifadə edərək cəmi bir neçə toxunuşla bir çox əməliyyatları anında yerinə yetirmək mümkündür. Əminik ki, tətbiqimizdən getdikcə daha çox müştəri istifadə edəcək və onun imkanlarından faydalanacaq. Belə yeniliklər bizə tərəfdaşlarımızla inteqrasiya proseslərini uğurla aparmağa, bu cür rəqəmsal həllər üzərindən bank fəaliyyətindən kənar digər xidmətləri də müştərilərimiz üçün əlçatan etməyə kömək göstərir.
- ABB hazırda real sektorun maliyyələşdirilməsində necə iştirak edir?
- Bu ilin 9 ayı ərzində Bankımız 1 milyard 56 milyon manat məbləğində biznes krediti verib. Bizim üçün xüsusilə qürurvericidir ki, bu il verdiyimiz, demək olar bütün kreditlər ancaq qeyri-neft sektoruna aid layihələrin maliyyələşdirilməsi üçün ayrılıb. Bunlar, əsasən, istehsalat, kənd təsərrüfatı, nəqliyyat, ticarət və tikinti sahələrinə aid layihələrdir. ABB-də bu ilin 9 ayında 998 yeni hüquqi şəxs hesabları açılıb və ümumi hesab sayı 14 832-ə çatıb. Eləcə də fərdi sahibkar hesabları 8758 hesab sayı artaraq 76 262 olub.
- Hazırda ABB biznes kreditlərini hansı şərtlərlə təklif edir?
- Biz hər bir müştərimizə fərdi yanaşırıq. Layihənin miqyasından, müştərinin ABB ilə uzunmüddətli tərəfdaşlığından, risk dərəcəsindən və s. kimi amillərdən asılı olaraq kredit faizlərimiz də dəyişə bilər. Ümumilikdə isə ABB-də biznes kreditləri 1 aydan 84 ayadək müddətə, manatla 5% dərəcəsindən başlanan faizlərlə və ödəniş forması annuitet, fərdi və yaxud sərbəst ödəniş cədvəli əsasında verilir.
ABB milli valyutada öz vəsaiti ilə yanaşı, Sahibkarlığın İnkişafı Fondunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin, həmçinin İpoteka və Kredit Zəmanət Fondunun da müvəkkil bankıdır və bizneslərə bu təşkilatların vəsaitləri hesabına da kreditlər ayırır.
Yeni layihələri olan, böyük maliyyə tərəfdaşı axtaran, akkreditiv, qarantiya və digər belə sənədli əməliyyatlarla bağlı dəstəyə ehtiyacı olan hər bir iş adamı ABB-yə müraciət edə bilər. Biz filiallarımızın hər birində böyük məmnuniyyətlə biznes layihələrini qəbul etməyə, dəyərləndirməyə və maliyyələşdirməyə hazırıq.
- Müsahibəyə görə, təşəkkür edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
-
-
12 saat əvvəl
4 şəhərlərarası, 2 şəhərətrafı marşrut üzrə qaliblər müəyyən edilib - ADLARI
-
12 saat əvvəl
Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
-
12 saat əvvəl
"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
- 13 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
-
14 saat əvvəl
Neft-qaz gəlirləri tədiyə balansını gücləndirdi – Profisit 9 milyard dolları keçdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Mərkəzi Bank yoxladı, məhkəmələr cərimələdi – “Azmaş lizinq”, “TAHK” və “Anex Lombard”la bağlı qərarlar
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
Ən çox oxunanlar
200 milyon manatlıq istiqraz buraxılışına 444 milyon manatlıq sifariş - Dövlət istiqrazlarına güclü tələb
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
Azərbaycanda avtomobil bazarında ucuzlaşma davam edir – Qiymətlər avqustda da geriləyib
Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ovuc ilə ödənişlər artıq “Araz”da! ®
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib





















