İcbari tibbi sığorta ilə çarpayıların dolması 80 faizə qalxdı
"Yevlax rayonu və Mingəçevir şəhərində pilot layihə olaraq, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar həkimlərin maaşının artırılması istiqamətində addımlar atılıb. Həkimlər üçün bonuslar da müəyyənləşdirilib".
Bunu bu gün "Caspian European Club"-un təşkil etdiyi biznes-forumda Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyinin direktoru Zaur Əliyev deyib. Z. Əliyev bildirib ki, fevraldan bu iki bölgədə icbari tibbi sığorta tətbiq olunur və hazırda gündəlik ambulator gəlişlərin sayı 1200-dən 1400-ə qalxıb:
"Xəstəxanaların reyestrinin elektronlaşması da vacibdir. Bu proses nə qədər tez başlasa, ölkə üzrə icbari tibbi sığortanı daha da genişləndirə bilərik. Ölkədə mərhələ-mərhələ icbari tibbi sığortanın tətbiqini vacib sayırıq. İcbari tibbi sığorta ilə bağlı gəlirlərə gəlincə, hansı kateqoriya əhali icbari tibbi sığorta ödəməlidir, hansı kateqoriyanın icbari tibbi sığorta haqqını dövlət ödəməlidir, bu məsələ bu il müəyyənləşməlidir. Bununla bağlı sənəd Prezident Administrasiyasına göndərilib. İlin sonunda Milli Məclisdə qanunvericiliyə müvafiq dəyişiklik ediləcəyinə inanırıq".
Direktor: “İcbari tibbi sığorta haqqı ilə bağlı rəqəmlərin açıqlanması əhalidə çaşqınlıq yarada bilər”
"Azərbaycan prezidentinin fərmanı ilə Yevlax rayonu və Mingəçevir şəhəri üçün baza paketi təsdiqlənib, fevral ayından pilot layihə tətbiq olunub. Həmin icbari tibbi sığortanın əsasında ilin sonunda baza zərfinə müəyyən dəyişikliklər nəzərdə tutmuşuq".
Bunu da Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyinin direktoru Zaur Əliyev deyib.
Z. Əliyev bildirib ki, icbari tibbi sığorta haqqı üçün qanunvericilikdə dəyişiklik edilməlidir:
“Bu, hazırda qanunvericilikdə əksini tapmadığı üçün pilot rayonlarda icbari tibbi sığorta haqqı tətbiq olunmur. Hazırda biz maliyyə mənbələri ilə bağlı təkliflərimizi Prezident Administrasiyasına təqdim etmişik. Eyni zamanda Prezident Administrasiyası da aidiyyəti qurumlarla müəyyən müzakirələrə başlayıb. Müzakirələr bitdikdən sonra sənəd Milli Məclisə göndəriləcək. O zaman biz icbari tibbi sığorta haqqını açıqlaya bilərik. Hələlik icbari tibbi sığorta haqları ilə bağlı rəqəmlərin açıqlanması əhali arasında çaşqınlıq yarada bilər. Pilot rayonlarda həyata keçirilən icbari tibbi sığorta ilə bağlı vəsait dövlət büdcəsindən ödənilir və bu il həmin pilot rayonlarda icbari sığorta haqqı tətbiq olunmayacaq. Həmin iki rayonun bütün əhalisi, orada rəsmi qeydiyyatda olanlar sığortalı sayılırlar. Dörd ay ərzində təkcə Mingəçevirdə 700-ə qədər cərrahi əməliyyat olub. Keçən il çarpayıların dolması 45 faiz idisə, indi 80 faizə qalxıb”.
İcbari Tibbi Sığorta Agentliyinin direktoru bildirib ki, bu il Milli Məclisdə qanunvericiliyə dəyişiklik və icbari tibbi sığorta haqqının açıqlanmasını gözləyir:
“İcbari tibbi sığortanın ölkə ərazisində mərhələli tətbiq olunmasını vacib sayırıq. Hazırda dövlət büdcəsində gələn il icbari tibbi sığorta ilə bağlı həm dövlət büdcəsindən bu məqsədlə hansı həcmdə vəsait ayrılacağı, həm də icbari tibbi sığorta haqları ilə bağlı daxil olacaq vəsaitlərin proqnozlaşdırılması aparılır. Bizim agentliyin mütəxəssisləri Maliyyə Nazirliyinin əməkdaşları ilə birgə proqnozlaşdırmanın aparılmasında iştirak edir”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
-
-
1 gün əvvəl
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
-
1 gün əvvəl
ABŞ bankından bazarlar üçün böhran xəbərdarlığı: Vəziyyət getdikcə 2008-i xatırladır
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir
-
1 gün əvvəl
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp Putinin İrana "azacıq" kömək göstərdiyini etiraf edib
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
Ən çox oxunanlar
Palma yağı qiymətlərində artım davam edir
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın!
Qarabağda torpaqların icarəyə verilməsi üzrə 2-ci investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin”




















