Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub
Prokurorluq “Şəki Yaylası” faciəsinin səbəblərini açıqlayıb. Zipline qülləsinin lisenziyasız şəxsə inşa etdirildiyi bildirilir. İstintaq: zipline qurğusu kanatdan çıxıb, əlavə təhlükəsizlik vasitəsi sıradan çıxıb. Şəkidə iki nəfərin ölümü ilə bağlı Ramiz Hüseynov və Abasət Paşayev həbs edilib.Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində bu il sentyabrın 8-də iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı iki nəfər həbs olunub.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sözügedən hadisə ilə bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
İstintaq zamanı hadisənin bütün hallarının araşdırılması məqsədilə çoxsaylı şahidlərin ifadələri alınıb, məhkəmə-tibbi, əməyin təhlükəsizliyinin kompleks tədqiqi, tikinti-texniki, trasoloji və fiziki-kimyəvi ekspertizalar təyin edilərək müvafiq rəylər əldə olunub, aidiyyəti dövlət qurumlarına və digər təşkilatlara sorğular verilib, habelə digər zəruri prosessual hərəkətlər həyata keçirilib.
Aparılmış istintaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ramiz Hüseynovun istirahət mərkəzini idarə etdiyi müddətdə işə vicdansız və laqeyd münasibət göstərərək üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməməsi nəticəsində iki nəfərin ehtiyatsızlıqdan ölümünə səbəb olan səhlənkarlıq etməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq tədbirlərilə əldə olunan sübutlar əsasında, həmçinin, müəyyən olunub ki, "Zipline" kanat yolu üçün nəzərdə tutulmuş qüllənin inşasını bu sahədə müvafiq lisenziyası və xüsusi təhsili olmayan Abasət Paşayevə şifahi qaydada həvalə edən Ramiz Hüseynov öz rəhbərliyi və birbaşa göstərişləri ilə qülləni qanunsuz inşa etdirib, qüllənin üzərindəki dəmir konstruksiyanın deformasiyaya uğraması nəticəsində kanatlarda dalğalanma yaranıb və sürüşməni təmin edən əsas zipline qurğusu kanatdan çıxıb, kustar üsulla hazırlanmış tormozlama və əlavə təhlükəsizlik vasitəsinin plastik boru hissəsinin kanata keçirilməsi səbəbindən kanatın titrəməsi nəticəsində həmin qurğunun parça hissəsi cırılıb, nəticədə, kanatdan istifadə edən Ucal Bayramov və Coşqun Məmmədzadə hündürlükdən yıxılaraq aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
Cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 314.3-cü maddəsindən 124.2 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsi öldürmə) və 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq)maddələrinə tövsif edilib.
Noyabrın 2-də Ramiz Hüseynov Cinayət Məcəlləsinin 314.3-cü, Abasət Paşayev isə 124.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara müvafiq ittihamlar elan edilib. İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Şəki rayon məhkəməsinin qərarları ilə təqsirləndirilən şəxslərin hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Müştərilərin xəbərləri
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
2 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 gün sonra
-
16 d. əvvəl
Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub
-
48 d. əvvəl
ABB investorlar üçün illik 8,5% və 9%-lik istiqrazlar təqdim edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Prime Leasing" Qlobal Səhnədə: Çində "Zoomlion Gold Dealer Award 2026" mükafatına layiq görüldü ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub
Tramp: “Demokratlar qalib gəlsə, hər şeyi veto edəcəyəm”
Mərkəzi Bankda yeni təyinat olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Prime Leasing" Qlobal Səhnədə: Çində "Zoomlion Gold Dealer Award 2026" mükafatına layiq görüldü ®
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Mərkəzi Bankın şikayətlərin araşdırılması və idarə olunması üzrə fəaliyyəti sertifikatına layiq görülüb
Oyun şirkətlərinə birbaşa satış imkanı yaradan İsrailin “Appcharge” şirkəti Azərbaycanda qeydiyyatdan keçib
Yeni “Xəzər körpüsü”— Azərbaycan və Qazaxıstan müqavilə imzalayıb
“Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib ®




















