ABŞ iqtisadiyyatının ilk rübdə artım rəqəmi yuxarı qaldırıldı
ABŞ iqtisadiyyatının ilk rübə aidartım göstəricisi istehlakçı xərclərinin köməyilə dəyişdirilib.
ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, ilk rüb Ümumi Daxili Məhsulun artımı 1.2%-dən 1.4%-ə qaldırılıb.
Mütəxəssislər inkişafın 1.2%-də qalacağını gözləyirdi.
İqtisadiyyatın ən böyük hissəsini təşkil edən şəxsi istehlak isə 1.1% artıb. Əvvəlki proqnoz və gözləntilər 0.6% idi. İxracat 5.8%-dən 7%-ə dəyişdirilib.
Məlumatın proqnozdan daha müsbət çıxmasına baxmayaraq, yenə də iqtisadiyyatın 2017-ci ilə zəif başladığını göstərir. Fed rəsmiləri bu ay faizi artırıb və ilk rübdə iqtisadi artımdakı səngimənin müvəqqəti olduğunu nəzərdə tutmuşdu. Analitiklər, Aprel-İyun dövründə iqtisadiyyatın 3% böyüyəcəyini təxmin edir.
ABŞ-da işsizlik müavinəti müraciətləri proqnozu aşıb
ABŞ-da işsizlik müraciətləri 24 İyun həftəsində 244 min səviyyəsində olub və 240 minlik gözləntini yüngül keçib. Bir əvvəlki göstərici 242 min səviyyəsində idi.
Əmək Nazirliyi tərəfindən Cümə günü açıqlanan məlumatlara görə, ABŞ-da işsizlik müavinəti müraciətlərində artım olmasına qarşı, məşğulluq bazarının inkişaf etdiyinə dair siqnallar mövcuddur.
Davam edən müraciətlər isə 17 İyun həftəsində 6 min artaraq 1 milyon 948 mib səviyyəsinə yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 7 saat sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
VTB (Azərbaycan) 0 komissiya ilə 100 000 AZN-dək kredit kampaniyasına start verir
- 2 saat əvvəl
-
21 saat əvvəl
Kartdan-karta köçürmələrə SƏRT LİMİT – Gündə cəmi 5 əməliyyat!
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
İlk dəfə Rabitəbankdan nağd pul krediti götürən müştərilər üçün sərfəli fürsət!
-
2 gün əvvəl
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
-
2 gün əvvəl
Almaniyada təxminən 10 min ölüm halı anomal istilərlə əlaqələndirilib
Son Xəbərlər
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
Rəsmi məzənnələr açıqlandı
Monetra Finance-ə yeni direktor təyin olunub
Özbəkistan şəbəkəsi Azərbaycan bazarına daxil olur
İş elanlarına bax - azvak.az
BYD dünyanın 100 ən böyük şirkəti sırasına daxil oldu
Ən çox oxunanlar
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
İyulda dövlət büdcəsinin 174 milyon manat vəsaiti banklarda depozitə yerləşdirilib - 6,52% - 7,24%
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub























