Bakıda sentyabr-noyabrda 8 sərgi keçiriləcək
Sentyabr ayında Azərbaycanda ixtisaslaşmış payız ticarət-sənaye sərgiləri mövsümü yenidən start götürəcək.
Marja xəbər verir ki, “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətlərin təşkilatçılığı ilə bu mövsüm çərçivəsində 8 sərgi keçiriləcək. Sərgi təqvimi ilə aşağıdakı saytlarda tanış olmaq olar: https://exhibitions.ceo.az/en-exhibitions; https://www.iteca.az/.
Mövsüm sentyabrın 6-dan 8-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX”-dən başlayır. Müasir silah və texnika sərgisi olan “ADEX” Azərbaycan Respublikasının və dünya şirkətlərinin hərbi-sənaye kompleksinin gücünü və qüdrətini nümayiş etdirəcək. Azərbaycanın ikinci Qarabağ müharibəsində qazandığı şanlı zəfərdən sonra ilk dəfə keçiriləcək “ADEX” xüsusi əhəmiyyət kəsb edir. Bu il sərgidə ilk dəfə İordaniya şirkətləri iştirak edəcək. Belarus, İran, İsrail, Qazaxıstan, Pakistan, Rusiya, Türkiyə və digər ölkələr öz milli stendləri ilə iştirak edəcəklər.
ADEX sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin baş sponsoru “Jadara Equipment & Defense Systems”, qızıl sponsoru “Turkish Aerospace”, bürünc sponsoru isə “ASFAT” şirkətidir.
ADEX ilə paralel olaraq 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi keçiriləcək. “Securex Caspian” sərgisi hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirəcək beynəlxalq tədbirdir. Sərgidə Azərbaycan, Belarus, Çin, İsrail, Koreya Respublikası, Rusiya Federasiyası və digər ölkələrdən şirkətlər təmsil olunacaq.
Daha sonra 5-9 oktyabr tarixlərində 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi “Baku International Book Fair” sərgisi ilə mövsüm davam edəcək. Sərgidə 5 gün ərzində bir sıra yerli və xarici nəşriyyatlar və mətbəələr, eləcə də kitab mağazaları, universitetlər, mədəniyyət mərkəzləri, muzeylər və s. iştirak edəcək. Sərginin məqsədi bu rəqəmsal əsrdə kitab və mütaliənin təbliği və populyarlaşdırılması, Azərbaycan və xarici nəşriyyatların poliqrafiya məhsulları ilə tanışlıq, nəşriyyat sənayesinə dəstək, potensial əməkdaşlıq üçün nəşriyyatları kitab mağazaları ilə tanış etmək, Azərbaycanda kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsi aparmaqdır. Sərginin təşkilatçısı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyidir. Sərgi Caspian Event Organisers şirkətinin təşkilati dəstəyi ilə keçirilir.
2022-ci ildə Azərbaycanın sərgi sənayesi üçün mühüm tədbirlərdən biri oktyabrın 19-dan 21-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisi olacaq. Bu il sərgidə Azərbaycan, Qazaxıstan, Macarıstan, Özbəkistan, Rusiya Federasiyası və digər ölkələrdən şirkətlər iştirak edəcək.
Rebuild Karabakh 2022 sərgisi Qarabağın yenidən qurulması ilə bağlı layihə və strategiyalarını təqdim edəcək yerli və xarici şirkətlərin, eləcə də aidiyyəti dövlət qurumlarının və təşkilatların nümayəndələri arasında işgüzar dialoq üçün kommunikasiya platforması yaratmağa imkan verəcək.
Eyni tarixlərdə 27-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” və 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “AquaTherm Baku” sərgiləri keçiriləcək.
“BakuBuild” sərgisində yerli şirkətlərlə yanaşı Almaniya, Hindistan, İran, İsveç, İtaliya, Macarıstan, Rumıniya, Rusiya Federasiyası, Türkiyə və daha artıq ölkələrin nümayəndələri öz xidmətlərini və yeniliklərini təqdim edəcəklər. Qeydiyyatın sponsoru “Corella” şirkətidir. “Bakubuild” sərgisinin nümayiş etdirəcək kateqoriyalar: inşaat materialları; dam örtükləri və izolyasiya; fasadlar, pəncərələr, qapılar; inşaat avadanlıqları və texnologiyalar; metalın həddələnməsi; plitələr və daha çox.
Öz növbəsində “Aquatherm Baku 2022” Azərbaycan, İtaliya, Rusiya, Türkiyə və bir sıra digər ölkələrdən şirkətləri bir araya gətirəcək. Təqdim olunan sektorlar arasında aşağıdakılar var: fitinqlər və zolotniklər; istilik sistemləri; borular və boru kəmərləri; su və kanalizasiya texnologiyaları; su təchizatı və çirkab suların təmizlənməsi; hava kondisionerləri; ventilyatorlar və daha çox.
Sərgi mövsümünü noyabrın 3-dən 5-dək Bakı Ekspo Mərkəzində keçiriləcək Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” və Azərbaycan Beynəlxalq Gözəllik Sənayesi “Beauty Azerbaijan” sərgiləri yekunlaşdıracaq.
“Medinex” Azərbaycanda tibb və səhiyyə sahəsində hərtərəfli tədbirdir, həmçinin istehsalçılar, distribyutorlar və sənaye peşəkarları üçün görüş yeridir. Sərgi Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə keçirilir. Sərgidə tibbi avadanlıqlar, tibbi məhsullar, tibbi turizm, tibbi təhsil, dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr, innovativ laboratoriya avadanlıqları, optika, stomatologiya, tibbdə informasiya texnologiyaları və s. təqdim olunacaq.
“Beauty Azerbaijan” sərginin tərkib hissəsi olaraq kosmetologiya və estetik tibb üçün məhsullar, parfumeriya, şəxsi gigiyena vasitələri, təbii kosmetika, saça və bədənə qulluq vasitələri, dekorativ kosmetika, professional kosmetika, salon avadanlığı və bərbər alətləri və bir çox başqa məhsullar təqdim edəcək.
Hər bir sərgi çərçivəsində təşkilatçılar müxtəlif işgüzar və mədəni tədbirlər planlaşdırıblar ki, bu barədə məlumatı rəsmi internet saytından əldə etmək olar. Həmçinin ənənəyə uyğun olaraq yerli və xarici sahibkarların iştirak edəcəyi işgüzar B2B görüşləri nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
14 d. əvvəl
“PAŞA Holding”dən yeni törəmə şirkət – “PAŞA Maliyyə Holding” təsis edilib
-
-
31 d. əvvəl
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
1 saat əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI


















