"Dalga Beach Aquapark" çoxsaylı vakansiyalar elan edib

1.Baş mühasib
Son tarix: 04 iyun 2022
Əsas vəzifə öhdəlikləri:
-Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
-Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
-İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
-Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
-Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
-Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
-Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
-Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
-Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi;
-Əmək haqqına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
-Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
-İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
-Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
Tələblər:
-Maliyyə mühasibatlıq sahəsi üzrə ali təhsil;
-Baş mühasib vəzifəsində ən azı 5 il iş təcrübəsi;
-Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək;
-Milli mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
-Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
-Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
-Əla səviyyədə Azərbaycan dili;
-MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
-Mühasibatlıq proqramlarında sərbəst işləmək bacarığı (Micro üstünlükdür
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş Mühasib” qeyd edərək hrdalgabeach@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.
2. Mühasib
Son tarix: 04 iyun 2022
Əsas vəzifə öhdəlikləri:
-Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
-Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
-İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
-Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
-Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
-Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
-Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
-Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
-Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi;
-Əmək haqqına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
-Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
-İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
-Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
Tələblər:
-Detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemləri müstəqil həll edə bilmək bacarığı
-Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
-Vergi və əmək məcəlləsi üzrə biliklər, eyni zamanda son dəyişiklikləri haqda məlumatlı olmaq
-Ali təhsil ( iqtisadiyyat )
-ƏDV ödəyicisi olan şirkətdə mühasibat sahəsində ən azı 3 il fasiləsiz iş təcrübəsi olmalı.
-ƏDV ödənişlərinin həyata keçirilməsi.
-Ödəniş tapşırıqlarının hazırlanması, qeydiyyatının aparılması, banka göndərilməsi.
-Balansın hazırlanması qaydasını bilməlidir.
-Bank əməliyyatlarını həyata keçirmək və bank çıxarışlarını mövcud proqrama daxil edə bilməli
-Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd edərək hrdalgabeach@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.
3. Baş anbardar
Son tarix: 04 iyun 2022
Əsas vəzifə öhdəlikləri:
-Mal – material qiymətlilərinin anbara mədaxili, mədaxili və sənədləşmə işlərinin aparılması;
-İstehsalın fasiləsizliyinin təmin edilməsi məqsədilə mal – material qiymətlilərinin anbarda saxlanılması;
-Rəsmiləşdirilmə qaydalarına riayət edilməsi, mədaxil – məxaric sənədlərinin təhvili, hesabatların düzgün hazırlanmasının təmin edilməsi;
-Anbar işinin təşkili, malların giriş çıxışına nəzarət mexanizminin qurulması;
-Tabeçiliyində olan anbar və anbardarlara nəzarət etmək.
Tələblər:
-Ali təhsil
-Azərbaycan, rus dilləri yüksək səviyyədə olmalı (ingilis dili arzu olunandir)
-Yüksək ünsiyyət qurma, idarəetmə və komandada işləmək bacarığı
-MS Office (MS Excel, MS Word, MS Outlook, 1C) proqramlarından sərbəst istifadə qabiliyyəti
-İş təcrübəsi minimum 5 il
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş anbardar” qeyd edərək hrdalgabeach@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.
4. Administrator
Son tarix 04 iyun 2022
Əsas vəzifə öhdəlikləri:
-Çalışan personalı idarə etmək: işçiləri təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, gündəlik iş prosesinə və işçilərin davamiyyətinə nəzarət etmək;
-İşçilər haqqında obyektiv rəy vermək;
-Şirkətə məxsus əmlakın qorunmasını təmin etmək;
-Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbir planı hazırlamaq;
-Satışları artırmaq məqsədi ilə Marketinq tərəfindən həyata keçirilən layihələri dəstəkləmək və təkliflər vermək;
-Günlük və aylıq hesabatları hazırlayıb gərəkli şöbələrə yönəltmək;
Tələblər:
-Dil bilikləri: Rus dili-əla;
-Kompüter bilikləri: MC Office – sərbəst işləmək;
-İdarəetmə qabiliyyəti (Təşkilatçılıq və təşəbbüskarlıq);
-Analitik düşüncə qabiliyyəti
-İdarəetmədə minimum 3 il iş təcrübəsi mütləqdir
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Administrator” qeyd edərək hrdalgabeach@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.
5.Stok menecer
Son tarix: 04 iyun 2022
Əsas vəzifə öhdəlikləri:
-Stokun gündəlik yoxlanılması və stoka nəzarət edilməsi;
-Anbardan malların giriş və çıxışına nəzarət edilməsi;
-Sayım prossesinə nəzarət etmək;
-Sayım nəticələrinin analiz edilməsi;
-Mal stokunun dövriyyəsinə nəzarət etmək;
-Aşkar olunmuş kənarlaşmaları depo və mağaza tərəfindən araşdırmaq;
-Anbar neqativlərinin araşdırılması, stokda neqativ yaradan sənədin aşkar olunması ve neqativ stokun aradan qaldırılmasını icra etmək;
Tələblər:
-Ali təhsil (İqtisadiyyat, menecment, maliyyə və audit );
-Müvafiq sahə üzrə iş təcrübəsi;
-Dəqiqlik, nəzarətetmə bacarığı, məsuliyyətlilik, stressə davamlılıq;
-Komandada işləmək bacarığı;
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Stok menecer” qeyd edərək hrdalgabeach@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.
6. İnsan Resursları üzrə baş menecer
Son tarix: 04 iyun 2022
Əsas vəzifə öhdəlikləri:
-İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
-İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
-E-Gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
-Aylıq davamiyyət tabelinə nəzarət olunması və qeydiyyatının aparılması;
-İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
-İşçilərin icbari sığortalanmasının təmin edilməsi;
-Əmək kitabçalarının yazılması, dəyişikliklərin qeyd olunması, əmək kitabçalarının qeydiyyatı jurnallının yazılması;
-İşçilərlə bağlı aylıq hesabatların hazırlanması;
-İşə qəbul olunmuş şəxslərin əmək haqqı kartlarının sifariş olunması;
-Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi), işə qəbul müsahibələrin keçirilməsi və uyğun namizədlərin adiyyatı şöbəyə yönləndirməsi;
-Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq;
-Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
-Rəhbərliyin tapşırıqlarının keyfiyyətlə və vaxtında yerinə yetirilməsi
Tələblər:
-Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
-İnsan resursları sahəsində təcrübə minimum 3-5 il
-AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli
-İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
-İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
-Ünsiyyət qurma bacarığı;
-Operativ və düzgün qərar vermək bacarığı;
-İşə məsuliyyətli yanaşmaq;
-Problemləri həll etmə bacarığı;
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə baş menecer” qeyd edərək hrdalgabeach@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.
7. İnsan Resursları üzrə mütəxəssis
Son tarix: 04 iyun 2022
Əsas vəzifə öhdəlikləri:
Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
Əmək kitabçalarında qeydlər aparmaqla iş qeydiyyatını aparmaq;
Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;
İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın 1-2-sində tam məlumatı təqdim etmək.
İşə Qəbul müsahibələrinin / ilkin görüşlərin keçirilməsi və dəyərləndirilməsi
Tələblər:
Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
İnsan resursları sahəsində təcrübə minimum 1-3 il
AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli
E-gov portalını bilməli
İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
Ünsiyyət qurma bacarığı;
Operativ və düzgün qərar vermək bacarığı;
İşə məsuliyyətli yanaşmaq;
Problemləri həll etmə bacarığı;
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis” qeyd edərək hrdalgabeach@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.
8. Logistika mütəxəssisi
Son tarix 04 iyun 2022
Əsas vəzifə öhdəlikləri:
-Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması
-Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi
-Nəqliyyatın planlaşdırılması və sifarişi
-İdxal və İxrac əməliyyatlarına nəzarət
-Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması
-Gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi
-İdxal və İxrac əməliyyatları üçün nəzərdə tutulan fitosanitar, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması
-Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq
-Nəqliyyat və gömrük sənədləri ilə iş; bütün zəruri icazələrin hazırlanması
-Ödənişlərin planlaşdırılması və hesabatın formalaşdırılması
Tələblər:
-Təhsil dərəcəsi: Bakalavr
-Logistika istiqaməti üzrə təhsil və təcrübə
-Təcrübə: Sahə üzrə 1 - 3 il
-Məsuliyyətlilik
-Ünsiyyət qurmaq bacarığı
-Etibarlılıq
-Detallara fikir vermək qabiliyyəti
-Azərbaycan,Rus və İngilis dillərini əla səviyyədə bilmək
-Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Outlook və s.)
-Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Logistika mütəxəssisi” qeyd edərək hrdalgabeach@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.
9. Cost Controller
Son tarix 04 iyun 2022
Əsas vəzifə öhdəlikləri:
-Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
-Məhsulun maya dəyəri üzrə iqtisadi cəhətdən əsaslandırılmış hesabatının tərtibi;
-Qiymət məlumat bazasının hazırlanması və qiymət formalaşması prosesində aktiv iştirak;
-Aylıq və illik istehsalat nəticələrinin təhlili, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlaşdırılan istehsal normalarından kənarlaşmaların araşdırılması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi;
-Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunun aparılması;
-Faktiki çəkilmiş xərclərin təhlili və xərc növləri üzrə mütəmadi hesabatların hazırlanması;
-Şirkətin daxili qaydalarına uyğun olaraq bütün departamentlərin xərclərinə nəzarət;
-Anbar sənədlərinin işlənməsi və aparılan əməliyyatların sistemə düzgün daxil edilməsinə nəzarət;
-Mövcud olan bütün anbarların qalıqlarının şıxarılması və mühasibat sistemində olan qalıqlarla üzləşdirilməsi;
-Gündəlik və aylıq istehsalat, anbar qalığını əks etdirən hesabatların hazırlanması;
-Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər:
-Təhsil-Ali;
-Restoran və ya otel sahəsində ən azı 3 il iş təcrübəsi;
-Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı.
-Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Cost Controller” qeyd edərək hrdalgabeach@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.
"Dalga Beach Aquapark Resort" Azərbaycanda və Qafqazda 7000 m² olan ən böyük Aqua Parkı-dı. Bakı şəhər mərkəzindən cəmi 35 km məsafədə, Mərdəkan rayonunda gözəl Xəzər dənizinə yaxında yerləşir. 2015-ci ildə açılıb və 2016-cı ildən bəri "PMD Hospitality" Qrupunun yüksək standartları altında fəaliyyət göstərir.
Ünvan: 55, Sahil küç., Mərdəkan, AZ1044
Əlaqə nömrəsi: +994 12 310 44 99 , +994 50 295 11 71
Vebsayt: www.dalgaaquapark.az
Müştərilərin xəbərləri

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
SON XƏBƏRLƏR
-
3 gün sonra
Regionun aparıcı innovasiya festivalı üçün biletlər artıq satışdadır ®
-
15 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
15 saat əvvəl
Qızıl Dəyərində İdarəetmə və Liderlik - METAK 4-cü dəfə bu nüfuzlu mükafata layiq görüldü
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
19 saat əvvəl
Facility Management Group (FMG) Qurban bayramını uşaqlarla birlikdə qeyd etdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"40 milyon manatlıq məhsula zərər dəyməsi ilə bağlı müraciət daxil olub"
- 1 gün əvvəl
-
1 gün əvvəl
BYD Avropada ultra sürətli enerji doldurma şəbəkəsi qurmağı planlaşdırır
- 1 gün əvvəl
Son Xəbərlər

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

Dövlət büdcəsində 3,4 milyard manat artıqlıq yaranıb

Özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Çində yeni ticarət və şərab evləri aça bilər

10 İyun tarixi üçün rəsmi məzənnə müəyyən olunub

Azərbaycanla Çin arasında birgə müəssisə yaradılacaq

Bank of Baku-nun İdarə Heyətinə yeni təyinat olub

Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi ®
