Rusiyadan Azərbaycana pul köçürmələri üçün alternativ kanal təqdim edildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC ilə “Azərbaycan Beynəlxalq Bankı – Moskva” MMC-nin (ABB – Moskva) əməkdaşlığı nəticəsində Rusiyadan Azərbaycana pulköçürmə istiqamətində yeni alternativ kanal təqdim edilib.
“Azərpoçt”da tətbiq olunan “Granat” pulköçürmə sistemi vasitəsilə artıq Rusiya Federasiyasından Azərbaycana köçürülən pul vəsaitlərini vətəndaşlar respublika üzrə mərkəzi poçt şöbələrindən ala biləcəklər.
İlkin mərhələdə “Granat” pulköçürmə sistemi Bakıda yerləşən AZ1000, AZ1017, AZ1044 indeksli poçt şöbələrində və respublika üzrə bütün rayon mərkəzlərində fəaliyyət göstərən mərkəzi xidmət şöbələrində vətəndaşlara təqdim olunacaq. Yaxın gələcəkdə isə tələbatdan asılı olaraq, digər poçt şöbələrində də bu sistemin tətbiqi nəzərdə tutulur.
Qeyd edək ki, “Granat” pulköçürmə sistemi Rusiya Federasiyasında hər kəs üçün əlçatandır: belə ki, Rusiya ərazisində yerləşən “ABB – Moskva” məntəqələri və “Granat” mobil tətbiqi vasitəsilə, eləcə də digər partnyorlara məxsus xidmət nöqtələrindən Azərbaycana pul vəsaitlərinin göndərilməsi mümkündür.
“Granat” pulköçürmə sistemi üzrə tariflər, eləcə də pul köçürmələrinin göndəriş və alış məntəqələri haqqında ətraflı məlumatı www.azerpost.az və www.granatpay.ru saytlarından əldə etmək olar.
“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti 1500-ə qədər şöbəsi ilə əhaliyə ənənəvi poçt xidmətləri ilə yanaşı, bank hesabı üzrə xidmətlər, elektron ödənişlər, sığorta və s. kimi qeyri-ənənəvi maliyyə xidmətləri, eləcə də elektron hökumət və pərakəndə biznes xidmətlərini təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
5 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
1 saat əvvəl
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda iki marşrutun avtobusları YENİLƏNİR — Gedişhaqqı açıqlandı
-
2 saat əvvəl
Avtonom nəqliyyat sistemlərinin tətbiqi ilə bağlı Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişiklik edilib
-
2 saat əvvəl
Azərbaycanda avtonom yerüstü nəqliyyat vasitələrinin tətbiqi üçün hüquqi baza yaradılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ödəniş şirkətində kapital problemi: Mərkəzi Bankdan icrası məcburi göstəriş
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Jiquli” pivəsi antisanitar şəraitdə istehsal olunub
Avtonom nəqliyyat sistemlərinin tətbiqi ilə bağlı Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişiklik edilib
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
İnsan müdaxiləsi olmadan uçan aparatlarla bağlı YENİ QANUN
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Unibank"a yeni sədr təyin olundu
Yaponiyanın “ITOCHU” şirkəti “Azəri-Çıraq-Günəşli”dən çıxdı, bütün payını SOCAR-a satdı
BOKT 15 faizlə 1 milyon manat cəlb edir
"Gündə 5 dəfə, ayda 20 min manat" - Kartlara pul köçürülməsinə yeni limit barədə AÇIQLAMA
Avqustun 4-də gözlənilən hava şəraiti
200 min manatlıq rüşvət əməliyyatı: İki vergi məmuru həbs edildi
























