Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Türkiyə şirkəti Azərbaycanın qızıl mədənində istehsal proseslərinin avtomatlaşdırılması imkanlarını araşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə şirkəti Azərbaycanın qızıl mədənində istehsal proseslərinin avtomatlaşdırılması imkanlarını araşdırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyənin Metal Sənayeçiləri Birliyini təmsil edən MEXT Texnoloji Mərkəzi və “KoçDigital” şirkətinin nümayəndələri “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) səfər ediblər. İşgüzar səfər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü ilə həyata keçirilib.

"AzerGold"un yaydığı məlumata görə, səfərin məqsədi “Çovdar” qızıl mədənində istehsal proseslərinin avtomatlaşdırılması imkanlarının araşdırılması, hazırda tətbiq olunan texnologiyalarla yaxından tanışlıq və işgüzar əlaqələrin genişləndirilməsindən ibarətdir.

Reklam_3_11

ÇİRES-in inzibati binasında keçirilən görüşdə tərəflər geotexniki monitorinq, buruqqazma və digər əməliyyatlar üzrə rəqəmsal verilənlər bazasının təkmilləşdirilməsi və proseslərin mərkəzləşdirilmiş formada idarəolunması istiqamətində fikir mübadiləsi aparıblar. Görüşdə rəqəmsallaşma yolu ilə keyfiyyət, xərc və səmərəlilik kimi amillərə və istehsal prosesinin optimallaşdırılmasına təsir mexanizmi müzakirə edilib. Səhmdar Cəmiyyətinin fəaliyyət sahələrinin innovativ həllərin və müasir texnologiyaların tətbiqi ilə avtomatlaşdırılması və rəqəmsallaşdırılması məqsədi ilə gələcək əməkdaşlıq perspektivləri çərçivəsində təkliflərin hazırlanmasına dair razılıq əldə olunub.

Daha sonra qonaqlar “Çovdar” mədənində sulfid fazası üzrə oksid filizlərinin hasilatı, filiz anbarında filizlərin idarolunması prosesləri, şirkətin mövcud maddi-texniki bazası, eləcə də zavod və laboratoriyada yaradılan şəraitlə əyani olaraq tanış olublar.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyinin tabeliyində 4SİM-i ilə Türkiyənin Metal Sənayeçiləri Birliyini arasında imzalanmış anlaşma memorandumu çərçivəsində Azərbaycanın istehsal sektorunda rəqəmsal savadlılığın təşviqi, Azərbaycanda ağıllı sənaye hazırlığı indeksi (Smart Industry Readiness Index - SIRI) əsasında qiymətləndirilmənin aparılması, müvafiq qurumların nümayəndələrinin iştirakı ilə istehsalat sahələrinə qarşılıqlı səfərlərin təşkili, ağıllı istehsal proseslərinin qurulması və s. kimi əməkdaşlıq istiqamətləri müəyyən edilib. Bu çərçivədə cari ilin may ayında “AzerGold” QSC və 4 SİM-in nümayəndə heyəti Türkiyənin Kayseri şəhərində yerləşən “Öksüt” qızıl mədəninə səfər edib, “KoçDigital” şirkətinin mühəndislik, eləcə də texniki imkanları və ümumilikdə fəaliyyəti ilə yaxından tanış olublar.

KoçDigital
01.07.2022 08:31
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ