Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda 9 ayda 164,5 milyon manat ƏDV geri qaytarılıb

AzVak-mobil_resmin_ustu_31
Azərbaycanda 9 ayda 164,5 milyon manat ƏDV geri qaytarılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 157 milyon 192,1 min manat vəsait qaytarılıb.

Marja.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, vəsait pərakəndə ticarət və ictimai iaşə obyektlərində alınmış mallara, eləcə də müəyyən xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin istehlakçılara geri qaytarılması çərçivəsində müvəkkil banklar tərəfindən ödənilib.

ƏDV-nin geri qaytarılması neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla, pərakəndə ticarət obyektlərindən alınmış mallara şamil edilir.

Bundan əlavə, layihə teatr tamaşaları, film nümayişləri, muzey ziyarətləri və simfonik orkestr konsertləri, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətləri də əhatə edir.

İşğaldan azad edilmiş ərazilərdə yerləşən mehmanxanaların (hotellərin) gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV də istehlakçılara qaytarılan məbləğə daxildir.

Xarici turistlərə 7,3 milyon manat ƏDV qaytarılıb

2026-cı ilin ilk 9 ayında Azərbaycanda xarici vətəndaşların fərdi istehlak üçün aldıqları mallara görə dövlət büdcəsindən “Tax Free” sistemi çərçivəsində 7 milyon 319,2 min manat ƏDV geri qaytarılıb.

Beləliklə, hesabat dövründə “ƏDV geri al” və “Tax Free” mexanizmləri üzrə qaytarılan vəsaitin ümumi məbləği 164 milyon 511,3 min manat təşkil edib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

ƏDV geri al ƏDV geri qaytarılması ƏDV çekləri ƏDV geri al 2026 Dövlət Vergi Xidməti Tax Free Azərbaycan ƏDV ödənişləri vergi qaytarılması 2026-cı ilin 9 ayı Azərbaycan iqtisadiyyatı
12.10.2026 19:40
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19