Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

"Prime Leasing" Qlobal Səhnədə: Çində "Zoomlion Gold Dealer Award 2026" mükafatına layiq görüldü ®

Azərbaycan şirkəti Çində beynəlxalq diler mükafatı qazanıb. “Prime Leasing” Azərbaycanı Zoomlion-un qlobal biznes konfransında təmsil edib. “Prime Leasing” 1000-dən çox dilerin qatıldığı konfransda təltif olunub. Çində 1600 at güclü traktor təqdim edilib — tədbirdə “Prime Leasing” də iştirak edib
AzVak-mobil_resmin_ustu_31
"Prime Leasing" Qlobal Səhnədə: Çində "Zoomlion Gold Dealer Award 2026" mükafatına layiq görüldü ®
iç səhifə xəbər şəkil altı (mobil)_32

Dünyanın 20-dən çox ölkəsindən 1000-dən artıq dilerin iştirakı ilə Çində baş tutan mötəbər Zoomlion "Green Leading Win-Win 2027 | Global Business Conference" tədbirində Azərbaycanı "Prime Leasing" şirkəti təmsil edib.

Konfrans aqrar sektorda qlobal texnoloji inqilaba səhnə olub: tədbirdə nəhəng 1600 at gücünə malik traktor rəsmi olaraq təqdim edilib və Zoomlion DV350 hibrid traktoru beynəlxalq müsabiqədə 2 nominasiya üzrə qalib seçilərək böyük maraq doğurub.

Ölkəmizdə bu cür müasir texnologiyaların fermerlər üçün əlçatanlığının təmin olunmasında və aqrar sahənin inkişafında göstərdiyi yüksək nəticələrə görə "Prime Leasing" şirkəti beynəlxalq miqyasda təltif edilərək "Zoomlion Gold Dealer Award 2026" mükafatına layiq görülüb.

Tədbirin ən mühüm məqamlarından biri isə innovativ texnologiyalara maraq göstərən və bu yeniliklərin Azərbaycanda tətbiqində xüsusi payı olan fəal fermerlərimizin səfərdə iştirakının birbaşa "Prime Leasing" tərəfindən təmin edilməsi olub. Fermerlərimiz dünyanın ən son aqrotexnoloji həlləri ilə yerində tanış olmaq imkanı əldə ediblər.

"Prime Leasing" olaraq qlobal innovasiyaları Azərbaycan fermerlərinə ən sərfəli şərtlərlə çatdırmağa və kənd təsərrüfatımızın inkişafına töhfə verməyə davam edirik.

Prime Leasing Zoomlion Zoomlion Gold Dealer Award 2026 Qızıl diler mükafatı aqrar texnologiyalar kənd təsərrüfatı texnikası Azərbaycan fermerləri Çin Zoomlion DV350 hibrid traktor 1600 at güclü traktor
02.11.2026 16:53
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19