Azərbaycanda ictimai nəqliyyatda ilk dəfə daha bir texnologiya tətbiq edilir
Bu texnologiya sərnişinin ictimai nəqliyyatda gün ərzində etdiyi bütün gedişləri cəm etməyə və onların toplam dəyərini günün sonunda sərnişinin hesabından birdəfəlik silməyə, eləcə də təmassız ödənişləri bank kartları və ya NFC modullu cihazlar (smartfonlar və ağıllı saatlar) vasitəsilə həyata keçirməyə imkan verirVisa şirkəti Azərbaycanda ilk dəfə Mobility & Transit Transaction (MTT, “mobillik və tranzit əməliyyatları”) texnologiyasını tətbiq edəcək.
Şirkətdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, bu texnologiya sərnişinin ictimai nəqliyyatda gün ərzində etdiyi bütün gedişləri bir əməliyyatda birləşdirməyə və onu günün sonunda sərnişinin hesabından birdəfəlik silməyə imkan verir. Hazırda bu xidmət ADY-nin Bakı dairəvi dəmir yolunda müyəssərdir – onun 14 stansiyasının hamısında təmassız oxuyucu cihazları ilə təchiz edilmiş turniketlər quraşdırılıb.
Sərnişinlər gediş haqqını bank kartları, eləcə də rəqəmsal pul kisələrinə bağlı olan NFC modullu cihazlar – smartfonlar, ağıllı saatlar və ödəmə üzükləri vasitəsilə ödəyə bilərlər. Visa bu layihəni “Azərbaycan Dəmir Yolları” (ADY), Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Beynəlxalq Bankı, IBA Group, RBC Group və “Azerikard” MMC ilə tərəfdaşlıqda icra edib.
MTT modeli nəqliyyat operatorlarına çevik tarif siyasəti tətbiq edərək qiymətqoymanı çeşidləməyə, o cümlədən sabit tariflər, məsafə və vaxt əsasında tariflər, multimodal (bir neçə nəqliyyat növü üçün) tariflər, eləcə də tarif məhdudiyyətləri, güzəştlər və gecikmə üçün vəsaitin qaytarılması kimi əlavə funksiyalar təklif etməyə imkan verir.
Visa-nın apardığı qlobal tədqiqatlar göstərir ki, böyük şəhərlərdəki istehlakçıların 27%-i ödəmə daha asan olduğu təqdirdə ictimai nəqliyyatdan daha tez-tez istifadə etməyə hazırdır. MTT ictimai nəqliyyatda gediş haqlarının odənilməsi üçün səmərəli, rahat və inklyuziv bir üsuldur, onun təklif etdiyi əməliyyatların yüksək sürəti isə sərnişinlərə ictimai nəqliyyat vasitələrinə cəld girib-çıxmağa kömək edir.
“Biz əminik ki, rahat infrastruktur və “ağıllı nəqliyyat” ölkə iqtisadiyyatının artımı, müasir şəhərlərin inkişafı üçün başlıca amillər sırasındadır. Komandamız Visa kart sahiblərinə multimodal səfərlər, yəni gün ərzində müxtəlif nəqliyyat növlərindən istifadə zamanı ən rahat istifadəçi təcrübəsini təqdim etmək üçün çalışır. Bu məqsədlə biz ayrıntısız ekosistem yaradırıq ki, burada nağd ödəniş etmək, hər nəqliyyat növü üçün ayrıca bilet almaq və ya bir neçə tətbiq yükləmək lüzumu qalmasın. 2018 ildən etibarən Visa bütün dünyada şəhər mobilliyi sahəsində 650-dən çox layihədə fəal iştirak edib, eləcə də 280 layihədə təmassız gediş haqqı ödənilməsi üzrə tərəfdaş olub. İndi biz bu yanaşmanı tərəfdaşlarımız ilə birlikdə Azərbaycanda inkişaf etdirməkdən çox məmnunuq. Ümid edirik ki, tezliklə bu texnologiya tək dəmir yollarında deyil, həm də Bakının istənilən ictimai nəqliyyat növündə əlçatan olacaq, sonra isə Azərbaycanın bütün bölgələrində tətbiq olunacaq,” – deyərək Kristina Doroş, Visa-nın Mərkəzi Asiya və Azərbaycan üzrə vitse-prezidenti və regional meneceri qeyd etdi.
Qeyd edək ki, Visa rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
16 d. əvvəl
Tramp Kubaya neft satan ölkələrə gömrük tarifi tətbiqini nəzərdə tutan sərəncam imzalayıb
-
8 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Dünyanın ən böyük suveren fondu son 2 ilin ən yüksək gəlirliliyini göstərib
-
9 saat əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
- 12 saat əvvəl
-
12 saat əvvəl
22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub - SİYAHI
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Kimya şirkəti Dow 4 min 500 nəfəri işdən çıxaracaq
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
Ən çox oxunanlar
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
Sərfəli şərtlərlə qızıl təminatlı kredit
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü




















