Ümid qaz yatağı üzrə ən çətin hədəflərdən biri tamamlandı
Azərbaycan Respublikasının neft-qaz sənayesində əhəmiyyətli yeri olan Ümid-Babək layihəsi çərçivəsində “Ümid-1 Stasionar Dəniz Özülündə (SDÖ) hasilatın sürətləndirilməsi” layihəsi üzrə işlər davam etdirilməkdədir.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən icra edilən layihə şirkətin tarixində beynəlxalq təcrübəyə əsaslanan, innovativ texnologiyaları və müasir avadanlıqları tətbiq etməklə həyata keçirilən ilk layihələrdəndir. Layihənin əsas hədəfi “Ümid-1” özülündən nəql sisteminin məhdudiyyətlərini aradan qaldırmaq və yeni quyuları qazmaqla hasilatı artırmaqdır.
İlkin hesablamalara görə Xəzər dənizində yerləşən Ümid qaz yatağının ümumi ehtiyatı 200 mlrd. m3 qaz və 40 mln. m3 kondensat həcmindədir.
Yataqdan cari nəql xətlərində məhdudiyyətləri nəzərə alaraq, gündəlik 3 mln m3 qaz və 470 ton (3600 barel) kondensat hasil olunur və SOCAR-ın texnoloji sistemi ilə Daşgil terminalına nəql etdirilir. “Ümid-1 Stasionar Dəniz Özülündə (SDÖ)-dən hasilatın sürətləndirilməsi” layihəsi reallaşdırıldıqdan sonra gündəlik təhlükəsiz qaz hasilatının 8.1 mln. m³-ə, kondensat hasilatının isə 1200 tona (9000 barel) qədər artırılması nəzərdə tutulub.
2019-cu ildən etibarən həyata keçirilən və “Umid Babek Operating Company” əməliyyat şirkətinin (UBOC) ölkəmizdəki filialı tərəfindən reallaşdırılan bu layihə üzrə dənizdən quruya doğru Ümid yatağından Səngəçal Baş Qurğularına (SBQ) qədər təqribən 100 km məsafəni əhatə edən böyük ərazidə çox mühüm mərhələnin bir hissəsi uğurla yekunlaşıb.
“Ümid-1 SDÖ-dən hasilatın sürətləndirilməsi” layihəsi çərçivəsində hər biri ayrılıqda böyük əhəmiyyət kəsb edən önəmli işlər görülür. Belə ki, Ümid-1 SDÖ-də aparılan yenidənqurma, uzunluğu 54 km olan 20 düyməlik (500 mm-lik) sualtı nəql xəttinin və onun quruda olan təqribən 3.7 km hissəsinin çəkilməsi, Daşgil-2 terminalından qaz nəql xəttinin tikintisi, Səngəçal Baş Qurğularında (SBQ) SOCAR-ın qaz nəql sisteminə birləşmə məntəqəsi üzrə işlər qrafikə uyğun olaraq davam etdirilir. Hazırda “Ümid-1” SDÖ-də və quruda aparılan işlər son tamamlanma mərhələsindədir.
“Ümid-1” SDÖ-dən qazın sahilə çatdırılması üçün nəql xəttinin sualtı hissəsinin tikintisinə bu ilin aprel ayında “İsrafil Hüseynov” borudüzən gəmisi vasitəsilə başlanılıb. Layihənin ən çətin hədəflərindən biri olan quruya yaxın yerləşən 2.1 km-lik boru xəttinin çəkilməsi artıq tamamlanıb.
Bu hədəfə çatmaq üçün UBOC-un peşəkar layihə idarəetmə heyəti podratçı BOSS PİC şirkətinin əməkdaşları ilə birgə bütün çətinliklərin öhdəsindən uğurla gəlib. Qısa müddət ərzində uzunluğu təqribən 2.2 km, eni 15 m olan qoruyucu torpaq bənd (damba) inşa olunub.
Layihə işlərində müvafiq dövlət qurumları, yerli və beynəlxalq subpodratçılar (SOCAR-ın “Neftqaztikinti” tresti, SOCAR Dalğıc, Wood Group, Jan De Nul, Saipem, Oceaneering) iştirak ediblər. Artıq işlərin növbəti mərhələsinə start verilib və “Ümid-1” SDÖ-dən sürətləndirilmiş hasilatın ölkənin ümumi qaz təchizatı şəbəkəsinə qoşulmasının uğurla başa çatdırılması gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
10 saat sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 8 saat əvvəl
-
-
10 saat əvvəl
İran sabahdan ABŞ-a bağlı İT və texnologiya şirkətlərini vuracağı ilə bağlı xəbərdarlıq edib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mikayıl Cabbarov “Fiba Holdinq”in nümayəndələri ilə görüşüb, əməkdaşlıq müzakirə edilib
-
13 saat əvvəl
Trampdan ABŞ-ın müttəfiqlərinə sərt reaksiya: Gedin reaktiv yanacağınızı Hörmüz boğazından alın
-
13 saat əvvəl
Heqset: ABŞ Rusiya və Çinin İran ətrafında nə etdiyini dəqiqliklə bilir
-
13 saat əvvəl
ABŞ-ın müharibə naziri: Bəlkə də İrana qoşun yeritməyə ehtiyac olmayacaq
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Tramp: Hörmüz boğazı özü açılacaq, İran artıq məğlub edilib
Baffetdən xüsusi açıqlamalar: "Qeyts ilə əlaqəni kəsmişəm"
Trampdan ABŞ-ın müttəfiqlərinə sərt reaksiya: Gedin reaktiv yanacağınızı Hörmüz boğazından alın
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Aprelin 1-dən qadağan edilir
“Azercell" də Baş icraçı direktor vəzifəsi yaradılıb
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçiriləcək























