Yerli "rent a car"lar xarici şirkətlərə niyə uduzur?
Azərbaycanda fəaliyyət göstərən yerli avtomobil kirayəsi şirkətləri (rent a car) xarici şirkətlərə uduzur. Belə ki, yerli "rent a car" şirkətləri köhnə, xarici şirkətlər isə təzə avtomobil təklif edirlər.
Bunu açıqlamasında avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, bu sahədə fəaliyyət göstərən şirkət çox olsa da keyfiyyətli xidmət göstərən şirkət azdır. Təklif edilən avtomobillər əksər hallarda köhnə və diskomfort olur: “Yerli şirkətlər hətta istehsal tarixi 90-cı illərə aid avtomobillər də təklif edirlər”. Ekspert qeyd edir ki, xarici şirkətlər öz imiclərini qorumağa çalışır və istehsal ili 5 ildən çox olan avtomobilləri müştərilərə təklif etmirlər.
Bundan əlavə, hava limanında daha çox xarici “rent a car”lar təmsil olunur. Yerli şirkətlərin büdcələri aşağı olduğu üçün bu imkandan yararlana bilmirlər. Xarici "rent a car"ların digər bir üstünlüyü daha təkmilləşmiş servis göstərmələri, kartla ödəniş təklif etmələridir: “Azərbaycana gəlməyə hazırlaşan amerikalı və ya avropalı turist telefonundan avtomobili sifariş edir, kartla ödəniş edir, avtomobili isə hava limanındaca götürə bilir. Bundan əlavə, xarici “rent a car”lar avtomobildə hər bir kiçik detalı nəzərə alır”.
"Bir günlük qiyməti göstərib, yaxınlaşanda 2 günlük kirayə verdiklərini deyirlər"
Ekspertin sözlərinə görə, yerli şirkətlərlə bağlı digər problem müştərilərin aldadılmasıdır. Yerli şirkətlər avtomobilin kirayəsini elanda 45-50 manat göstərir. Müştəri müraciət edəndə isə avtomobili minimum 2 günlük təklif etdiklərini bildirirlər. Başqa sözlə, avtomobil müştəriyə minimum 100 manata başa gəlir.
Sığorta şirkətləri “rent a car”lara ödəniş verməkdən imtina edir
Ekspert hesab edir ki, əsas problemlərdən biri kirayə verilən avtomobillərin kasko sığortasının olmamasıdır. Bunun da birinci səbəbi sığorta şirkətləri ilə “rent a car”lar arasında yaranan mübahisələrdir: “Səyahət zamanı qəza baş verirsə, sürücü gözləmir və maşın dərhal ərazidən götürülür. Bəzi hallarda baş verən hadisəni gizlətməyə çalışır. Qəzanın baş verdiyi yalnız avtomobil təhvil verilərkən məlum olur. Sığorta şirkəti də hadisəni yerində qeydə almadığı üçün ödəniş etməkdən imtina edir. “Rent a car” şirkətləri də müştərilərlə müqavilə bağlayarkən bunu nəzərə alır. Sığortaya görə müştəridən əlavə pul alır, sığortasız avtomobil istəyən müştəri isə ola biləcək qəza ilə bağlı xərcləri əvvəlcədən öz üzərinə götürməli olur".
Kirayə avtomobil xidmətindən daha çox xarici turistlər istifadə edir
O bildirib ki, Azərbaycanda avtomobil kirayəsi sahəsində əsas müştərilər xarici turistlər və ölkəmizə səfərə gələn xaricdəki soydaşlarımızdır. Yəni, Azərbaycanda kirayə avtomobil sahəsi daha çox turizm sektoru ilə əlaqəli fəaliyyət göstərir və bu xidmətə tələb yay mövsümündə daha çox artır: “Yay mövsümündə C seqmentində olan ekonom avtomobillərin kirayəsinə tələb yüksək olur. Premium və biznes modellər, minibusları isə bir günlük də kirayə etmək olur”.
Kirayə avtomobillər bir ildə 10% bahalaşıb
E.Cəfərov bildirib ki, ümumilikdə yerli şirkətlər xarici “rent a car”lara rəqabətdə uduzsa da tələbin yüksək olması onların fəaliyyətlərini rentabelli edir, yəni gəlirlə işləyirlər. Tələbin yüksək olması qiymətlərə də təsir edib: "2021-ci ilə nisbətən bu ilin ötən dövründə avtomobillərin kirayəsi 10% civarında bahalaşıb. Əvvəl 40 manata təklif edilən C seqmentində avtomobil, 50 manata, 50 manata təklif edilən avtomobilin kirayə qiyməti isə 60 manata kimi artıb".
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
5 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
- 6 saat sonra
-
- 21 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
VTB (Azərbaycan) 0 komissiya ilə 100 000 AZN-dək kredit kampaniyasına start verir
- 3 saat əvvəl
-
21 saat əvvəl
Kartdan-karta köçürmələrə SƏRT LİMİT – Gündə cəmi 5 əməliyyat!
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
İlk dəfə Rabitəbankdan nağd pul krediti götürən müştərilər üçün sərfəli fürsət!
Son Xəbərlər
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
Monetra Finance-ə yeni direktor təyin olunub
Özbəkistan şəbəkəsi Azərbaycan bazarına daxil olur
Kartdan-karta köçürmələrə SƏRT LİMİT – Gündə cəmi 5 əməliyyat!
Ən çox oxunanlar
İş elanlarına bax - azvak.az
BYD dünyanın 100 ən böyük şirkəti sırasına daxil oldu
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
İyulda dövlət büdcəsinin 174 milyon manat vəsaiti banklarda depozitə yerləşdirilib - 6,52% - 7,24%






















