Cənubi Koreyada enerji idxalının dəyəri üç ayda 85% artıb
Bu dövrdə neft, qaz və kömür idxalının həcmi 38,5 milyard dollar həcmində qiymətləndirilir.Yanvarın 1-dən martın 20-dək olan dövrdə Koreya Respublikasının dəyər ifadəsində neft, təbii qaz və kömür idxalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 85,4% artıb.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi Yonhap agentliyi gömrük xidmətinin məlumatlarına istinadən məlumat yayıb.
Bu dövr ərzində neft, qaz və kömür idxalının həcmi 38,5 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Qeyd edilən müddət ərzində dəyər ifadəsində neft idxalı təxminən 70%, təbii qazın alınmasının ümumi dəyəri 92%, kömürün alınmasının ümumi dəyəri 151% artıb. Üç növ enerji resurslarının idxal dəyəri yanvarda 131%, fevralda 53,4%, martın ilk 20 günündə isə 75,5% artıb.
Agentlik qeyd edib ki, idxalın kəskin artmasının əsas səbəbi pandemiyadan sonra qlobal iqtisadiyyatın bərpası və Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyat nəticəsində yanacaq resurslarının beynəlxalq qiymətlərinin artmasıdır. Ötən həftənin cümə axşamı Cənubi Koreya üçün etalon rolunu oynayan Dubay neftinin bir barelinin qiyməti 115,6 dollar təşkil edib, halbuki keçən ilin sonunda bareli 70 dollara qədər satılırdı.
Ekspertlər enerji resurslarının bahalaşmasının ölkədə ticarət balansına və istehlak qiymətlərinə mənfi təsir göstərdiyini vurğulayırlar. Agentliyin məlumatına görə, ilin əvvəlindən martın 20-dək olan dövrdə ticarət balansında təxminən 6 milyard dollarlıq kəsir qeydə alınıb (ötən ilin eyni dövründə 6,6 milyard dollarlıq müsbət saldo yaranmışdı).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 həftə sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 1 həftə sonra
-
- 4 gün sonra
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda turizm sahəsində yeni subsidiya mexanizmləri tətbiq ediləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
ABDF ilk 6 ayda sahibkarlara 136,5 milyon manat güzəştli kredit verib
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
6 ayda 2242 nəfərə ipoteka krediti verilib
Süni intellekt üçün internet Bakcelldən
Cənubi Koreya və Yaponiya uşaq sayının ən az olduğu ölkələrdir
Azərbaycanda şirkətlərin sayı 6 faizdən çox artıb
AZAL: İlk 6 ayda 5% artımla 1,9 milyon sərnişinə xidmət göstərmişik























