Mərkəzi Bank banklara qarşı bəzi tələblərini yenilədi
“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər edilib.Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 01 avqust 2022-ci il tarixli 32/1 nömrəli Qərarı ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər təsdiq edilmiş və 16 avqust 2022-ci il tarixindən qüvvəyə minmişdir.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, bu dəyişikliklər bütövlükdə bank sektorunun maliyyə dayanıqlığının daha da gücləndirilməsi, o cümlədən məsuliyyətli və daha sağlam kreditləşmənin təmin edilməsi, əhalinin izafi borclanmasının qarşısının alınması, borcalanların potensial valyuta riskindən qorunması və ölkədaxili banklararası bazarın stimullaşdırılması üzrə yeni tələbləri nəzərdə tutur.
Son dövrdə istehlak kreditləşməsi seqmentində aktivlik müşahidə olunmaqdadır. Cari ilin 6 ayında bankların istehlak krediti portfeli 14.9% artmışdır. Qeyd olunanlar nəzərə alınaraq, məsuliyyətli və sağlam kreditləşmənin təmin edilməsi, o cümlədən əhalinin izafi borclanmasının qarşısının alınması istiqamətində borcun gəlirlərə nisbəti (BGN) əmsalı 45%-dən yuxarı olan, lakin 70% həddini keçməyən borcalanlara verilmiş istehlak kreditlərinin risk qrupları 50% bəndi artırılmışdır. Təhlillər göstərir ki, istehlak kreditləri portfelinin 21%-ni BGN əmsalı 45-70% intervalında verilən kreditlər təşkil edir. Bundan əlavə, istehlak kreditləri üzrə yeni prudensial tələblərin faizlərə azaldıcı təsirinin təmin edilməsi məqsədilə faiz dərəcəsi sektorun orta faiz dərəcəsi ilə müqayisədə yüksək olan istehlak kreditlərinin nisbəti meyarı və risk qrupları sərtləşdirilmişdir.
Son illərdə bankların biznes portfelində dedollarlaşma meylləri müşahidə olunmaqdadır. Bununla belə, təhlillər xarici valyutada gəliri olmayan biznes subyektlərinin xarici valyutada biznes kreditlərinə maraqlarının olduğunu göstərir. Borcalanların potensial valyuta riskindən qorunması istiqamətində valyuta riski hedcləşdirilməmiş borcalanlara (xarici valyutada gəliri olmayan və ya valyuta riskindən sığortalanmamış borcalanlar) xarici valyutada verilmiş biznes kreditlərinin risk qrupu 120%-dən 200%-ə qaldırılmışdır.
Ölkədaxili banklararası bazarın stimullaşdırılması istiqamətində qısamüddətli yerli banklararası tələblərin risk qrupları yumşaldılmışdır.
Qeyd olunanlardan əlavə, risk səviyyəsinin aşağı hesab olunduğu bir sıra istiqamətlər üzrə tənzimləmə yanaşmaları yumşaldılmışdır.
Bütövlükdə, yeni dəyişikliklər post-pandemiya dövründə tədricən artan iqtisadi aktivlik fonunda bank sektorunun maliyyə dayanıqlığının təmin edilməsi və gücləndirilməsini, habelə əhalinin izafi borcalanmasının qarşısının alınmasını, eləcə də borcalanların valyuta riskindən qorunmasını və banklararası bazarın inkişafını təmin edəcəkdir.
Tədbirlər barədə daha ətraflı məlumatla link vasitəsilə tanış olmaq olar – https://e-qanun.az/framework/51186
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 54 d. əvvəl
-
1 saat əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
1 saat əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
1 saat əvvəl
Orta Kür hövzəsiində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
2 saat əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
-
2 saat əvvəl
Azərbaycan qazı üçün yeni Avropa bazarı – Slovakiya ilə danışıqlar davam edir
-
2 saat əvvəl
KPMG Azərbaycanın nəqliyyat sektorundakı layihələrə dair təkliflər təqdim edəcək
-
2 saat əvvəl
"Azərbaycana 30 trilyon dollardan çox vəsaiti idarə edən investorlar gəlib"
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
Ən çox oxunanlar
8 QVt-lıq böyük plan - Pərviz Şahbazov Azərbaycanın qarşıdakı 10 il üçün enerji prioritetlərini açıqladı
PAŞA Bank investisiya forumunda: Xarici və yerli kapitalın birləşməsi yeni imkanlar yaradır





























