"Azərsun Sənaye Parkı”nda yanğın - YENİLƏNİR...

"Azərsun Sənaye Parkı”nın ərazisində yanğın söndürülüb
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın saat 08:24-də söndürülüb.
FHN-dən verilən xəbərə görə, hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
FHN-in və Baş Prokurorluğun müstəntiqlərindən ibarət yaradılan istintaq qrupu tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
XXX
Fövqəladə Hallar Nazirliyi Sumqayıt sənaye parkı ərazisində baş verən yanğının söndürülməsinin gedişatı ilə bağlı məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər, o cümlədən yanğınsöndürmə qüvvələrinin peşəkar və fədakar fəaliyyəti sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb.
Ümumilikdə təqribən 5000 kv.m sahədə baş vermiş yanğın 4000 kv.m sahədə söndürülüb, qalan hissənin söndürülməsi və soyutma işləri davam etdirilir.
Nazir: "Yanğın 5 min kv/m sahəni əhatə edib, bunun 4 min kv/m-i söndürülüb"
Fövqəladə hallar naziri alovun qarşısının alınması üçün mübarizə aparan yanğınsöndürənlərin fədakarlığı barədə də danışıb.
Nzir açıqlamasında yanğınsöndürənlərin çox böyük qəhrəmanlıq göstərdiklərini deyib: "Belə bir alovun içinə girmək çox çətindir. Bu gün yanğınsöndürənlərimiz, və pilotlarımnız çox böyük qəhrəmanlıq göstərdilər".
Nazir yanğının söndürülməsinin gecikməsini ərazinin böyük olması ilə izah edib: “Söhbət 5000 kvadrat metrdən gedir. Onun 4 mini söndürülüb və soyudulub. İndi min kvadrat metr söndürülür. Söndürmə və soyutma sürəti normativdən 2 dəfə artıqdır”.
XXX
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi Sumqayıtdakı yanğınla bağlı birgə məlumat yayıb.
Məlumtda göstərilir ki, 28 aprel 2022-ci ildə saat 17:20 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı“ kompleksinin ərazisində yanğın hadisəsi baş verib.
Daxil olmuş məlumat əsasında dərhal Baş Prokuroluğun və FHN-nin əməkdaşları hadisə yerinə çıxmışlar.
İlkin araşdırmalar zamanı müəyyən edilmişdir ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə etmişdir.
Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və FHN-nin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılmışdır.
Yanğının lokallaşdırılması və söndürülməsi üzrə tədbirlər davam etdirilir.
Yanğın söndürüldükdən sonra hadisənin baş vermə səbəbləri və dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə istintaq hərəkətləri həyata keçiriləcək.
XXX
TƏBİB: Yanğınsöndürənin həyati təhlükəsi yoxdur
TƏBİB Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş verən yanğında xəsarət alan yanğınsöndürənlə bağlı məlumat yayıb.
TƏBİB-dən verilən məlumatda bildirilir ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında hospitalizasiya olunan yanğınsöndürən ambulator müalicə üçün buraxılıb, həyatı üçün heç bir təhlükə yoxdur. Yanğında xəsarət alma halı ilə bağlı əlavə heç bir müraciət daxil olmayıb.
XXX
DİN: Partlayıcı və zəhərli maddələr anbarlardan çıxarılıb, işçilər təxliyə edilib
Məlum olduğu kimi, bu gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, yanğınla bağlı dərhal polis əməkdaşları hadisə yerinə səfərbər olublar. Polis və FHN əməkdaşları ətraf mühit və insanlar üçün ciddi təhlükə yarada biləcək partlayıcı və zəhərli maddələri anbarlardan çıxararaq təhlükəsiz yerə daşıyıb, işçilərin təxliyəsini təmin ediblər.
Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir.
XXX
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğının söndürülməsi və həmin ərazinin yaxınlığında yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması ilı bağlı zəruri tədbirlər davam etdirilir.
Hazırda əhalinin təhlükəsiz ərazilərə evakuasiyası həyata keçirilir. Bütün əlaqədar strukturlar problemin qısa zamanda aradan qaldırılması üçün səfərbər olunub, onlara lazımi tapşıırıqlar verilib.
XXX
Fövqəladə Hallar Nazirliyi tərəfindən Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Nazirlikdən Marja-ya verilən məlumata görə, yanğınla mübarizə tədbirlərinə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.
Yanğının daha geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
XXX
“Azərsun Holdinq": Yanğın qısa zamanda ətrafa yayılıb
“Azərsun Holding” Sumqayıtda “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb.
Marjanın xəbərinə görə, məlumat şirkətin rəsmi “Facebook” səhifəsində paylaşılıb.
Qeyd olunub ki, “Azərsun Sənaye Parkı”nın ərazisində başlayan yanğın qısa zamanda ətrafa yayılıb.
Ərazidə çalışan əməkdaşların hamısı təxliyyə edilib. Hazırda FHN tərəfindən yanğının qarşısının alınması üçün zəruri addımlar atılır. Hadisə ilə bağlı ətraflı açıqlama veriləcəkdir.
XXX
Fövqəladə Hallar Nazirliyi tərəfindən Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda yanğın baş verən ərazidədir.
Əlavə məlumat veriləcək.
XXX
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərinə cəlb edilib.
Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri ilə yanaşı, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, eləcə də yanğın qatarı yanğının söndürülməsi əməliyyatına cəlb olunub.
Əlavə məlumat veriləcək.
XXX
"Azərsun Sənaye Parkı”nda yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 24 d. əvvəl
- 27 d. əvvəl
-
38 d. əvvəl
Azərbaycanlı sahibkarlar üçün Dubayda yeni imkanlar - MÜQAVİLƏ İMZALANIB
-
- 1 saat əvvəl
-
11 saat əvvəl
“PAŞA Bank”dan bizneslərə dəstək: Faktorinq xidmətində 50% endirim
- 12 saat əvvəl
-
12 saat əvvəl
KOB-ların iri ticarət şəbəkələrinə çıxışının daha da asanlaşdırılması müzakirə edilib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan və İsrail torpaq idarəçiliyi sahəsində əməkdaşlığı müzakirə edib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan istehsallı dizel daxili bazara və Gürcüstana yönəldilir
Son Xəbərlər

İntel-in gəliri dəyişməz qalıb

Google-un ana şirkəti Alphabet-in gəliri artıb

Yüksək gəlirli müəssisələr satışa qoyulub - QİYMƏTLƏR

Dövlət ən iri 5 bankda 500 milyon manat depozit yerləşdirdi

Azərbaycanın “Pak Xalça” şirkəti mühüm status qazanıb - Xalça yumasına 50-dən çox brend zəmanət verir

Kulevi limanına Azərbaycandan ixrac azalıb, Mərkəzi Asiyadan tranzit iki dəfə artıb
Ən çox oxunanlar

Azərbaycanda ilk dəfə pasterizə olunmuş yumurta istehsalı sahəsi istifadəyə veriləcək

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib

Hacıqabul yumurtaları ABŞ bazarında

ADY: Bu il BTQ dəmir yolu xətti tam istismara verilə bilər

"Azərkosmos" və "Türksat" Anlaşma Memorandumu imzalayıb

ADY: Astara Terminalının inşası bu il başa çatdırılacaq
