Kəmaləddin Heydərov müşavirə keçirdi
Fövqəladə Hallar Nazirliyində (FHN) nazir general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə müşavirə keçirilib.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, nazirin birinci müavini general-leytenant Rəfail Mirzəyev və nazirliyin aidiyyəti struktur bölmə və qurumlarının rəhbər heyətinin iştirak etdiyi müşavirə FHN-in maddi-texniki təchizatı və pilot layihə kimi hazırlanmış fövqəladə halların intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı məsələlərin müzakirəsinə həsr olunub.
Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ən müasir texnika və avandanlıqlarla təchiz olunmuş FHN-in maddi-texniki bazasının günün tələbinə və texnologiyaların inkişafı dinamikasına uyğun olaraq daim yenilənməsi həyata keçirilir. Məhz bunun sayəsində FHN baş verən istənilən fövqəladə hadisə ilə uğurla mübarizə aparır.
Daha sonra nazir bildirib ki, nazirliyin maddi-texniki təchizatının yenilənməsi üzərində işlər davam etdirilməli, habelə texnika və avadanlıqlara, o cümlədən yanğınsöndürmə və xilasetmə texnikalarına vaxtlı-vaxtında texniki qulluğun göstərilməsi məsələləri bundan sonra da daim diqqət mərkəzində saxlanılmalıdır.
Müasir texnologiyalardan iş prosesində istifadənin vacibliyinə toxunan nazir xüsusilə fövqəladə halların qarşısının vaxtında alınması və nəticələrinin çevik aradan qaldırılması istiqamətində ən son sistemlərin, o cümlədən rabitə və fövqəladə halların intellektual idarəetmə sistemlərinin tətbiqinin əhəmiyyətini qeyd edib.
Sonra fövqəladə halların intellektual idarəetmə sisteminin təqdimatı edilib.
Bildirilib ki, bu sistem FHN-in qurumları arasında birgə fəaliyyətin daha yaxşı koordinasiya edilməsi və qüvvələrin daha effektli tətbiqi üçün nəzərdə tutulub. Geniş imkanlara malik bu sistem xüsusi və ən son nəsil müşahidə kameralarının köməkliyi ilə fövqəladə hal rayonunun real vaxt rejimində anında nəzarətə götürülməsi və qüvvələrin vaxt itirmədən çevik və səmərəli idarə edilməsinə imkan yaradacaq.
Bu sistemin əvvəlcə pilot layihə kimi konkret bir rayonda tətbiqi nəzərdə tutulur. Məhz bu pilot layihənin tətbiqi zamanı sistemin bütün xüsusiyyətləri praktiki olaraq real şəraitdə təhlil ediləcək, o cümlədən mümkün çatışmazlıqlar aradan qaldırılacaq və bundan sonra onun bütün ölkə üzrə tətbiqi ilə bağlı qərar veriləcək.
Təqdim olunan fövqəladə halların intellektual idarəetmə sistemini yüksək qiymətləndirən nazir Kəmaləddin Heydərov onun pilot layihə olaraq qısa müddətdə tətbiqi ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
5 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
- 3 saat sonra
-
-
39 d. əvvəl
"Gündə 5 dəfə, ayda 20 min manat" - Kartlara pul köçürülməsinə yeni limit barədə AÇIQLAMA
- 1 saat əvvəl
-
1 saat əvvəl
200 min manatlıq rüşvət əməliyyatı: İki vergi məmuru həbs edildi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rabitəbank POS-terminal şəbəkəsində UnionPay kartlarının qəbuluna başladı
-
3 saat əvvəl
50 milyon manatlıq istiqrazlar baarədə “Ticarətə İcazə” qərarı verilib
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
200 min manatlıq rüşvət əməliyyatı: İki vergi məmuru həbs edildi
Ən çox oxunanlar
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
Rəsmi məzənnələr açıqlandı
Monetra Finance-ə yeni direktor təyin olunub
Özbəkistan şəbəkəsi Azərbaycan bazarına daxil olur
Kartdan-karta köçürmələrə SƏRT LİMİT – Gündə cəmi 5 əməliyyat!
İş elanlarına bax - azvak.az























