Şuşaya biletləri kütləvi alıb baha qiymətə satanlara xəbərdarlıq edilib

Sosial şəbəkələrdə bəzi turizm şirkətlərinin Bakı – Şuşa istiqamətində turlar təşkil etməsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) araşdırma aparıb.
Dövlət Xidmətinin yaydığı məlumatda bildirilir ki, aprelin 26-da Şuşa və Ağdam istiqamətində müntəzəm avtobus reyslərinə may ayı üzrə biletlər satışa çıxarılandan sonra bir neçə şəxs Əhmədbəyli – Şuşa – Əhmədbəyli reysinə müxtəlif şəxslərin adına müxtəlif tarixlərə, lakin qrup şəklində biletlər alıb.
"Araşdırma nəticəsində həmin istifadəçilərin kimliyi müəyyən edilib və onlar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə dəvət olunublar. Həmin şəxslər etiraf ediblər ki, sosial şəbəkələrdə Şuşaya turların təşkil edilməsi ilə bağlı elanlar yerləşdirərək, əvvəlcədən vətəndaşlardan şəxsiyyət vəsiqələrinin surətlərini alıblar. Biletlər satışa çıxarılandan sonra möhtəkirlər şəxsiyyət vəsiqələrinin surətlərini onlara təqdim edən bir neçə nəfərin adına www.yolumuzqarabaga.az saytı üzərindən Əhmədbəyli – Şuşa – Əhmədbəyli reysinə birbaşa vətəndaşların adına biletlər alıblar. Bakıdan Əhmədbəyli istiqamətinə xüsusi avtobus reysi təşkil edərək bilet aldıqları vətəndaşları həmin ərazidə Əhmədbəyli – Şuşa – Əhmədbəyli müntəzəm marşrutu üzrə hərəkət edən avtobusa transfer edirlər. Onlara belə fəaliyyəti birmənalı dayandırmaları haqqında ciddi xəbərdarlıq edilib. Artıq həmin elanlar şirkətlərin sosial şəbəkə hesablarından silinib", - DANX bildirir.
Məlumatda deyilir ki, biletləri kimlərinsə alması və daha sonra digər şəxslərə satması və ya ötürməsi mümkün deyil:
"Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil. Onu da qeyd edək ki, bilet sistemi müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilib və sərnişinlərə biletlə birlikdə işğaldan azad olunmuş ərazilərə giriş icazəsi də verilir. Bu icazə yalnız bilet almış şəxs üçün keçərlidir və ötürülməsi mümkün deyil".
Həmçinin oxu
Şuşaya səfərləri turizm şirkətləri bazara çeviriblər
Dövlət Avtomobil Nəqliyyatı Xidməti vətəndaşlara tövsiyə edir ki, belə elanları ciddi qəbul etməsinlər, öz sənədlərini elanlarda gördükləri əlaqə vasitələrinə göndərməsinlər və biletlərin alınmasını heç kimə əlavə vəsait ödəmədən özləri həyata keçirsinlər.
Vətəndaşlar qanunsuz bilet satışı halları ilə rastlaşarlarsa, bu barədə office@danx.gov.az elektron poçt ünvanı, https://www.facebook.com/AzDANX rəsmi “Facebook” ünvanı və (+99412) 566 52 58 telefon nömrəsi vasitəsilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, may ayından etibarən Bakı–Şuşa–Bakı istiqamətində həftədə 3 dəfə deyil, 4 dəfə – cümə axşamı, cümə, şənbə və bazar günləri reyslər həyata keçirilir.
Əhmədbəyli – Şuşa – Əhmədbəyli istiqamətində isə həftənin 3 günü – bazar ertəsi, çərşənbə axşamı, çərşənbə günləri səfər etmək mümkündür.
Beləliklə, həftənin bütün günləri Şuşa istiqamətində reyslər həyata keçirilir.
Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və məlumat bazasının formalaşdırılması, eləcə də şəffaflığın və rahatlığın təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet satışı yalnız www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 d. əvvəl
Tezliklə ChatGPT internetdə alış-veriş edə və “PowerPoint” təqdimatları yarada biləcək
-
43 d. əvvəl
PashaPay və ASAN xidmət media nümayəndələri üçün süni zəka təlimi keçirib
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 52 d. əvvəl
-
55 d. əvvəl
“Rabitəbank” və Dövlət Məşğulluq Agentliyi arasında memorandum imzalanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Yelo Bank”ın kredit portfeli 1 milyard manata yaxınlaşıb, faiz gəlirləri artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Modenis" şirkətindən “eManat”ın fəaliyyətilə bağlı açıqlama
-
3 saat əvvəl
Dövlət Neft Fondu İtaliyada 402 MVt-lıq günəş enerjisi portfelində pay əldə edib
- 3 saat əvvəl
Son Xəbərlər

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

“Sea Breeze”ə yeni marşrut fəaliyyətə başlayır

Dövlət 3 bankda 500 milyon manat depozit yerləşdirdi

"Modenis" şirkətindən “eManat”ın fəaliyyətilə bağlı açıqlama
Ən çox oxunanlar

Milyonçu Fərhad Əhmədovdan gəmisinin həbsdən azad olunması üçün 6 milyon dollar rüşvət istənilib - MƏHKƏMƏ

8,5 milyon manata tikilmiş Xocalı kərpic zavodunun açılışı olub

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Şirkət yaşayış kompleksində 208 mənzil alıb, ödənişsiz olaraq işçilərinin istifadəsinə verib

Ağdamda tam orta məktəbin binasının açılışı olub, körpələr evi-uşaq bağçası istifadəyə verilib

Sabahın hava proqnozu açıqlanıb

Ağdamda nəhəng siqaret fabriki işə düşdü

"e-Manat" müraciət etdi, Mərkəzi Bank lisenziyasını məhdudlaşdırdı
