Bu gün Azərbaycan Mərkəzi Bankı mühüm qərarını açıqlayacaq - NƏ GÖZLƏNİLİR?
Bütün dünyada olduğu kimi Azərbaycanda da inflyasiyanın sürətlənməsinə baxmayaraq, Taleh Kazımov sədr təyin edildikdən sonra Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini artırmayıb. Tədiyə balansının cari əməliyyatlar hesabında böyük profisit qeydə alındığından (ölkəyə daxil olan xarici valyuta çıxanı kəskin üstələyir), inflyasiya təzyiqlərinin əsasən idxal mənşəli olduğunu nəzərə alaraq Mərkəzi Bank faiz dəhlizinin parametrlərini dəyişməz saxlayır. Ötən iclasdan keçən müddətdə risklərdə əhəmiyytəli dəyişikliklər olmadığından Mərkəzi Bank bu gün də faizlərini dəyişməz saxlaya bilər.
Azərbaycan Mərkəzi Bankının 2022-ci ildə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə əsasən 29 İyul 2022-ci il tarixində bu il 5-ci dəfə faiz qərarı qəbul ediləcəkdir.
Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair qərarı saat 10:30-da açıqlanacaqdır. Saat 11:00-da mətbuat konfransı başlanacaq. Saat 15:00-da faiz dəhlizinin parametrlərinə dair geniş açıqlama (press-reliz) yayımlanacaqdır.
Mərkəzi Bankın bu dəfəki faiz qərarı da dünyanın əksər mərkəzi banklarının sürətlənən inflyasiyanın qarşısını almaq üçün faizləri kəskin şəkildə artırdığı bir dövrə təsadüf edir.
Marja.az-ın məlumatına görə, bu faiz qərarı Mərkəzi Bankın İdarə Heyəti sədri Taleh Kazımovun dövründə qəbul ediləcək 3-cü faiz qərarı olacaqdır.
Sabiq sədr Elman Rüstəmovun sədrliyilə keçirilən iclaslarda Mərkəzi Bank faizini artırırdı. Mərkəzi Bank sürətlənən inflyasiyanı cilovlamaq üçün 2021-ci ilin ikinci yarısında 3 dəfə, 2022-ci ilin yanvar-mart dövründə də 2 dəfə faiz artırıb.
Belə ki, 17 Sentyabr 2021-ci il tarixində Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 6.25%-dən 6.50%-ə, dəhlizin aşağı həddinin 5.75%-dən 6%-ə, yuxarı həddinin isə 6.75%-dən 7%-ə yüksəldilməsi barədə qərar qəbul etmişdir.
29 Oktyabr 2021-ci il tarixində Mərkəzi Bank uçot dərəcəsini 0,50 bənd artırmışdır. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti, uçot dərəcəsinin 6.50%-dən 7%-ə artırılması, dəhlizin aşağı həddinin 6%, yuxarı həddinin 8% səviyyəsində müəyyən edilməsi barədə qərar qəbul etmişdir.
17 Dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7%-dən 7.25%-ə qaldırılmışdır. Faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8.25% səviyyəsində müəyyən edilmişdir.
28 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25% bəndi artırılaraq 7.5%-ə çatdırılmış, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 9% səviyyəsində müəyyən edilmişdi.
18 Mart 2022-ci il tarixində Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0,25 bənd artırılıb. Uçot dərəcəsi 7.5%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6%-dən 6.25%-ə, yuxarı həddi isə 9%-dən 9.25%-ə yüksəldilib.
Taleh Kazımovun təyinatından sonra keçirilmiş yığıncaqlarda (29 aprel 2022 və 17 iyun 2022-ci il tarixlərində) faizlərdə dəyişiklik edilməmiş, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində saxlanılmışdır.
Azərbaycanda illik inflyasiya Mərkəzi Bankın inflyasiya hədəf diapazonunu (2%-6% aralığı) kəskin üstələyib. 2022-ci ilin yanvar-iyun dövründə istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilin yanvar-may aylarına nisbətən 12,9 faiz, cari ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki ilin iyun ayına nisbətən 14,2 faiz artıb.
Mərkəzi Bank 17 İyun 2022-ci il tarixindəki yığıncağından sonra yaydığı press-relizində qeyd etmişdi ki, əsas ixrac qiymətlərinin artdığı şəraitdə tədiyə balansının cari əməliyyatlar hesabında profisit əhəmiyyətli artmaqdadır. 2022-ci ilin I rübündə cari əməliyyatlar hesabında ÜDM-in 22.5%-i həcmində profisit qeydə alınmışdır. Proqnozlara görə cari ilin sonuna cari hesablar balasında iri həcmli profisit olacağı gözlənilir. Bu, valyuta bazarında tarazlığı və qiymət sabitliyinin əsas lövbərini gücləndirir. Nominal effektiv məzənnənin möhkəmlənməsi idxal inflyasiyasını azaldır. Əvvəlki toplantılarda Mərkəzi Bankın pul siyasətinin sərtləşməsi ilə bağlı qərarlarının da inflyasiyaya məhdudlaşdırıcı təsirləri davam edir. Qiymətləndirmələrə görə artmaqda olan inflyasiya əsasən ticarət tərəfdaşı olan ölkələrdə yüksək qiymət artımlarından təsirlənir. Xarici sektor göstəricilərində pozitiv meyilləri və inflyasiya təzyiqlərinin əsasən idxal mənşəli olduğunu nəzərə alaraq faiz dəhlizinin parametrləri dəyişməz saxlanılmış, cari ilin sonuna pul kütləsinin tənzimləməsi ilə bağlı müvafiq qərarlar qəbul edilmişdir.
“Proqnozlara görə inflyasiyanın xarici mühitinin nisbətən əlverişli olacağı şəraitdə onun ilin sonuna faktiki templərdən aşağı olacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə isə inflyasiyanın hədəf diapazonuna qayıdacağı gözlənilir”, - press-relizdə qeyd edilmişdi.
Ötən iclasdan keçən müddətdə risklərdə əhəmiyytəli dəyişikliklər olmadığından Mərkəzi Bank bu gün də faizləri dəyişməz saxlaya bilər.
UÇOT FAİZ DƏRƏCƏSİ NƏDİR?
Nəzəriyyəyə görə, uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.
Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“PAŞA Bank”dan yeni kampaniya: Onlayn biznes krediti üzrə 1% endirim və “Tarifim”dən dəyərli hədiyyələr
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AzerGold”ın qızıl sikkə və külçələrinin geri qaytarılması artıb
- 1 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Xırdalan 0.0”ın tərəfdaşlığı ilə “Baku Investment Day 2025” uğurla baş tutdu
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Britaniyanın qızıl hasilatçısı Azərbaycandakı törəmə şirkətində kadr təyinatları həyata keçirib
Son Xəbərlər

Şəkiliyevlə yanaşı bu məmurlar da saxlanılıb - Adlar

“AzerGold”ın qızıl sikkə və külçələrinin geri qaytarılması artıb

Dövlət ən iri 5 bankda 500 milyon manat depozit yerləşdirdi

Azərbaycanın İnternet provayderləri birləşdi

Rayonlarda leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq

“Bank of Baku”dan könüllü qanvermə təşəbbüsü
Ən çox oxunanlar

Mərkəzi Bank lisenziyalar ləğv edib

Britaniyanın qızıl hasilatçısı Azərbaycandakı törəmə şirkətində kadr təyinatları həyata keçirib

Dollar istiqrazlarına 52 investordan 53 sifariş oldu

Qaxda əməliyyat keçirildiyi, İcra başçısının saxlanıldığı bildirilir - "Onlar Bakıya gətirilir"

Visa" region üzrə yeni prezident təyin edib

Qızılın qiymətində rekordlardan sonra “AzerGold” gəlirində böyük artım olduğunu açıqladı

Paşinyan Türkiyədə səfərdədir

Naxçıvan Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq
