“Birinci qonşum etsin, görüm nə olacaq?” prinsipi işləyir - MÜSAHİBƏ
"Biz istixanaları, kənd təsərrüfatı texnikalarını, suvarma sistemlərini də sığortalamaq istəyirik".Azərbaycanda aqrar sığorta bazarı böyüməkdə davam edir. Ötən ilin eyni dövrünə nisbətən 2022-ci ilin birinci rübündə kənd təsərrüfatı bitkilərinin sığortası üzrə yığımlar 38 dəfə artaraq 2,4 milyon manata çatıb. Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə isə 1,2 milyon manatdan (65% çox) çox sığorta haqqı toplanılıb. Aqrar Sığorta Fondunun İdarə Heyətinin Sədri Fuad Sadıqov bu sahədə mövcud vəziyyət və gözlənilən yeniliklərlə bağlı müsahibə verib:
- Fuad bəy, 2022-ci ilin birinci rübü üzrə sığorta bazarının göstəricləri açıqlanıb. Kənd təsərrüfatı bitkilərinin sığortası üzrə yığımlar artsa da, sığorta ödənişi olmayıb. Bu nə ilə bağlıdır?
- Bu biznesin mövsümü xarakteri var. Məsələn, yanvar-fevral ayında kartofu, fevralda alma bağlarını sığortalamağa başlayırıq. Məhsula isə zərər yetişmə məqamında dəyir. Sığorta yığımları adətən birinci rübə düşür. Sığorta hadisəsi, yəni məhsula hansısa ziyanın dəyməsi isə ikinci rübdə baş verir. Fərz edək ki, may ayında dolu düşdü, məhsulu şaxta vurdu. Ödəniş bundan sonra iyun-iyul ayında həyata keçirilir. Bu da təbii prosesdi. Bitki əkiləndə sığortalanır və vəsait toplanır. Məhsul artıq ortaya çıxanda zərər müəyyən edilir və ödəniş həyata keçirilir. Bütün empirik təhlillər onu göstərir ki, bitki sığortasında mövsümü faktor var. Bəziləri deyir ki, ilin sonu 5-6 milyon manat sığorta haqqı topladıq bir qəpik ödəniş etmədik. Niyə? Ona görə ki, hamı dekabr ayında, ilin sonunda bitkiləri sığortalayır. Həmin bitkilərin sığortası üzrə toplanan sığorta yığımı qarşılığında ödənişlər indi həyata keçirilir. Məsələn, Cəlilabadda, Neftçalada əkin sahələrini su basmışdı, Qobustanda fırtına olmuşdu. Biçin dövrünə yaxın taxıl sahələrində yanma halları ola bilər. Bu zaman biz ötən ilki 5-6 milyonluq yığımın böyük hissəsini zərərlərin qarşılanmasına yönəldəcəyik.
- Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə bəzi dəyişikliklərin olacağı gözlənilir. Söhbət hansı yeniliklərdən gedir?
- Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə xidmətlərin təminat dairəsini artıracağıq. Məsələn, doğuş zamanı balanın və ya heyvanın özünün tələf olması, doğuşdan sonra əmələ gələn problemlər, süni mayalanma ilə bağlı problemlər, o cümlədən damazlıq funksiyasının itirilməsi də bura daxildir. Heyvan mayalandırılır amma bala əmələ gəlmir. Heyvanla bağlı biznes marağı itir. Belə olan halda heyvanı məcbur kəsimə göndərib zərərin çatışmayan hissəsini ödəməliyik. Qanunda bu tip bir sıra dəyişikliklər edilməlidir ki, fermerlər istənilən sığorta xidmətini əldə edə bilsin.
- “Aqrar sığorta haqqında” qanuna dəyişikliklər nə vaxtdan ediləcək?
- Qanuna dəyişiklik layihəsi hökumətə göndərilib. Dövlət qurumları sözü gedən xidmətlərlə bağlı məsələyə münasibət bildirməlidirlər. Biz istixanaları, kənd təsərrüfatı texnikalarını, suvarma sistemlərini də sığortalamaq istəyirik. Yəni, təsərrüfat sahibi müraciət edib X sığorta şirkəti və Aqrar Sığorta Fondundan iki sığorta müqaviləsi almasın. Bir ünvana müraciət etməklə bütün təsərrüfatını sığortalamaq imkanı əldə etsin.
- Kiçik fermer təsərrüfatlarının sığortaya münasibətində dəyişiklik varmı?
- Azərbaycanda bizneslə bağlı qayda burda da keçərlidir. Bütün xırda oyunçular böyük oyunçuların addımlarını izləyirlər. Yəni, böyük təsərrüfatlar düzgün davranaraq sığortalanırlarsa, kiçik təsərrüfatlar bunun faydasının olduğunu görürlər. Aqrar sığortada da “birinci qonşum etsin, görüm nə olacaq, sonra mən edim” prinsipi işləyir. Artıq böyük təsərrüfatların arxasında kiçik təsərrüfatlar da sığortaya üz tutur. Artıq ölkə üzrə əkin ərazilərinin 15%-ni sığortalamışıq. Bu da böyük bir nəticədir. Müqayisə üçün deyim ki, Tükiyədə bu göstərici 2017-ci ildə 24% olub. Nəticə olaraq ilk illər fəaliyyətə uğurla başlamışıq. Əkin yerlərinin sığortası ildən-ilə də artmaqda davam edəcək.
- Bəs, ölkə üzrə kənd təsərrüfatı heyvanlarının sığortasında vəziyyət necə dəyişib?
- Heyvandarlıq sahəsində də göstəricilər eynidir. Sadəcə bu sahədə problem ondan ibarətdir ki, ölkədə heyvanların vahid qeydiyyat sistemi yoxdur. Düşünün ki, nəqliyyat vasitələrimiz var. Hüquqi şəxslərin avtomobillərinin nömrəsi var. Amma fiziki şəxslərin avtomobilləri nömrəsizdir. Bunların identifikasiya sistemi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzdində qurulur. Qurulandan sonra bizə müraciət edən bütün fermerlərə xidmət göstərəcəyik.
- Başqa hansısa yeniliklər gözlənilirmi?
- Biz artıq bitkilərin, əkin sahələrinin 96-97%-nə xidmət göstəririk. 2020-ci ilə qədər bu yox idi. 2020-ci ildə 14 bitkinin sığortasına başladıq. İndi sığortalanan bitkilərin sayı 41-ə kimi artırılıb. Bu isə o deməkdir ki, Azərbaycanda əkilib-becərilən məhsulların 96%-ni sığortalamaq mümkündür. Məsələn, əvvəl soya istehsalçısı müraciət etsə də, məhsulunu sığortalaya bilmirdi. Amma artıq məhsulunu sığortalamaq imkanı yaranıb. İndi əsas hədəfimiz ölkədə becərilən bitkilərin sığortasını 100% həddinə çatdırmaqdır. Bundan əlavə, növbəti illərdə arıçılıq və quşçuluq təsərrüfatlarının sığortanmasına da başlayacağıq.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
18 d. əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
-
27 d. əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 29 d. əvvəl
-
39 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 47 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib





















