"Xalq Əmanəti" layihəsinin 21-ci nəşri təqdim edildi
"Xalq Bank" ASC “Xalq Əmanəti” layihəsinin iyirmi birinci nəşrini dünən sənətsevərlərə və oxuculara təqdim edib.
Böyük maraqla qarşılanan bu layihə çərçivəsində növbəti nəşr görkəmli Azərbaycan rəssamı Şamo Abasovun (1955-2014) yaradıcılığına həsr olunub. "Xalq Bank"ın rəsm qalereyasında Şamo Abasovun bədii albomunun təqdimatı və əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib. Bədii albomda mərhum rəssamın çoxsaylı keramika, qrafika və rəngkarlıq işləri yer alıb, onun həyat və yaradıcılığı dolğun əks olunub.
Şamo Abasov 1955-ci ildə Cəbrayıl şəhərində anadan olub. 1970-74-cü illərdə Əzim Əzimzadə adına dövlət incəsənət məktəbini bitirən gənc rəssam, 1978-84-cü illərdə Vera Muxina adına Leninqrad Ali Rəssamlıq-Sənaye məktəbinin keramika fakültəsində təhsil alıb. 1986-cı ildən Azərbaycanın və SSRİ-nin Rəssamlar İttifaqlarının üzvülüyünə qəbul edilib.
Şamo Abasov müasir Azərbaycan rəssamlıq məktəbində özünəməxsus dəst-xətti olan sənətkarlardandır. O, yaradıcılıq yolunun əvvəlində dekorativ keramika ilə məşğul olur. İştirak etdiyi beynəlxalq yaradıcılıq qruplarında, simpozium və sərgilərdə nümayiş olunan əsərləri ilə seyrçilərin rəğbətini qazanır, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. İllər sonra sevdiyi sənətə - rəngkarlığa qayıdır və rəssam Şamo Abasov kimi daha böyük şöhrət qazanır, maraqlı əsərlər yaradır.
Rəssamın tablolarında illüziyalar, sirli xülya və xatirələrlə bol bir dünya əks olunur. Onun əsərləri milli koloritlə nəfəs alır. Yaradıcılığının vizit kartına çevrilmiş Abşeron tipajları, qadın obrazları, özünəməxsus yumor və ironiyayamalik xeyirxah, gülərüz və bir qədər sadəlövh personajları seyrçini rəssamın abstrakt və sirli dünyasına səyahətə aparır. İstedadlı rəssam Şamo Abasov qısa, lakin son dərəcə məhsuldar bir həyat yaşayıb. 2014-cü il mayın 7-də Bakıda dünyadan köçüb.
Rəssamın yaratdığı bir-birindən maraqlı əsərlər Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Rəsm Qalereyası, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Dövlət Tretyakov Qalereyası, Beynəlxalq Rəssamlar Konfederasiyası, Ştiqlits adına Tətbiqi İncəsənət Muzeyi, Beynəlxalq keramika muzeyi, Azərbaycanın xaricdəki nümayəndəlikləri, eləcə də yerli və xarici kolleksiyalarda qorunur.
Tədbirdə çıxış edənlər mərhum rəssam haqqında xatirlərini bölüşüb, “Xalq Əmanəti” layihəsinin əhəmiyyətini bir daha qeyd etdilər, Xalq Bankın xeyriyyəçilik missiyasını yüksək qiymətləndiriblər.
Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov mərhum Şamo Abasovu öz dəsti-xətti olan fırça ustası adlandırıb: “Bu gün biz ənənəvi olaraq "Xalq Bank"ın təşkil etdiyi "Xalq Əmanəti" layihəsinin növbəti nəşrinin təqdimatına toplaşmışıq. Bu gün təqdim olunan kitab rəssam Şamo Abasova həsr olunub. Çox heyif, Şamo bu həyatdan tez köçdü. O, hər zaman öz sözünü deməyə bacaran sənətkar idi. Şamonu Azərbaycanın ən gözəl rəssamlarından biri sayıram. Rəsmlərinə baxan kimi bilirsən ki, bu onun əsəridi. Hamıya dost kimi yanaşırdı. Çox az yaşasa da Şamo öz işini axıra kimi görə bildi. Onun yaratdığı əsərlər hər zaman yaşayacaq".
Xalq rəssamı Hüseyn Haqverdiyev tələbə yoldaşı və həmkarı Şamo Abasovu minnətdarlıqla yad edib: “Bu gün mənim üçün olduqca həyəcanlı bir gündür. Şamo haqda yalnız xoş xatirələrim var, biz onunla Leninqradda təhsil almışıq. O, pedaqoqların və tələbələrin sevimlisi idi. O, dostlarına, sənətsevərlərə zəngin bir irs qoyub getdi”.
Albomun mətninin müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova xatirələrini bölüşüb: “Bu, "Xalq Əmanəti" layihəsi çərçivəsində rəssamalara aid nəşr olunan 13-cü kitabdır. Bu kitablar rəssamlar haqqında gözəl mənbədir. Şamo Abasov rəngkarlıq sənətində çox böyük bir iz qoymuş sənətkardır. Onu şəxsən tanıdığım üçün çox xoşbəxtəm.
Şamo Cəbrayılda anadan olmuşdu. İşğal zamanı o, doğulub boya-başa çatdığı, özünə cənnət saydığı ata yurdunu itirmişdi. Yaratdığı "Qarabağın göz yaşları" adlı silsilə əsərləri onun vətən itkisi ilə bağlı ağrısını əks etdirir. O, bu əsərləri heç kimə göstərmək istəmirdi. Zaman keçdi və Şamo məhz bu əsərlərlə şöhrət qazandı.
Biz bu kitab üzərində 2020-ci ildə işləməyə başladıq. Biz Ali Baş komandanımızın, müzəffər ordumuzun sayəsində 44 günlük müharibədə zəfər qazandıq. Kitabın mətni yazılan zaman Şamonun doğulduğu Cəbrayıl rayonu müzəffər əsgərlərimiz tərəfindən azad edildi”.
Mərhum rəssamın oğlu Turqut Abasov ailəsinin minnətdarlığını ifadə edib: “Ailəmizin adından kitabın ərsəyə gəlməsinə görə "Xalq Bank"a, əziyyəti olan hər kəsə təşəkkürümü bildirirəm. Atamın yaradıcılıq dünyası ilə bu albom vasitəsilə tanış olmaq mümkündür. İnanıram ki, belə də olacaq”.
Xatırladaq ki, “Xalq Əmanəti” layihəsi Xalq Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.
Ötən bu illər ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilmiş və bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin, dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görüb.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qazaxıstan “Lukoyl”un aktivlərini almaq üçün ABŞ-a rəsmi müraciət göndərib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti





















