Özbəkistanlı iş adamları ölkəmizdə fəaliyyət göstərən bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olublar

Məlum olduğu kimi, avqustun 1-də İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Daşkənddə Özbəkistanın biznes assosiasiyaları (“Uzbekipaksanoat” Assosiasiyası və “Uztekstilprom” Assosiasiyası) arasında ipəkçiliyin və baramaçılığın, həmçinin pambıqçılığın və tekstil sənayesinin inkişafına dair əməkdaşlıq memorandumları imzalanıb.
Əməkdaşlıq əlaqələri çərçivəsində özbək iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olublar. Səfər çərçivəsində nümayəndə heyəti ölkəmizdə fəaliyyət göstərən bir sıra müəssisələrə baxış keçiriblər.
Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə tanış olduqdan sonra nümayəndə heyəti Sumqayıtda fəaliyyət göstərən Gilan Tekstil Parkında olublar. İş adamlarına məlumat verilib ki, burada yüksək keyfiyyətli Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsullarının istehsalı həyata keçirilir. Tekstil Parkında İplik, Toxuma, Boyama və Tikiş fabrikləri fəaliyyət göstərir, müxtəlif növ parça, yataq dəstləri, yorğanlar, yastıqlar, habelə müxtəlif təyinatlı, oda və suya davamlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar, otellər üçün dəsmallar istehsal edilir.
Ucar rayonunda “P-Aqro” MMC-yə məxsus Mahlıc istehsalı fabrikinin fəaliyyəti ilə tanış olan iş adamları fabrikdə mahlıc, uluk, lint və tifitik istehsal edildiyi, 200-ə yaxın işçinin daimi işlədiyi müəssisədə istehsal olunan məhsulların (əsasən mahlıc) Türkiyə, İran, Ukrayna və s. ölkələrə ixrac olunduğu barədə məlumatlandırılıb.
Daha sonra qonaqlar Mingəçevir Sənaye Parkında görülmüş işlər və Sənaye Parkının rezidenti “Mingəçevir Tekstil” MMC-nin fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, fabrikdə Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında “Ring” və “Open End” üsulu ilə iplik istehsal edilir. İnvestisiya dəyəri 93,5 milyon ABŞ dolları olan müəssisədə 475 nəfər daimi işlə təmin edilib. İndiyədək müəssisədə 189 milyon manata yaxın məhsul istehsal edilib ki, bunun da 93%-i ixrac edilib. İstehsal olunan məhsullar daxili bazarla yanaşı, “Made In Azerbaijan” brendi altında Türkiyə, Rusiya, Portuqaliya, Pakistan, Polşa, Belçika, Ukrayna və s. ölkələrə ixrac edilib.
Qonaqlara İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonaları və aqroparkların təqdimatı göstərilib, o cümlədən Yevlax Pilot Aqroparkın fəaliyyəti, burada sahibkarlar üçün yaradılacaq şərait barədə məlumat verilib. Qeyd edilib ki, Yevlax Pilot Aqroparkda meyvə qurusu, cem, ət və süd məhsulları, makaron, konservləşdirilmiş məhsullar, meyvə tingləri, toxum (arpa və buğda), heyvan yemləri və gübrə, istixana şəraitində tərəvəz bitkiləri və s. istehsal olunacaq.
Şəki şəhərində "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus “Azəripək” MMC-nin fəaliyyəti ilə tanış olan özbək iş adamlarının diqqətinə çatdırılıb ki, illik istehsal gücü 3 min ton yaş barama olan müəssisədə kəlağayı, şərf, xam ipək, xalça və s. məhsulların istehsalı həyata keçirilir. Cari ilin 6 ayı ərzində müəssisədə 341 ton yaş barama istehsal edilib. Müəssisədə 350 nəfər işlə təmin olunub.
Özbəkistanın pambıqçılıq və baramaçılıq sahəsində fəaliyyət göstərən iş adamları Yevlax “MKT İK” MMC-nin Yevlax rayonunda yerləşən aqroparkının əkin sahəsinə və Yevlax Pilot Aqroparkın tut bağlarının salınması üçün nəzərdə tutulan ərazilərinə baxış keçiriblər.
Səfər çərçivəsində nümayəndə heyəti həmçinin, Qax Damazlıq İpəkçilik Stansiyasının və “Ulu Aqro” MMC-nin Qax Aqroparkının fəaliyyəti ilə də tanış olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
18 d. əvvəl
"TuranBank" Almaniya bankında avro hesabı açdı - ƏMƏLİYYATLAR DAHA ASAN VƏ SÜRƏTLİDİR
- 36 d. əvvəl
-
-
1 saat əvvəl
"PAŞA Bank" istiqraz buraxılışının yerləşdirilməsinə başlayır
-
1 saat əvvəl
18 faiz gəlirliliyi olan istiqrazlar ticarətə buraxılır - TARİX
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Yolüstü” restoranının qəfəsdə saxladığı tülkülər təbiətə buraxılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Qlobal neft bazarlarını rekord həcmdə təklif profisiti gözləyir"
-
2 saat əvvəl
Neftçala Sənaye Məhəlləsində məhsul istehsalı 4 dəfədən çox artıb
-
2 saat əvvəl
Azərbaycandan Ukraynaya 10 yük avtomobilindən ibarət karvan yola salındı
-
3 saat əvvəl
Alyaskada danışıqlar yaxınlaşır - Bu, qızıl və neftin qiymətlərinə necə təsir edəcək?
Son Xəbərlər

"TuranBank" Almaniya bankında avro hesabı açdı - ƏMƏLİYYATLAR DAHA ASAN VƏ SÜRƏTLİDİR

Naxçıvan iqtisadiyyatı 5 %-ə yaxın böyüyüb

"PAŞA Bank" istiqraz buraxılışının yerləşdirilməsinə başlayır

18 faiz gəlirliliyi olan istiqrazlar ticarətə buraxılır - TARİX

“Yolüstü” restoranının qəfəsdə saxladığı tülkülər təbiətə buraxılıb

"Qlobal neft bazarlarını rekord həcmdə təklif profisiti gözləyir"

Neftçala Sənaye Məhəlləsində məhsul istehsalı 4 dəfədən çox artıb
Ən çox oxunanlar

Alyaskada danışıqlar yaxınlaşır - Bu, qızıl və neftin qiymətlərinə necə təsir edəcək?

AZAL Bəhreynin aviaşirkətilə saziş imzaladı

Hər 100 dolların alış-satışından 68 qəpik gəlir əldə ediblər

Mənzil bazarında qiymət cüzi artıb

EcomX inkubasiya proqramı Azərbaycan iqtisadiyyatına 15 e-ticarət biznesi qazandırıb

Avqustun 14-də gözlənilən hava şəraiti açıqlandı

“PAŞA Bank” gənc istedadların inkişafına dəstək verir
